05/05/2025
5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır.
Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəsmi facebook səhifəsi.
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi –Azərbaycan vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin yaşayış və olduqları yer üzrə qeydiyyatını, onların müvafiq şəxsiyyət və qeydiyyat vəsiqələri, həmçinin Azərbaycan vətəndaşlarının ümumvətəndaş pasportu ilə təmin olunmasını, Azərbaycan Respublikası vətəndaşlığına bərpa olunma məsələləri ilə bağlı işləri həyata keçirir və Nazirliyin səlahiyyə
05/05/2025
5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır.
25/04/2025
Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib
Ətraflı: https://mia.gov.az
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır, müraciətlərə çevik reaksiya verir
Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən gecə saatlarından başlayaraq zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam edir.
Paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub.
Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə zəruri tədbirlər görülür.
Sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir.
Mövcud hava şəraiti ilə bağlı daxil olan çağırışlar üzrə vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilib.
Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.
08/04/2025
Vətəndaşlara ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur:
vətəndaşın şəxsiyyət vəsiqəsi;
dövlət rüsumunun ödənilməsi barədə sənəd;
18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı, həmçinin müraciət edən valideynlərin və ya qanuni nümayəndələrin şəxsiyyət vəsiqələri;
18-30 yaş hədlərində hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin və ya möhlət hüququnun verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin əsli
31/03/2025
Bu gün erməni daşnaklarının azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 107 il ötür.
29/03/2025
Daxili İşlər Nazirliyinin kollektivi adından xalqımızı və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, suveren Azərbaycanın hər bir vətəndaşına sağlamlıq, əmin-amanlıq və xoş günlər arzulayırıq!
28/03/2025
28 mart - Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günüdür.
Daxili İşlər Nazirliyi Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 106 illiyi və peşə bayramı münasibətilə Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının əməkdaşlarını, veteranlarını səmimi-qəlbdən təbrik edir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır!
20/03/2025
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi olaraq baharın gəlişini, təbiətin oyanışını və yenilənməni müjdələyən Novruz bayramı münasibətilə ölkəmizə sabitlik, xalqımıza firavanlıq, sağlamlıq və bol ruzi arzulayırıq. Qəlbiniz sevgi ilə, həyatınız xoşbəxtliklə dolu olsun!
Novruz bayramınız mübarək!
19/03/2025
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Nazirliyin əməkdaşlarını və hərbi qulluqçularını Novruz bayramı münasibətilə təbrik edib.
19/03/2025
Bu gün Azərbaycan Respublikasının miqrasiya orqanları işçilərinin peşə bayramı günüdür.
Daxili İşlər Nazirliyi bu münasibətlə Dövlət Miqrasiya Xidmətinin bütün kollektivini təbrik edir!
18/03/2025
Bu gün milli bayramımız olan Novruzun son çərşənbəsini qeyd edirik. Firavan və təhlükəsiz günlər diləyilə torpaq çərşənbəniz mübarək!
| Monday | 09:00 - 19:00 |
| Tuesday | 09:00 - 19:00 |
| Wednesday | 09:00 - 19:00 |
| Thursday | 09:00 - 19:00 |
| Friday | 09:00 - 19:00 |
| Saturday | 09:00 - 19:00 |
| Sunday | 11:00 - 17:00 |