27/05/2026
28 May - Azərbaycanın Müstəqillik Günü
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəsmi Facebook səhifəsi
Official page Mərkəzin əsas vəzifələri aşağıdakılardır:
1.
multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənmək və təbliği mexanizmini hazırlamaq;
2. Azərbaycan Respublikasında mədəni-etnoqrafik müxtəlifliyin azərbaycançılığın inkişafına xidmət göstərməsi yollarını müəyyənləşdirib gerçəkləşdirmək;
3. Azərbaycan Respublikasında mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi
27/05/2026
28 May - Azərbaycanın Müstəqillik Günü
27/05/2026
Bu gün dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı qeyd edilir. Bütün dünyaya, eləcə də Azərbaycana sağlıq, əmin-amanlıq və xoş günlər nəsib olsun. Allah kəsdiyiniz qurbanları, etdiyiniz duaları qəbul etsin. Amin!
Bayramınız mübarək olsun!
24/05/2026
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Dünya Şəhərsalma Forumunun (WUF13) çərçivəsində keçirilən “Yerli xalqların hüquqları üzrə dəyirmi masa”da çıxış edib, ANEWZ televiziyasına müsahibə verib.
https://www.instagram.com/reel/DYo9v6ajUkS/?igsh=a3g3d25pd201NmZ3
22/05/2026
Müasir dövrdə şəhərlərin yalnız texnoloji və memarlıq baxımından deyil, eyni zamanda sosial və mədəni baxımdan da inklüziv şəkildə formalaşdırılması vacibdir. Urbanizasiya insanların kimliyinin, dini dəyərlərinin, tarixi və mədəni irsinin qorunması ilə paralel həyata keçirilməlidir.
Bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Dünya Şəhərsalma Forumunun (WUF13) çərçivəsində keçirilən “Yerli xalqların hüquqları üzrə dəyirmi masa”da səsləndirib.
O qeyd edib ki, yerli xalqların hüquqlarının qorunması bu gün beynəlxalq ictimaiyyət qarşısında duran ən mühüm məsələlərdən biridir. Yerli xalqlar bəşəriyyətin mədəni yaddaşının, tarixi irsinin daşıyıcılarıdır. Bu baxımdan onların hüquqlarının qorunması yalnız hüquqi və siyasi məsələ deyil, həm də mənəvi və humanitar məsuliyyətdir.
Rəvan Həsənov bildirib ki, Azərbaycan multikulturalizm və tolerantlıq ənənələrini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul edir. Əsrlər boyu müxtəlif xalqların, dinlərin və etnik icmaların birgə yaşadığı Azərbaycan bu gün də mədəni müxtəlifliyi cəmiyyətin əsas zənginlik mənbəyi hesab edir.
#БМЦМ
https://multikulturalizm.gov.az/az/post/3147/revan-hesenov-seherler-etnik-ve-dini-icmalarin-tehlukesiz-ve-beraberhuquqlu-hiss-etdikleri-inkluziv-mekana-cevrilmelidir.html
https://azertag.az/xeber/revan_hesenov_urbanizasiya_insanlarin_kimliyinin_dini_ve_medeni_irsinin_qorunmasi_ile_paralel_aparilmalidir-4215387
https://apa.az/wuf13/revan-hesenov-qarabagda-seherler-muasirlik-ve-muxtelifliyi-birlesdirerek-yeniden-qurulur-966701
https://az.trend.az/azerbaijan/politics/4189661.html
https://bakivaxti.az/az/posts/detail/e-1779431133
https://www.trend.az/azerbaijan/politics/4189662.html
https://en.apa.az/wuf13/ravan-hasanov-cities-in-karabakh-are-being-rebuilt-by-combining-modernity-and-diversity-507942
https://en.apa.az/wuf13/ravan-hasanov-cities-in-karabakh-are-being-rebuilt-by-combining-modernity-and-diversity-507942
https://sizinxeber.az/wuf13/145631-rvan-hsnov-qarabada-hrlr-masirlik-v-mxtlifliyi-birldirrk-yenidn-qurulur.html
https://oxu.az/siyaset/revan-hesenov-seher-yalniz-yasadigimiz-fiziki-mekan-deyil-hem-de-bizim-ucun-medeni-muhitdir
https://azertag.az/xeber/icrachi_direktor_azerbaycanda_multikulturalizm_ve_tolerantliq_dovlet_siyasetinin_esas_istiqametlerinden_biridir-4215559
https://xalqqazeti.az/az/sosial-heyat/264873-wuf13-rekord-sayda-istirakci-terefdasin
https://fhnews.az/xeberler/camiyyat/revan-hesenov-urbanizasiya-insanlarin-kimliyinin-dini-ve-medeni-irsinin-qorunmasi-ile-ce1cd3
https://baku.ws/politics/icraci-direktor-azad-edilmis-erazilerde-sehersalma-yanasmalari-multikultural-deyerlerle-birlesdirilir
https://report.az/xarici-siyaset/revan-hesenov-seherler-boyudukce-yeni-cetinlikler-de-meydana-cixir
https://report.az/infrastruktur/icraci-direktor-azad-edilmis-erazilerde-sehersalma-yanasmalari-multikultural-deyerlerle-birlesdirilir
https://redaktor.az/news/country/328036-seherler-inkluziv-ve-multikultural-deyerler-esasinda-formalasmalidir
https://redaktor.az/news/country/328038-seherler-yerli-xalqlarin-kimliyini-qoruyan-inkluziv-mekan-olmalidir
https://teleqraf.az/news/wuf13/546125.html
https://www.azerbaijan-news.az/az/posts/detail/revan-hesenov-urbanizasiya-insanlarin-kimliyinin-dini-ve-medeni-irsinin-qorunmasi-ile-paralel-aparilmalidir-1779436588/391757
21/05/2026
Mayın 21-i Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günüdür. Bu gün təkcə dünya mədəniyyətlərinin zənginliyini deyil, həm də sülh və davamlı inkişafa nail olmaq üçün mədəniyyətlərarası dialoqun mühüm rolunu qeyd edir.
#БМЦМ
18/05/2026
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BP Azərbaycan-ın maliyyə dəstəyi ilə “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi tərəfindən “İnklüziv şəhərlər üçün gənclər: WUF13-ə gedən yolda” adlı forum keçirilib. Forum çərçivəsində “Multikultural şəhər mühiti və inteqrasiya – müxtəlif mədəniyyətlərin şəhər həyatına təsiri” mövzusunda panel müzakirəsi təşkil olunub. Müzakirədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov çıxış edib.
10/05/2026
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin kollektivi Fəxri xiyabana gələrək Ulu Öndərin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
#БМЦМ
09/05/2026
Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir.
08/05/2026
Prezident İlham Əliyev: Dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur, bütün konfessiyalar üçün bərabər şərait yaradılır.
Prezident İlham Əliyev: Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında qarşılıqlı hörmət və anlaşmaya əsaslanan əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi və gündən-günə yeni məzmun qazanması məmnunluq doğurur. Bu əlaqələr dünyada dinlərarası harmoniya və mədəni müxtəlifliyin tə....
08/05/2026
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Xalq yazıçısı, Mərkəzin Himayəçilik Şurasının üzvü Elmira Axundovanın “Heydər Əliyev – Azərbaycan multikulturalizm siyasətinin banisi” kitabını çap edib. Kitabda həm Azərbaycan cəmiyyətində, həm də dünyada geniş yayılmış multikulturalizmin semantikası açıqlanır. Heydər Əliyevi yaxından tanıyan və onunla birlikdə işləmiş insanların çoxsaylı xatirələri, faktlar və sənədlər əsasında müəllif sübut edir ki, məhz Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqilliyin ilk illərində həyata keçirdiyi məqsədyönlü və çoxşaxəli siyasət sayəsində multikulturalizm ölkəmizdə azərbaycançılıq ideologiyasının, tolerantlıq və qarşılıqlı hörmət strategiyasının, dözümlülük və mədəniyyətlərarası dialoqun ayrılmaz hissəsinə çevrilib.
Sənədli-publisistik janrda yazılmış kitab bu aktual problemlə maraqlanan ən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
#БМЦМ
https://multikulturalizm.gov.az/az/post/3146/multikulturalizm-merkezi-heyder-eliyev-azerbaycan-multikulturalizm-siyasetinin-banisi-kitabini-cap-edib.html
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |