24/06/2026
🚌 Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.
Qaliblər:
✅ “Kamil Avtonəqliyyat” MMC (Hüquqi şəxs):
• Gəncə - Goranboy
• Goranboy - Gəncə
• Qarasuçu kəndi (Goranboy) - Gəncə (Avtovağzal)
• Əhmədabad kəndi (Goranboy) - Gəncə (Avtovağzal)
• Qurbanzadə kəndi (Goranboy) - Gəncə (Avtovağzal)
✅ Əsgərov Taleh Qafar oğlu (Fiziki şəxs):
• Qarabağlar (Samux) - Gəncə (Dəmiryol vağzalı)
ℹ️ Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir.
24/06/2026
📢 “Bizdən Soruş!” | Rubrika #4 🚕 🚗
Taksi fəaliyyətinin təşkili ilə bağlı sualınız var? 😉
✅ Rubrikamızın növbəti buraxılışında taksi fəaliyyətinin təşkilinə dair sizi maraqlandıran bütün məqamlara Taksi və fərdi nəqliyyat vasitələri ilə iş şöbəsinin müdiri Orxan Şıxıyev ətraflı şəkildə aydınlıq gətirəcək.
Suallarınızı rəy bölməsinə yazın. 🗓️ Son tarix: 3 iyul
23/06/2026
🚐 AYNA tərəfindən müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.
Müsabiqəyə çıxarılan marşrutlar:
🚍 Paytaxtda: 505 və 506 nömrəli şəhərətrafı
🚌 Sumqayıtda: 15 və 20 nömrəli şəhərdaxili
🚍 Şəhərlərarası:
Bakı–Sınıq Körpü, Bakı–Şəki, Bakı–Ağdaş, Bakı–Kürdəmir, Bakı–Göyçay, Bakı–Horadiz, Bakı–Qusar, Bakı–Xudat, Sumqayıt–Kürdəmir, Gəncə–Şamaxı, Mingəçevir–Ağcabədi, Mingəçevir–Ağsu, Mingəçevir–Gədəbəy, Yevlax–Zaqatala, Ağdaş–Gəncə, Zərdab–Gəncə, Bərdə–Göyçay, Bərdə–İsmayıllı, Tərtər–Lənkəran, Saatlı–Sumqayıt, İmişli–Sumqayıt, İsmayıllı–Göyçay, Samux (M.Füzuli küçəsi) – Gəncə (dəmiryol vağzalı), Ziyadlı kəndi (Samux) – Gəncə (dəmiryol vağzalı), Düzqışlaq (“Şəmkir” stansiyası) – Gəncə (avtovağzal), Alıuşağı (Samux) – Gəncə (dəmiryol vağzalı) və Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə (avtovağzal).
🌐 Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumat üçün linkə keçid edin: https://ayna.gov.az/az/news/muxtelif-istiqametlerde-muntezem-avtobus-marsrutlari-musabiqeye-cixarilir-1144
23/06/2026
🚌 Avtobus marşrutlarının daha səmərəli fəaliyyət göstərməsi və sürətli keçidi məqsədilə avtobusların hərəkəti digər küçə ilə təşkil olunduğundan Mehdi Abbasov küçəsindən keçən kiçik hissədə təşkil edilmiş xüsusi hərəkət zolağı ləğv edilir.
22/06/2026
2 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
🚧 Lökbatan qəsəbəsində Abşeron-Qaradağ mənzilində yerləşən qorunan dəmiryol keçidində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar 23-24 iyun tarixlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
🚌 Məhdudiyyət səbəbindən 126 və 206 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Mədən küçəsi – Xocəsən şosesi (S.İsmayılzadə küçəsi) – 28 May küçəsi ilə təşkil ediləcək.
22/06/2026
ℹ️ Sürücülərin nəzərinə!
🚘 Yaxın günlərdə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ( “Piramida” tərəf) yaxınlığında hərəkət istiqamətləri dəyişdirilir.
🚍 Ərazidəki avtobusların ləngiməsini aradan qaldırmaq məqsədilə xüsusi hərəkət zolağı təşkil olunacaq.
☑️ Digər nəqliyyat vasitələri xəritədə göstərilən yeni trayektoriya ilə Milli Gimnastika Arenası və “Koroğlu” dəmiryol dayanacağı istiqamətində hərəkət edə biləcəklər.
🔛 Sxemdə yeni hərəkət trayektoriyaları təqdim olunur.
22/06/2026
🗓️ 5, 6, 8 və 9 iyun tarixlərində gördüyümüz işlərin xronikası ilə tanış olmaq üçün keçid edin: https://ayna.gov.az/az/news
19/06/2026
🚌 İyunun 22-dən 149E nömrəli ekspres marşrutu test rejimində fəaliyyətə başlayır
➡️ İstiqamət: metronun “Sahil” stansiyası - Sahil qəsəbəsi
📍 Dayanacaq məntəqələri:
• “Sahil” metrostansiyası
• Dövlət Bayrağı Meydanı
• “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi
• Bakı-Salyan şosesi 16
• Sahil qəsəbəsi, 253 nömrəli tam orta məktəb
• Sahil qəsəbəsi, 16 nömrəli Bakı Peşə Məktəbi
• Sahil qəsəbəsi, 319 nömrəli tam orta məktəb
• Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi 168
• Sahil qəsəbəsi, 301 nömrəli körpələr evi-uşaq bağçası
• Sahil qəsəbəsi, 9 nömrəli xüsusi internat məktəbi
🚍 Marşrut üzrə 6 ədəd “Neoplan” markalı avtobus sərnişinlərə xidmət göstərəcək.
⏱️ İnterval: 15-20 dəqiqə
💵 Gedişhaqqı: 1,30 AZN
Xətt üzrə avtobuslar sərnişin sıxlığının çox olduğu p*k saatlarda xidmət göstərəcək:
🌅 Səhər: 06:45 – 10:00
🌆 Axşam: 17:00 – 20:00