Balakən Gənclər Evi / Balakan Youth House

Balakən Gənclər Evi / Balakan Youth House

Share

#SizinÜçünÇalışırıq #birkimibirlikdə

Photos from Balakən Gənclər Evi / Balakan Youth House's post 04/06/2026

🚀 Gənclər İnnovasiya və Startap Dünyasında Yarışdı!

​Gənclər arasında İnnovasiya və Startap Klubunun fəaliyyət planı çərçivəsində gənc startapçılar və texnologiya həvəskarları üçün dinamik və intellektual bir yarış baş tutub! 💡🧠

​Gənclərin innovasiya ekosisteminə olan marağını artırmaq və onların bu sahədəki biliklərini yoxlamaq məqsədilə məşhur "Kahoot" platforması üzərindən rəqəmsal intellektual yarış təşkil edilib.

Photos from Balakən Gənclər Evi / Balakan Youth House's post 03/06/2026

“Gənc əllər, böyük bacarıqlar” adlı Açıq Qapı Günü və Tələbələrin Əl İşləri Sərgisi✨

03.06.2026-cı il tarixində Zaqatala Peşə Məktəbində “Gənc əllər, böyük bacarıqlar” adlı Açıq Qapı Günü və tələbələrin əl işləri sərgisi təşkil olunmuşdur.

Dəvətiniz üçün təşəkkürlər!

Photos from Balakən Gənclər Evi / Balakan Youth House's post 02/06/2026

Gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların ünsiyyət və komanda işi bacarıqlarının inkişaf etdirilməsi məqsədilə oyun günü təşkil olunmuşdur.

Photos from Balakən Gənclər Evi / Balakan Youth House's post 02/06/2026

🥳Balakən rayonunda gənclər arasında parlaq və coşqun anlarla yadda qalan “Rəqslərin sehri” adlı rəqs müsabiqəsi keçirilib. 🕺💃
​Gənclərin asudə vaxtının səmərəli təşkili və istedadlarının üzə çıxarılması məqsədilə təşkil olunan tədbirdə fərdi ifaçılar və rəqs kollektivləri həm milli, həm də dünya xalqlarının rəqslərini böyük məharətlə nümayiş etdiriblər.

​🏆 Münsiflər heyətinin qiymətləndirməsinə əsasən qalib gələn gənclər fəxri fərman, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
​Yaradıcı və fəal gənclərimizi təbrik edir, onlara yeni-yəni səhnə uğurları arzulayırıq! 🎉

Photos from Balakən Gənclər Evi / Balakan Youth House's post 02/06/2026

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Naxçıvan Dövlət Uşaq Filarmoniyası Balakəndə konsert proqramı ilə çıxış edib.

Photos from Balakən Gənclər Evi / Balakan Youth House's post 01/06/2026

Balakən Gənclər evinin kollektivi bütün balaca fidanları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ürəkdən təbrik edir, onlara sağlam, xoşbəxt və qayğısız uşaqlıq, parlaq gələcək, bol sevinc və uğurlar arzulayır. Qoy hər bir uşağın üzü daim gülsün, arzuları gerçəkləşsin və həyatları sevgi ilə əhatə olunsun. 🌸🎈🎉

Photos from Balakən Gənclər Evi / Balakan Youth House's post 01/06/2026

“Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olmuş “Balakən məktəbliləri üçün fiziki inkişaf proqramı” layihəsi çərçivəsində pedaqoqlar üçün nəzərdə tutulan təlim mərhələsi uğurla başa çatmışdır.

Layihənin əsas məqsədi “Forest School” təhsil yanaşmasına uyğun olaraq Balakən rayonunun 5 ümumi təhsil məktəbində açıq havada tədris və təlim təcrübələri vasitəsilə şagirdlərin fiziki, emosional və sosial inkişafını təşviq etmək, həmçinin 15 pedaqoqu bu istiqamətdə metodoloji və praktik bacarıqlarla təmin etməkdir.

Təlim Balakən Gənclər evinin təşkilatı dəstəyi ilə həyata keçirilmiş və təlim zamanı pedaqoqlara açıq hava mühitində tədrisin təşkili, interaktiv fəaliyyətlərin planlaşdırılması və şagirdlərin təbiət əsaslı öyrənmə prosesinə cəlb olunması üzrə praktiki yanaşmalar təqdim olunmuşdur.

Layihənin növbəti mərhələlərində məktəblərdə tətbiqi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Növbəti mərhələlərdən xəbərdar olmaq üçün bizi izləmədə qalın.

Photos from Təhsildə qrantlar's post 01/06/2026
01/06/2026

🌟 Uşaqlar gələcəyimizin deyil, bu günümüzün ən dəyərli sərvətidir.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün balaları Balakən Gənclər evi komandası olaraq təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayırıq.

Photos from Balakən Gənclər Evi / Balakan Youth House's post 01/06/2026

Mayın 22-25-də Bakı șəhərində, “Arena Plaza”da Azarbaycan Respublikasının Gənclər va Idman Nazirliyinin təşkilatçılığı, Türkiyə Yeşilay Cəmiyyətinin tərəfdaşlığı ilə “Asılılıqlara qarşı mübarizə: tətbiqedici təlim proqramı”nın I mərhələsi keçirilib.

Want your business to be the top-listed Government Service in Belokani?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Azərbaycan Respublikası
Belokani
0800

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00