Daşkəsən rayonu üzrə gənclər və idman sektoru

Daşkəsən rayonu üzrə gənclər və idman sektoru

Share

Gəncə - Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Daşkəsən rayonu üzrə gənclər və idman sektoru

05/06/2026

🌿🌍5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür.

Photos from Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi's post 05/06/2026
05/06/2026
05/06/2026

2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir.

Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram.

🇦🇿Yaşasın Azərbaycan!

Photos from Daşkəsən rayonu üzrə gənclər və idman sektoru's post 05/06/2026

Daşkəsəndə “İnsan hüquqları aylığı” çərçivəsində məktəblilərlə növbəti maarifləndirmə aparılıb

İyunun 4-də "Şəhərsalma və Memarlıq İli" ilə bağlı təsdiq olunmuş Tədbirlər Planına əsasən Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayon üzrə Təhsil Sektorunun və Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə Daşkəsən şəhər İ. Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində “İnsan hüquqları aylığı”na həsr olunan görüş keçirilib.

Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Samir Həsənov məktəblilərə mövzu haqqında ətraflı məlumat verib, “İnsan hüquqlarının qorunması və vətəndaş məsuliyyəti” mövzusunda çıxış edib.

Məktəblilərin insan hüquqları sahəsində biliklərinin artırılması, onların hüquq və azadlıqları barədə məlumatlandırılması məqsədi daşıyan görüşdə insan hüquqlarının mahiyyəti, bu hüquqların qorunmasının əhəmiyyəti, eləcə də hər bir vətəndaşın cəmiyyət qarşısında məsuliyyəti haqqında söhbət aparılıb. Diqqətə çatdırılıb ki, insan hüquq və azadlıqlarına hörmət demokratik cəmiyyətin əsas prinsiplərindən biridir. Gənclərin hüquqi maarifləndirilməsi, onların vətəndaşlıq mövqeyinin formalaşdırılması və qanunlara hörmət ruhunda tərbiyəsi dövlət gənclər siyasətinin mühüm tərkib hissəsidir.

Görüşdə həmçinin məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, insan hüquqlarının müdafiəsi, vətəndaş məsuliyyəti və hüquqi maarifləndirməyə dair tövsiyələr verilib


Photos from Daşkəsən rayonu üzrə gənclər və idman sektoru's post 04/06/2026

"Səhər idmanı" layihəsi bu gün Daşkəsən şəhər İ. Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil edilib.





02/06/2026

30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq.
Biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik. Əlbəttə ki, müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir. Lakin gəlin etiraf edək, ordunu qurmaq üçün pulumuz olmasaydı, yəqin ki, bu gün hələ də torpaqlarımız işğal altında olardı. Beləliklə, Azərbaycanın inkişafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər.

Want your business to be the top-listed Government Service in Dashkäsän?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Heydər Əliyev Meydanı, 2
Dashkäsän
AZ1600

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00