Zobucuq-1 İcra Nümayəndəliyi

Zobucuq-1 İcra Nümayəndəliyi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zobucuq-1 İcra Nümayəndəliyi, Government Organization, Füzuli.

03/03/2026

Bu gün Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Zobucuq qəsəbə sakinləri ilə görüşərək Od çərşənbəsini onlarla birlikdə qeyd etmişdir.
Tədbirdə şəhid ailələri, qazilər, veteranlar, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bayram tonqalının alovlandırılması ilə xalqımızın zəngin milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsinin önəmi bir daha vurğulanmışdır.
İcra başçısı çıxış edərək Od çərşənbəsinin birlik, həmrəylik və yenilənmə rəmzi olduğunu qeyd etmiş, qarşıdan gələn Novruz bayramı münasibətilə iştirakçıları səmimi-qəlbdən təbrik etmişdir. Çıxış zamanı şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından bəhs olunmuş, onların hər zaman diqqət mərkəzində saxlanıldığı bildirilmişdir.
Tədbir çərçivəsində Novruzun rəmzi personajları olan Kosa və Keçəl də iştirak etmiş, onların təqdimatları bayram ab-havasına xüsusi rəng qatmışdır.
Sakinlərlə keçirilən görüş qarşılıqlı hörmət və səmimiyyət şəraitində baş tutmuş, birlik və həmrəyliyin bariz nümunəsinə çevrilmişdir.
Qarşıdan gələn Novruz bayramı münasibətilə hər bir ailəyə möhkəm cansağlığı, firavanlıq və ruzi-bərəkət arzulayırıq. Novruz bayramınız mübarək!

Photos from Ilham Aliyev's post 30/01/2026
Photos from Füzuli Rayon İcra Hakimiyyəti's post 30/01/2026
19/08/2025
18/08/2025

Füzuli Sosial Reabilitasiya Mərkəzinin məqsədi aşağıdakılardır:

1. Əlilliyi olan 50 nəfərədək uşağa sosial reabilitasiya xidmətlərinin göstərilməsi;
2. Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiya sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi.

Want your business to be the top-listed Government Service in Füzuli?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Füzuli

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00