21/03/2026
Göyçay r Bığır kənd N.İsmayılov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində Ədilova Aynurun təşkilatçılığı ilə Novruz şənliyi tədbiri keçirilmişdir.
Təhsil millətin gələcəyidir.
- Heydər Əliyev
Tərbiyə – nəfslə, təhsil – biliklə
21/03/2026
Göyçay r Bığır kənd N.İsmayılov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində Ədilova Aynurun təşkilatçılığı ilə Novruz şənliyi tədbiri keçirilmişdir.
17/03/2026
"Fənn aylıqları" çərçivəsində tədbirlərin keçirilməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq Göyçay r Bığır kənd N.İsmayılov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində Coğrafiya müəllimi Xəlilova Aydanın təşkilatçılığı ilə "Planetlər " mövzusunda video çarx hazırlanmışdır.
17/03/2026
"Fənn aylıqları" çərçivəsində tədbirlərin keçirilməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq Göyçay r Bığır kənd N.İsmayılov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində Coğrafiya müəllimi Xəlilova Aydan tərəfindən Coğrafiya fənni üzrə "Aydanın Azərbaycanın bitki və heyvanlar aləmi " mövzusunda açıq dərs keçirilib.
16/03/2026
Azərbaycan regionun iqtisadi gücü kimi təkcə Avropaya uzanan enerji körpüsü rolunu oynamır. Eyni zamanda müxtəlif münaqişələrin və qlobal problemlərin müzakirə edildiyi, həlli yollarının araşdırıldığı, mədəni müxtəlifliyin qorunmasına töhfə verən mühüm ölkə kimi çıxış edir. Bu baxımdan bəşəriyyət üçün əhəmiyyətli məsələlərin müzakirə olunduğu qlobal forumların Bakıda keçirilməsi heç də təsadüfi deyil. Azərbaycan müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirərək qarşılıqlı anlaşma, sülh və əməkdaşlıq mühitinin formalaşmasına xidmət edən nadir məkan kimi yenidən dünyanın diqqət mərkəzinə düşdü. Bakı artıq 13-cü dəfədir ki, XIII Qlobal Foruma ev sahibliyi edir.
Martın 14-dək davam edəcək XIII Qlobal Bakı Forumunda müxtəlif mövzularda panellər təşkil olunur. Panel iclaslarda müzakirə edilən mövzularda Azərbaycanın iqtisadi və xarici siyasət uğurlarının fonunda onların həlli yolları açıqlanır. Builki forumun gündəliyi çox genişdir. Prezident İlham Əliyev Forumun açılış mərasimindəki nitqində ilk növbədə bu çağırışı səsləndirdi ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik və sabitlik əsas amillər olmalıdır və səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik.
Dövlət başçısı qeyd etdi ki, sülh və sabitliyin təmin olunması güclü siyasi iradə, qarşılıqlı hörmət və dialoq nəticəsində mümkün olur. Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Dövlət başçısı forumda çıxışında Azərbaycanın sülh təcrübəsindən xüsusi olaraq bəhs etdi. 30 illik işğal, 44 günlük vətən müharibəsi və bir günlük lokal antiterror tədbirlərinin həyata keçirildiyi, həmçinin tarixi Zəfərimizin və Suverenliyimizin bərpasının yaratdığı reallıqlar dövrü geniş təhlil edildi. Prezidentin nitqində Azərbaycanın keçdiyi yolun – münaqişədən sülhə doğru irəliləyiş modelinin mümkün olduğu vurğulandı və bu təcrübənin beynəlxalq ictimaiyyət üçün nümumə ola biləcəyi qeyd olundu.
Dövlət başçısının çıxışında enerji təhlükəsizliyi məsələsi də mühüm mövzulardan biri kimi təqdim olundu. Prezident qeyd etdi ki, müasir dövrdə enerji resursları yalnız iqisadi faktor deyil, həm də dövlətlərin milli təhlükəsizlik sisteminin ayrılmaz hissəsinə çevrilib. Azərbaycanın neft və qaz ixracı sahəsində oynadığı rol, eləcə də artan enerji əməkdaşlığı ölkənin beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirdiyini Prezidentin nitqində vurğulandı. Eləcə də nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən danışan dövlət başçısı qeyd etdi ki, Azərbaycan Şərq – Qərb və Şimal – Cənub nəqliyyat dəhlizlərində mühüm rol oynayır və bu istiqamətdə böyük infrastruktur layihələri həyata keçirib. Bu layihələr region ölkələri arasında iqtisadi əlaqələrin güclənməsinə və tranzit imkanlarının artırılmasına xidmət edir.
Pezident İlham Əliyev çıxışında Cənubi Qazfqazda sülh prosesinə də toxundu, bildirdi ki, Azərbaycan Ermənistanla yekun sülh sazişinin imzalanmasında maraqlıdır və belə bir razılaşma regionda yeni iqtisadi və nəqliyat layihələrinin həyata keçirilməsinə imkan verə bilər. Bakının mövqeyi ondan ibarətdir ki sülh əldə olunarsa, regionda yeni nəqliyyat marşurutları formalaşa və Ermənistan da ilk dəfə tranzit ölkə statusu qazana bilər. Bu, Cənubi Qafqazda postmünaqişə dövrünün əsas strateji istiqamətlərindəndir.
Dövlət başçısı çıxışı əsnasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətini və bütün kollektivini ölkəmizin bu il ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunda fəal iştiraka dəvət edərək bu əminliyi ifadə etdi ki, bir neçə aydan sonra Bakıda sizlərlə görüşüb dünyada sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi kimi ortaq məqsədimizə dair müzakirələrimizi davam etdirəcəyik.
Beləliklə sülhə, əmin – amanlığa və qarşılıqlı əməkdaşlığa töhfələr verən Azərbaycan XIII Qlobal Bakı Forumu vasitəsi ilə müasir dünyanın çağırışları qarşısında öz prinsipial mövqeyini bir daha təsdiqlədi. Strateji dialoq mərkəzi kimi çıxış edən ölkəmiz dünyanın diqqətini mühüm qlobal problemlərə yönəltdi və keçid dövrü ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün konstruktiv əməkdaşlığa, beynəlxalq səylərin birləşdirilməsinə ciddi ehtiyac olduğunu sərgilədi.
13/03/2026
Göyçay r Bığır kənd N.İsmayılov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin 2-ci sinfində Həyat bilgisi fənni üzrə "Şagirdlərdə sağlam həyat tərzinə dair bilik və bacarıqların formalaşdırılması" mövzusunda videoçarx nümayiş etdirilmiş, praktik məşğələ təşkil edilmişdir.
13/03/2026
Göyçay r Bığır kənd N.İsmayılov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin 4-cü sinfində Həyat bilgisi dərsində şagirdlərdə sağlam həyat tərzinə dair bilik və bacarıqların formalaşdırılması ilə bağlı praktiki məşğələlər keçirilmişdir.
13/03/2026
Göyçay r Bığır kənd N.İsmayılov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin 3-cü sinfində Həyat bilgisi fənni üzrə "Şagirdlərdə sağlam həyat tərzinə dair bilik və bacarıqların formalaşdırılması" istiqamətində videoçarxlar nümayiş etdirilmişdir.
13/03/2026
Göyçay r Bığır kənd N.İsmayılov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə əhalinin mühafizəsi, habelə profilaktika və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən yuxarı sinif şagirdləri üçün tədbir keçirilmişdir.
13/03/2026
Göyçay r Bığır kənd N.İsmayılov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində Badminton oyunu təşkil edilmişdir.
13/03/2026
Göyçay r Bığır kənd N.İsmayılov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində Fiziki tərbiyə dərsində şagirdlər Şahmat oyunun sirlərini həvəslə öyrənirlər.
06/03/2026
İdman həftəsində şagirdlər sıra düzülüşündə Səhər gimnastikası ilə məşğul olurlar.
06/03/2026
İdman həftəsində Göyçay r Bığır kənd N.İsmayılov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində " İdman viktorinası" təşkil edilmişdir.
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |