Göyçay Gənclər evində uşaqların gülüşü ilə daha da gözəlləşən bir gün! ✨
Sevinc, xoşbəxtlik və səmimi anlarla dolu bir gün yaşadıq. Balacaların üzündəki təbəssüm tədbirə xüsusi rəng qatdı. 🤩
Göyçay Gənclər Evi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Göyçay Gənclər Evi, Government Organization, Heydər Əliyev prosp. 237, Göyçay.
01/06/2026
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
01/06/2026
01.06.2026-cı il tarixində Göyçay Gənclər evində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göyçay şəhər internat məktəbinin şagirdlərinin iştirakı ilə “Gələcəyin işıqları” adlı görüş keçirildi.🤩🎊
Tədbirin məqsədi uşaqların bayram sevincini bölüşmək, onların asudə vaxtının səmərəli təşkili və xoş anlarla yadda qalan bir gün yaşamalarına şərait yaratmaq idi. Görüş zamanı uşaqlarla müxtəlif əyləncəli oyunlar təşkil olundu, musiqilər səsləndirildi, rəqs proqramları təqdim edildi və iştirakçılar birlikdə maraqlı vaxt keçirdilər.
Sonda iştirakçılara müxtəlif hədiyyələr təqdim olundu və xatirə şəkilləri çəkildi.💫
28/05/2026
28 May - Müstəqillik Gününüz Mübarək! 🇦🇿
28 May – Müstəqillik Günü 🇦🇿
Bu gün gənclərimizin səsində vətən sevgisi, ürəyində isə müstəqil Azərbaycanın sabahına olan inam var.
Müstəqilliyimizin işığı daim yolumuzu aydınlatsın! ✨
27/05/2026
Qurban bayramınız mübarək!
“28 May- Müstəqillik Günü”nə həsr edilmiş “Müstəqilliyin işığında” adlı tədbirdən görüntülər🇦🇿
26/05/2026
🇦🇿26.05.2026-cı il tarixində Göyçay Gənclər evində Göyçay Gənclər evi və Göyçay rayonu üzrə gənclər və idman sektorunin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyin işığında” adlı tədbir keçirildi. Tədbirin məqsədi gənclərə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, dövlət müstəqilliyimizin əhəmiyyəti və milli dəyərlərimizin qorunmasının vacibliyi barədə məlumat vermək idi.
Tədbirdə çıxış edən Göyçay Gənclər evinin direktoru Fərid Əkbərov, Göyçay rayonu üzrə gənclər və idman sektorunun müdiri Təranə Nuriyeva, tarixçi Tərlan Qarayev və hərbi müəllim Elşən Süleymanov gənclərə müstəqillik tariximiz, dövlətçilik ənənələri, vətənpərvərlik ruhunun əhəmiyyəti və gənclərin ölkənin gələcəyindəki vəzifələri barədə geniş məlumat verdilər. Çıxışlar zamanı gənclərin milli-mənəvi dəyərlərə sahib çıxmasının, dövlətçiliyimizin qorunmasında fəal iştirak etməsinin və vətənə layiqli vətəndaş kimi yetişməsinin vacibliyi vurğulandı.
Tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda musiqi ifaları səsləndirildi, milli rəqs nümunələri təqdim olundu və iştirakçılar tərəfindən maraqla qarşılandı. Rəngarəng çıxışlar tədbirə xüsusi ab-hava qataraq gənclərdə yüksək əhval-ruhiyyə yaratdı.
Göyçay Gənclər evi və Göyçay RPŞ-nin Dövlət Yol Polisi bölməsinin birgə əməkdaşlığı, eləcə də gənc könüllülərin fəal iştirakı ilə hazırlanan maarifləndirici videoçarxı sizlərə təqdim edirik. 🎥👮🏻♂️
Videonun əsas məqsədi yollarda təhlükəsizlik mədəniyyətini formalaşdırmaq, piyada və sürücüləri daha diqqətli olmağa səsləməkdir. Könüllülərin də rol aldığı bu çarxda hər kəs üçün həyati dərəcədə vacib mesajlar yer alıb.
Unutmayaq ki, yollarda diqqətli və məsuliyyətli olmaq hər bir vətəndaşın borcudur. Qaydalara əməl edək, yolları hamı üçün təhlükəsiz edək! 🚗🚶♂️
20/05/2026
Göyçay Gənclər evində “Gənclik ritmləri” adlı musiqili tədbir keçirilib✨
“Gənclik ritmləri” adlı konsert proqramında Gənclər evinin könüllüləri xüsusi fəallıq göstərərək öz istedadlarını təqdim ediblər.💫
Tədbir çərçivəsində rəngarəng musiqi nömrələri səsləndirilib. Gənclər evinin könüllüsü Cəlal İbrahimli pianoda bədii müşayiət layihəsini peşəkarlıqla icra edib, digər könüllü Nicat Hüseynli isə öz fərqli ifaları ilə çıxış edib. Proqramın repertuarında Azərbaycanın zəngin musiqi mədəniyyətini əks etdirən xalq mahnıları ilə yanaşı, müxtəlif estrada kompozisiyaları da yer alıb.🤩🎤
Təşkil olunmuş musiqili proqram iştirakçı gənclər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Öz yüksək istedadı və ifaları ilə tədbirə xüsusi rəng qatan gənclərimizə gələcək yaradıcılıq fəaliyyətlərində yeni-yewi uğurlar arzu edir, onların mədəniyyət sahəsindəki uğurlu addımlarının davamlı olmasını diləyirik.👏🏻
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Address
Heydər Əliyev Prosp. 237
Göyçay
AZ2300
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
