26/05/2026
🇦🇿26.05.2026-cı il tarixində Göyçay Gənclər Evində Göyçay rayonu üzrə gənclər və idman sektorunin,Göyçay Gənclər Evi SXM-nin, Göyçay Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə "28 May – Müstəqillik Günü" nə həsr olunmuş “Milli qürur və müstəqillik” adlı toplantı keçirildi.Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini tanıtmaq, milli dəyərlər, azadlıq və müstəqillik ideyalarını gənc nəsillərə aşılamaq məqsədilə keçirilən toplantıda 40 nəfər iştirak etmişdir.
Tədbirdə çıxış edən Göyçay rayonu üzrə gənclər və idman sektorunun müdiri Təranə Nuriyeva,Göyçay Gənclər evinin direktoru Fərid Əkbərov, tarixçi Tərlan Qarayev və hərbi müəllim Elşən Süleymanov gənclərə müstəqillik tariximiz, dövlətçilik ənənələri, vətənpərvərlik ruhunun əhəmiyyəti və gənclərin ölkənin gələcəyindəki vəzifələri barədə geniş məlumat verdilər. Çıxışlar zamanı gənclərin milli-mənəvi dəyərlərə sahib çıxmasının, dövlətçiliyimizin qorunmasında fəal iştirak etməsinin və vətənə layiqli vətəndaş kimi yetişməsinin vacibliyi vurğulandı.
Azərbaycanın dövlət himni ilə başlayan toplantının bədii hissəsində vətənpərvərlik mövzusunda musiqi ifaları səsləndirildi, milli rəqs nümunələri təqdim olundu və iştirakçılar tərəfindən maraqla qarşılandı. Rəngarəng çıxışlar tədbirə xüsusi ab-hava qataraq gənclərdə yüksək əhval-ruhiyyə yaratdı.
25/05/2026
24 may 2026-cı il tarixində Gəncə Olimpiya İdman Kompleksində "28 May - Müstəqillik günü" nə həsr olunmuş kikboksinq idman növü üzrə "Gəncə Open" turniri keçirilmişdir. Turnirdə 6 idmançı ilə iştirak edən Göyçay kikboksinq klubunun idmançıları uğurlu çıxış edərək 6 qızıl medalla geri dönmüşdür.
l yer - Məmmədov Cəmil
l yer - Hacızadə Qinyaz
l yer - İslamzadə Afiq
l yer - Quliyev Mirmövsüm
l yer - Əkbərov Ruslan
l yer - Bayramov İbrahim
İdmançılarımızı və onların məşqçisi Rüstəm Rüstəmovu təbrik edirik.
25/05/2026
Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır.
Mayın 28-də Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması beş min illik dövlətçilik tariximizin şanlı səhifələrindən olmaqla yanaşı, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi olaraq tariximizə mühüm hadisə kimi daxil oldu. 1813 və 1828-ci illərdə baş tutan işğal faktından sonra Azərbaycan xalqı öz müstəqilliyini itirmişdi. Çar Rusiyasının tərkibində müstəmləkə olmaqla çoxsaylı deqredasiya və represiyalara məruz qalmışdı. Bu mərhələdə həmçinin Azərbaycanda elmin, təhsilin, müstəqil iqtisadi siyasətin inkişafı üçün hər hansı bir şərait olmamış, hətta xalqımızın qarşısına müxtəlif maneələr çıxarılmışdır. Belə olan halda təqribən 90 il sonra yeni əsrin çağırışlarına – yeni dövrün tələblərinə uyğun olaraq yeni bir dövlət qurmaq zərurəti meydana çıxmışdır. Beləliklə Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Şübhəsiz ki, AXC-nin yaradılması Azərbaycanın dövlətçilik tarixinin xüsusi bir səhifəsidir. Qısa bir dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Mövcudluğun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan AXC bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizlik ortadan qaldırıldı. Eyni zamanda olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik dövlət qurmaq məqsədini qarşıya qoyan demokratik cümhuriyyət öz müqəddaratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
23/05/2026
22 may 2026-cı il tarixində Göyçay Peşə Liseyində "Bu günün bacarığı, sabahın uğuru" adlı görüş keçirilmişdir Dağlıq-Şirvan Karyera İnkişaf Mərkəzinin, Göyçay Peşə Liseyinin , Göyçay Gənclər Evi SXM-nin birgə təşkilatçılığı keçirilən görüşdə 65 nəfər iştirak etmişdir.
Görüşün əsas məqsədi peşə bacarıqlarına maraq yaratmaq, onların gələcək karyera seçimlərinə düzgün istiqamət vermək və əməyin dəyərini aşılamaq olmuşdur.
23/05/2026
22 may 2026-cı il tarixində Göyçay Peşə Liseyində "Bu günün bacarığı, sabahın uğuru "adlı görüş keçirilmişdir Dağlıq Şirvan Karyera İnkişaf Mərkəzinin, Göyçay Peşə Liseyinin birgə təşkilatçılığı keçirilən görüşdə 65 nəfər iştirak etmişdir.
Görüşün əsas məqsədi peşə bacarıqlarına maraq yaratmaq, onların gələcək karyera seçimlərinə düzgün istiqamət vermək və əməyin dəyərini aşılamaq olmuşdur.
23/05/2026
22 may 2026-cı il tarixində Göyçay Peşə Liseyində "Bu günün bacarığı, sabahın uğuru "adlı görüş keçirilmişdir Dağlıq Şirvan Karyera İnkişaf Mərkəzinin, Göyçay Peşə Liseyinin birgə təşkilatçılığı keçirilən görüşdə 65 nəfər iştirak etmişdir.
Görüşün əsas məqsədi peşə bacarıqlarına maraq yaratmaq, onların gələcək karyera seçimlərinə düzgün istiqamət vermək və əməyin dəyərini aşılamaq olmuşdur.
23/05/2026
22 May 2026-cı il tarixində Göyçay Peşə Liseyində "Bu günün bacarığı, sabahın uğuru" adlı görüş keçirilmişdir. Dağlıq -Şirvan Karyera İnkişaf Mərkəzinin və Göyçay Peşə Liseyinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə 60 nəfər iştirak etmişdir. Görüşün əsas məqsədi peşə bacarıqlarına maraq yaratmaq, onların gələcək karyera seçimlərinə düzgün istiqamət vermək və əməyin dəyərini aşılamaq olmuşdur.
22/05/2026
18-22 may 2026-cı il tarixlərində R.Rza adına 1 nömrəli tam orta məktəbin idman zalında Göyçay rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin oğlanlardan ibarət komandaları arasında voleybol idman növü üzrə rayon turniri keçirilmişdir. Turnirdə 8 ümumtəhsil məktəb komandası iştirak etmişdir. Turnirin sonunda müvafiq olaraq l, ll və lll yerləri tutan komandalar Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin təsis etdiyi diplom və medallarla təltif olunmuşdur.
l yer - R.Rza adına 1 nömrəli tam orta məktəb
ll yer - Q.Səmədov adına Mallı-şıxlı kənd tam orta məktəb
lll yer - Ə. Əfəndi adına Bığır kənd 1 nömrəli tam orta məktəb
Turnirdə qalib olmuş məktəb komandalarını təbrik edirik.
20/05/2026
19 may 2025-ci il tarixində Göyçay rayonu sərbəst güləş idman zalında "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş idman növü üzrə kütləvi idman tədbiri keçirilmişdir. Tədbirdə 50 nəfərə yaxın idmançı iştirak etmişdir. İdmançıları bir birindən maraqlı çıxışları idarə əməkdaşları tərəfindən maraqla izlənilmişdir.
18/05/2026
16 may 2026-cı il tarixində Göyçay Olimpiya İdman Kompleksində taekvondo idman növü üzrə açıq rayon turniri keçirilmişdir. Turnirdə Ölkənin şəhər və rayonlarından 25 komanda olmaqla 400-ə yaxın idmançı iştirak etmişdir. Turnirin sonunda müvafiq çəki dərəcələrində l, ll və lll yerləri tutan idmançılar diplom və medallarla, komandalar isə kubokla təltif olunmuşdur.
Turnirdə qalib olmuş idmançıları və onların məşqçi müəllimlərini təbrik edirik.