Göyçay rayon 1 saylı şəhər kitabxana filialı

Göyçay rayon 1 saylı şəhər kitabxana filialı

Share

Kitabxana xalq,millət üçün,cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat,bilik,zəka mənbəyidir. H.Əliyev

01/06/2026

Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

22/05/2026

Doğan Cüceloğlu təkcə psixologiya sahəsindəki parlaq karyerası ilə deyil, həyata istiqamət verən və insana dair hər hekayədən dərs çıxara bilən dərin zəkası ilə də ən önəmli elm adamlarından biridir. O, səksən illik zəngin həyat təcrübəsinin nəticəsi olaraq hamını maraqlandıran suallara ən səmimi cavablarını təqdim edir. Əslində, hər kəs kimi o da mübarizə aparır, kəşf edir və həyata dəyər qatır. Həyatın mənası nədir? Özümüzü necə inkişaf etdirə bilərik? Ümidsizliyin öhdəsindən necə gəlmək olar? İçimizdəki “mən”i kəşf etməyin yolu nədir? Kiminlə məsləhətləşməliyik? Həyat nələri mükafatlandırır? “Biz” olmaqdan ötrü nələr etmək lazımdır? Bu kimi mühüm sualları cavablandıran rəhbər səciyyəli kitab ömürboyu müsbət məziyyətlərin izində olan, onları həyatının hər anına ilmə-ilmə işləyən professor Doğan Cüceloğlunun ən mühüm əsərlərindəndir.

24/04/2026

V.Sinelnikov – tanınmış və təcrübəli psixoterapevt, psixoloq, sadəliyi və müalicəvi effektliliyinə görə minlərlə adama sağlamlığını qaytarmağa, rifahını yüksəltməyə, həyat sevincini dərk etməyə kömək edən unikal psixoloji metodikaların müəllifidir. Onun kitablarından hələ lazımınca ifadəsini tapmamış, instinktiv gücünüzdən qüvvə və enerji toplamaq, öz problemlərinizdən baş çıxarmaq, stress və xəstəliyin nə olduğunu birdəfəlik unutmaq üçün necə istifadə etməyi öyrənəcəksiniz. Kitab müalicəvi gücə malikdir və onun pozitiv təsiri onu əlinizə götürdüyünüz andan başlayır...

24/04/2026

Ştefan Svayqın "Göynədən sirr" (orijinal adı: Uhren der Sehnsucht və ya hekayə toplusuna daxil olan əsərlərdən biri) kitabı insan psixologiyasının dərinliklərinə enən, emosional və düşündürücü bir əsərdir. Hekayədə anası ilə birlikdə tətilə gedən Edqar adlı bir gəncin gözlənilməz hadisələrlə qarşılaşması və böyüklərin dünyasındakı mürəkkəb, bəzən isə ürəkgöynədən sirlərin şahidi olması təsvir edilir.

Photos from Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi's post 09/04/2026
Photos from Göyçay rayon 1 saylı şəhər kitabxana filialı's post 18/02/2026

"Bir insanın həyatı, bir cinayətin kölgəsində qalmasın" adlı dəyirmi masa keçirildi.

18 fevral 2026-cı il tarixində Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı və 2 saylı şəhər kitabxana filialının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "İnsan alverinə qarşı mübarizə" haqqında
sərəncamına əsasən "Bir insanın həyatı, bir cinayətin kölgəsində qalmasın" adlı tədbir keçirilib. Tədbirdə Göyçay rayon Heydər Əliyev Mərkəzinin, Göyçay rayon Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak edib. Dəvət olunmuş qonaqlar mövzu ilə əlaqəli ətraflı məlumat verdilər.

Photos from Göyçay rayon 1 saylı şəhər kitabxana filialı's post 18/02/2026

18 fevral 2026-ci il tarixində Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı şəhər filialı yeni kitabların təbliği məqsədi ilə Göyçay rayon Mədəniyyət Mərkəzinə səyyar kitabxana xidməti təşkil edib. Səyyar xidmət zamanı yeni nəşrlər haqqında məlumat verildi.

14/02/2026
Want your business to be the top-listed Government Service in Göyçay?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Heydər Əliyev Pr. 102
Göyçay