02/06/2026
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti vətəndaş qəbulu keçirib.
Göyçay Rayon İcra Hakimiyyətinin rəsmi feysbuk səhifəsi
02/06/2026
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti vətəndaş qəbulu keçirib.
01/06/2026
01/06/2026
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil edilmiş bayram tədbirində iştirak edib.
Şəhid övladlarının da iştirak etdiyi bayram tədbirində rayon uşaq və gəncləri tərəfindən hazırlanan müxtəlif musiqili səhnəciklər nümayiş olunub.
RİH başçısı uşaqları təbrik edərək onlara xoşbəxt və qayğısız həyat arzulayıb.
01/06/2026
Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.
01/06/2026
Sabahınız xeyir, əziz sakinlərimiz! Gününüz və həftəniz uğurlu olsun.
27/05/2026
Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.
Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
27/05/2026
Hörmətli göyçaylılar!
Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzu və diləklərimizi yetiririk.
Bu müqəddəs bayramda şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, etdiyiniz duaların Uca Tanrı dərgahında qəbul olunması diləyi ilə hər birinizə xoşbəxtlik, ailələrinizə əmin-amanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayırıq.
Allah kəsdiyiniz qurbanları, etdiyiniz duaları qəbul etsin!
Qurban bayramınız mübarək olsun!
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |