Göygöl şəhər İbrahim Hüseynov adına 1 nömrəli tam orta ümumi təhsil məktəb

Göygöl şəhər İbrahim Hüseynov adına 1 nömrəli tam orta ümumi təhsil məktəb

Share

Bu səhifə Göygöl şəhər İbrahim Hüseynov adına 1 nömrəli tam orta ümumi təhsil məktəbinin rəsmi Facebook səhifəsidir.

Photos from Göygöl şəhər İbrahim Hüseynov adına 1 nömrəli tam orta ümumi təhsil məktəb's post 25/05/2026

Məktəbimizdə şagirdlərin mütaliəyə marağının artırılması və oxu bacarıqlarının inkişaf etdirilməsi məqsədilə əvvəlki aylarda olduğu kimi, may ayı ərzində də müxtəlif siniflərdə “Oxu dəqiqələri” təşkil olunmuşdur.

Şagirdlər oxuduqları mətnləri müzakirə etmiş, fikirlərini bölüşmüş və mütaliənin əhəmiyyətini daha yaxından hiss etmişlər.

Bu cür fəaliyyətlərin keçirilməsi şagirdlərdə düzgün, sürətli və şüurlu oxu vərdişlərinin formalaşdırılmasına xidmət edir.
Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi

Photos from Göygöl şəhər İbrahim Hüseynov adına 1 nömrəli tam orta ümumi təhsil məktəb's post 23/05/2026

Məktəbimizin IX sinif şagirdi Ləman Mustafayeva əldə etdiyi növbəti uğuru məktəb kollektivi ilə bölüşüb. Şagirdimiz “VIII English Language Olympiad for Academic Purposes” (Akademik Məqsədlər üçün VIII İngilis Dili Olimpiadası) müsabiqəsində yüksək nəticə göstərdiyinə görə ADA Universiteti tərəfindən “Certificate of Award for Outstanding Performance” (Yüksək Nailiyyətə görə Təltif Sertifikatı) ilə təltif olunub.

Ləman Mustafayevanı bu uğuru münasibətilə təbrik edir, ona gələcək təhsil həyatında yeni nailiyyətlər və uğurlar arzulayırıq!

Photos from Göygöl şəhər İbrahim Hüseynov adına 1 nömrəli tam orta ümumi təhsil məktəb's post 20/05/2026

IV sinif şagirdləri ilə imtahan öncəsi hazırlıq tədbirləri davam etdirilir.

Məktəbimizin IV sinif şagirdləri ilə imtahan öncəsi stressin azaldılması, psixoloji hazırlığın gücləndirilməsi və cavab kartlarının düzgün işlənməsi texnikası öyrədildi

Məktəb psixoloqu Kəmalə Şükürova şagirdlərə imtahan zamanı həyəcanın idarə olunması, diqqətin düzgün yönləndirilməsi, vaxt bölgüsü və cavab kartlarının doldurulması qaydalarını ətraflı izah etdi. Eyni zamanda praktik nümunələr üzərində cavab kartlarının işlənməsi məşq etdirilərək şagirdlərin bu istiqamətdə bacarıqlarının formalaşdırılması təmin olundu.

Əsas məqsəd şagirdlərin imtahana psixoloji cəhətdən daha hazırlıqlı olmaları, özünəinamlarının artırılması və qiymətləndirmə prosesinə düzgün yanaşmanın formalaşdırılması olmuşdur.

Şagirdlərimizə qarşıdakı monitorinq və qiymətləndirmələrdə uğurlar arzulayırıq!.

Photos from Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi's post 18/05/2026
Photos from Göygöl şəhər İbrahim Hüseynov adına 1 nömrəli tam orta ümumi təhsil məktəb's post 15/05/2026

IV və VI siniflər üzrə keçiriləcək monitorinqə hazırlıq məqsədilə şagirdlərlə psixoloji dəstək görüşləri təşkil olundu.

Məktəbin psixoloqu Kəmalə Şükürova tərəfindən 4 və 6-cı sinif şagirdləri ilə psixoloji hazırlıq görüşləri keçirildi. Görüşlər zamanı şagirdlərlə imtahan həyəcanının və stresinin azaldılması, özünəinamın artırılması, vaxtın düzgün idarə olunması və monitorinqə müsbət yanaşmanın formalaşdırılması istiqamətində maarifləndirici söhbətlər aparıldı.

Şagirdlərə uğur qazanmaq üçün ilk növbədə özlərinə inanmağın vacibliyi vurğulandı və onlara motivasiyaedici tövsiyələr verildi.
Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi

Photos from Göygöl şəhər İbrahim Hüseynov adına 1 nömrəli tam orta ümumi təhsil məktəb's post 10/05/2026

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür. Bu münasibətlə məktəb kollektivi tərəfindən Ulu Öndərin abidəsi ziyarət edilmiş, önünə gül dəstələri qoyularaq əziz xatirəsi dərin hörmətlə anılmışdır.

Photos from Göygöl şəhər İbrahim Hüseynov adına 1 nömrəli tam orta ümumi təhsil məktəb's post 09/05/2026

Tarix fənn aylığı çərçivəsində məktəbin 7 “b” sinfində açıq dərs təşkil olundu.

📚 Fənn: Ümumi tarix
📖 Mövzu: “Xaç yürüşləri”
👨‍🏫 Fənn müəllimi: Cavid İbrahimov
📝 Təlim forması: kollektivlə iş
💡 Təlim üsulları: beyin həmləsi, fasiləli oxu, müzakirə

Dərs zamanı şagirdlər orta əsrlərdə Avropada feodal münasibətlərinin inkişafı, katolik kilsəsinin cəmiyyətdəki nüfuzu və xaç yürüşlərinin başlanmasına təsir edən siyasi, dini və iqtisadi amillər barədə fikir mübadiləsi apardılar. Mövzu üzrə aparılan müzakirələr şagirdlərin tənqidi düşünmə, səbəb-nəticə əlaqələrini müəyyən etmə və tarixi hadisələri müqayisəli təhlil etmə bacarıqlarının inkişafına şərait yaratdı.
Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi

Want your business to be the top-listed Government Service in Göygöl?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Hummel 50
Göygöl
2500

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00