Helenendorf Xanlar Göygöl

Helenendorf Xanlar Göygöl

Share

Səhifə 12.03.2012 tarixində açılıb. Göygöl şəhəri 1819-cu il aprelin 22-də alman kolonistləri tərəfindən Yelenendorf (alm. Helenendorf) adı altında salınıb.

Göygöl, Goygol, Гейгель, Xanlar, Chanlar, Elenendorf, Helenendorf, Khanlar, Kol-Yelendorf, and Yelenendorf

Koordinat: 40°35′13″N 46°18′57″E
Yerli vaxt : AZT (UTC+4)
Ərazi: 1030 км²
Əhali: 59.100 (01.01.2011) nəfər
Şəhər əhalisi: 23800 nəfər
Kənd əhalisi: 33300 nəfər
Əhali sıxlığı: 55 (nəfər/km2)
Kəndlərin sayısı - 38
Qəsəbələrin sayısı – 6
Inzibati ərazi vahidi - 27
Bələdiyyə - 25
Böyük və or

02/01/2026

“Göygöl rayonu, Toğanalı kəndindən tunelə gedən bu yol bizi Kəlbəcərə aparır. Yanvarın qarlı günlərində dağ yollarının ayrı bir gözəlliyi var ❄️”














29/12/2025

Maralgölün gözəlliyi deyib susuram🫠
Bəs sizcə Azərbaycanın ən gözəl gölü hansıdır?🤔

Video:

̇jan

28/12/2025

Göygölü Milli Parkı😍❤️

Video: .777

28/12/2025

Göygöl Rayon Ağsaqqallar Şurasının Müdrü, Ziyalı İctimai Xadim vəfat edib

1950-ci il may ayının 14-də Göyçə mahalının Böyük Məzrə kəndində anadan olmuş Dilənov Dilqəm Məhər oğlu, uzun illər rayonun yaşıllaşdırma sahəsinə rəhbərlik etmiş, eyni zamanda uzun illər rayonda müxtəlif rəhbər vəzifələrdə çalışmış, Göygöl Rayon Ağsaqqallar Şurasının müdrü, nüfuzlu el ağsaqqalı kimi tanınmışdır.

O, fəaliyyəti dövründə məsuliyyəti, təşkilatçılığı, dürüstlüyü və insanlara olan diqqəti ilə seçilmiş, rayonun abadlaşdırılması və ictimai həyatında mühüm xidmətlər göstərmiş ziyalı şəxsiyyət olmuşdur.

Dərin hüznlə bildiririk ki, 2025-ci il dekabrın 28-də Dilənov Dilqəm Məhər oğlu vəfat etmişdir. Mərhum bu gün Göygöl rayon qəbiristanlığında dəfn olunacaqdır.

Dilənov Dilqəm Məhər oğlunun vəfatı ailəsi, yaxınları və bütün rayon ictimaiyyəti üçün ağır itkidir. Onun əziz xatirəsi daim ehtiramla yad ediləcəkdir.

Allah rəhmət eləsin, məkanı cənnət olsun.
Qalanlarına səbir diləyirik.

27/12/2025

Bəs bu kəndi bilirdiniz?🥹

Mənim uşaqlığımın hər yayı bu kənddə olub. Babam uzun illər öncə, bu kənddə ev alıb. Hamımız yığışıb gedirdik. İndi də qorunur o ənənə, sadəcə aramızdan ayrılan insanlar var…

Dünən bəzi məsələlərə görə, bu postu sildim. İndi editləyib yenidən paylaşdım. Dünən bir izləyici yazmışdı ki, Ayşən xanım paylaşmayın çox adam bilməsin, zibilləyirlər. Səhər yuxudan oyandım ki, kənddəki qonşularımız yazıb ki, paylaş Ayşən. Kəndçilərin buna ehtiyacı var. Mən də belə qərara gəldim ki, nə qədər insanlarımız gəzərsə, o qədər mədəniyyət inkişaf edər. Bir o qədər kəndlərimizin infrastruktoru düzələr.

Bəs siz necə düşünürsünüz?

P.S. video: fb .Mammadova
Dünyanı virtual səyahətə çıxmaq istəyirsizsə bu xanımın profilini mütləq izləyin🙂

Photos from Helenendorf Xanlar Göygöl's post 23/12/2025

Cənab Prezident İlham Əliyev, 64-cü ad gününüz mübarək! Azərbaycan dövlətinin güclənməsi və milli maraqlarımızın qorunması naminə fəaliyyətinizdə daim uğurlar arzulayırıq. 🇦🇿

15/11/2025

Gözəl Kəpəz dağı… Göygölün hansı tərəfindən baxsan, gözəlliyin dəyişmir.
Payızın ən gözəl rəngi də səninlə tamamlanır, mənim Kəpəzim… 🍁🧡
Göygölün nəfəsi, Kəpəzin əzəməti – hər kadrda ayrı bir gözəllik.
---
📌




12/11/2025

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Vüqar Vahid oğlu Novruzov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Vüqar müəllimi bu mühüm təyinat münasibətilə təbrik edir, yeni vəzifəsində uğurlar, fəaliyyətində isə davamlı nailiyyətlər arzulayırıq.

Xatırladaq ki, Vüqar Novruzov bu təyinatdan öncə Naftalan Şəhər İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışıb.

̇crahakimiyyəti ❤️

12/11/2025

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər Sərəncamına əsasən, Elvin Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Elvin müəllim Göygöl rayonuna rəhbərlik etdiyi dövrdə rayonun sosial-iqtisadi inkişafı, abadlıq və infrastruktur sahəsində mühüm işlər görmüş, bütün kəndlərə səfər edərək yerli sakinlərin qayğı və problemləri ilə yaxından maraqlanmış və həll edilməsinə çalışmışdır.

Göygölə rəhbərlik etdiyi müddətdə gördüyü işlər və göstərdiyi səmərəli fəaliyyət təqdirəlayiqdir.
Elvin müəllimə yeni vəzifəsində uğurlar və fəaliyyətində davamlı nailiyyətlər arzulayırıq.

̇crahakimiyyəti ❤️

Photos from Helenendorf Xanlar Göygöl's post 08/11/2025

Hörmətli göygöllülər və rayonumuzun qonaqları!
Sizi 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə təşkil olunmuş möhtəşəm “Zəfər” konsertinə dəvət edirik.

07/11/2025

🇦🇿 Zəfər Bayramımız mübarək, Azərbaycan! 🇦🇿
Bu gün xalqımızın qürur günüdür!
Bu zəfəri bizə yaşadan igid Şəhidlərimizə Allah rəhmət eləsin,
Qazilərimizə sağlam can, Veteranlarımıza uzun ömür arzulayırıq. 🙏
Vətən uğrunda canından keçən hər bir qəhrəmanımıza sonsuz minnətdarlıq! 💪💚❤️💙

📍 Göygöl şəhəri, Kapital Bankın qarşısı
Helenendorf Xanlar Göygöl – xalqımızın Zəfəri ilə fəxr edir! 🇦🇿✨

28/10/2025

Göygöl şəhərindən Xəstəxana yolu istiqamətində “Bakı–Qazax” magistralına sola dönən zaman nəzarət kameraları tərəfindən qayda pozuntularına görə cərimələrin tətbiq edildiyi bildirilir.
Eyni zamanda, Bakı istiqamətindən gələrkən Xəstəxana yoluna dönən sürücülərə də analoji qayda pozuntularına əsasən cərimə yazıldığı qeyd olunur.

Bütün sürücüləri hərəkət qaydalarına riayət etməyə və diqqətli olmağa çağırırıq.

Want your business to be the top-listed Government Service in Göygöl?

Click here to claim your Sponsored Listing.

Location

Address


Göygöl H. Əliyev
Göygöl
2500