Göygöl rayon Gənc Mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu

Göygöl rayon Gənc Mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu

Share

Sehfede Göygöl rayon Mədəniyyət və Turiz şöbəsinin gördüyü işlər və tədbirləri paylaşılacaqdır.

Photos from Göygöl rayon Gənc Mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu's post 01/03/2017

Göygöl rayon Mədəniyyət mərkəzində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti, ümumtəhsil məktəb şagirdləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər. Tədbirdən əvvəl tədbir iştirakçıları Mədəniyyət mərkəzinin foyesində təşkil olunmuş rəsm sərgisinə və Xocalı soyqırımına həsr olunmuş filmə baxış keçirtdilər.
Saat 17.00-da Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonda Xocalı soyqırımının 25-ci ildönümü münasibəti ilə Göygöl rayon məktəblilərinin təşkil etdiyi ədəbi-bədii kompozisiyası təqdim olundu.

Photos 19/01/2017

Vətən şəhidlərini heç vaxt unutmayacaq 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. Sabah "Qanlı Yanvar"ın 27-ci il dönümüdür. 27 il öncə Azərbaycan xalqının taleyində də nəhs və qorxunc günlər yaşanırdı. Xalqımız qırmızı imperiyanın "Qızıl ordusu"nun, sovet hərb maşınının zoruna məruz qalmışdı. Xalqımız təcavüzə uğramış, günahsız insanlar gülləbaran edilmiş, milli heysiyyatımız tankların tırtılları altına atılmışdı.

Photos from Göygöl rayon Gənc Mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu's post 07/07/2016

Göygöl rayon ucqar Tülallar kəndindən görüntü.
Fotonu əməkdaşımız Allahşükür Qasımov tərəfindən 2016-cı il may ayının sonlarında çəkib.

Photos from Göygöl rayon Gənc Mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu's post 06/05/2016

05.05.2016-cı il tarixində Göygöl rayonunda "IX Kitab bayramı" keçirildi.Tədbir Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən Ulu Önder Heydər Əliyevin 93 illik yubleyinə həsr olunmuşdur.

Photos from Göygöl rayon Gənc Mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu's post 21/04/2016

Göygöl rayon sakini Milli qəhrəman Etibar Hacıyevin 45 illik yubleyi S.Vurğun adına Mərkəzi Kitabxanada qeyd olundu.

Photos from Göygöl rayon Gənc Mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu's post 15/04/2016

Bu gün Göygöl rayonunda "Vətənin müdafiəsinə hazıram" adlı tədbir keçirildi.Tədbirdə rayon icra hakimiyyəti və yerli idarə və müəssisələri,rayon Mədəniyyət və Turizm şöbəsinin kollektivi iştirak etdilər.Tədbirdə müharibədə iştirak etmiş rayon əlliləri mükafatla təltif olundu.Şəmistan Əlizamanlının hərbi vətənpərvərlik mahnıları sona çatdı.

Photos from Göygöl rayon Gənc Mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu's post 04/04/2016

Vətənpərvərliyin ən ali məqamı - şəhidlik!
Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Bu gün Göygöl rayonundan şəhid olan 19 yaşlı Qardaşımız Bağırov Sərxan Azər oğlu.

Photos from Göygöl rayon Gənc Mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu's post 21/03/2016

19.03.2016 ci il tarixində
Göygöl rayonunda Azərbaycan xalqının milli bayramı – “Novruz” Bayramı münasibətilə ümumrayon şənliyi keçirildi. Şənlik Şəhər mərkəzi stadionunda təşkil edilmişdir. İcra hakimiyyəti tərəfindən təşkil edilmiş şənlikdə Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov, Milli Məclisin Deputatı cənab Rövşən Rzayev, rayonda fəaliyyət göstərən bütün müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi əlilləri, şəhid və aztəminatlı ailələr, idmançılar, musiqiçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov və Milli Məclisin Deputatı cənab Rövşən Rzayev Azərbaycan xalqının uzaq qədimlərdən bu günədək sevə-sevə qeyd etdiyi “Novruz” Bayramı münasibəti ilə təbrik edərək, bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladılar.“Novruz” bayramının əsas personaları olan Kosa, Keçəl və Bahar Qızı atlıların müşayiəti ilə faytonda şəhərin küçələrini dövr edərək meydançaya daxil oldular və öz duzlu və məzəli çıxışları ilə şənliyə rəngarənglik qatdılar. Dəvət olunmuş pəhləvan və kəndirbazlar isə xüsusi əyləncəli proqramları ilə çıxış etdilər.
Şənlik rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi rəngarəng konsert proqramı ilə davam etdirildi.

Photos 11/03/2016

Göygöl rayonunda “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibəti ilə tədbir keçirildi

“8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Göygöl rayon Mədəniyyət Mərkəzində rayon tədbiri keçirildi. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin bu müəssisələrdə çalışan qadınlar iştirak etdilər. Tədbirdə çıxış edən natiqlər əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasətinin bu gün Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edərək bildirdilər ki, dövlət qayğısının nəticəsidir ki, qadınlarımız ölkəmizin bütün sahələrində təmsil olunurlar. Rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən bir qrup qadına fəxri fərman və xatirə hədiyyələri təqdim olundu. Tədbir Göygöl rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə başa çatdı.

Tədbir KepezTV tərəfindən yayımlandı:

http://www.kepeztv.az/news/id/11219

Photos 11/03/2016

Xocalı soyqırımının 24-cü ildönümü Göygöl rayonunda qeyd olundu

Göygöl rayon Mədəniyyət mərkəzində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi.
Tədbirdən əvvəl tədbir iştirakçıları Mədəniyyət mərkəzinin foyesində təşkil olunmuş rəsm sərgisinə və Xocalı soyqırımına həsr olunmuş filmə baxış keçirtdilər.
Saat 17.00-da Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonda Xocalı soyqırımının 24-cü ildönümü münasibəti ilə Göygöl rayon məktəblilərinin təşkil etdiyi ədəbi-bədii kompozisiyası təqdim olundu.

Photos 29/02/2016

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı rayonu erməni faşistlərinin hücumuna, dinc əhali qətliama məruz qalmışdır. Şəhər işğal edilərək, yandırılmışdır. Xalqımızın başına gətirilən bu müsibəti nə biz unutduq, nə də gələcək nəsilə unutdurarıq! "Justice for Khojaly"

Want your business to be the top-listed Government Service in Göygöl?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


AZ2500, Hummel
Göygöl

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00