01/06/2026
1 İyun Uşaqların Beynəlxalq müdafiəsi günü ilə bağlı məktəbimizdə tədbir keçirildi.
Gəncə şəhər 17 nömrəli tam orta məktəb - Azərbaycan Respublikası Gəncə şəhərində ümumi təhsil müəssisəsi.
01/06/2026
1 İyun Uşaqların Beynəlxalq müdafiəsi günü ilə bağlı məktəbimizdə tədbir keçirildi.
28 May Müstəqillik günü ilə bağlı məktəbdə fəaliyyət göstərən dərnək rəhbərləri xüsusi məşğələlər təşkil etdilər.
28/05/2026
28/05/2026
28/05/2026
28 May - Azərbaycanın Müstəqillik Günü
Ümumi təhsil müəssisələrində fənn aylıqlarının keçirilməsi barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin 3-29-31/3-2-61F/2025 nömrəli 23.09.2025-ci il tarixli əmrinə əsasən hazırlanmış Tədbirlər Planına uyğun olaraq Tarix fənn aylığı çərçivəsində tarix müəllimlərinin təşəbbüsü ilə 7d və 6ə sinif şagirdlərinin Göy-Göl şəhərinə ekskursiyaları təşkil edildi.
27/05/2026
28 May Müstəqillik günü ilə bağlı məktəbin tarix müəllimi Lamiyə Qocayeva kitabxanada dəyirmi masa təşkil etdi.
27/05/2026
Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.
Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
27/05/2026
Ümumi təhsil müəssisələrində fənn aylıqlarının keçirilməsi barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin 3-29-31/3-2-61F/2025 nömrəli 23.09.2025-ci il tarixli əmrinə əsasən hazırlanmış Tədbirlər Planına uyğun olaraq Tarix fənn aylığı çərçivəsində tarix müəllimi Çinarə Əliyeva "Türkmənçay müqaviləsi" mövzusunda açıq dərs təşkil etdi.
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |