05/06/2026
🇦🇿 “Milli-mənəvi dəyərlər” tədbirlər planına uyğun olaraq şagirdlər tərəfindən milli-mənəvi dəyərlərə həsr olunmuş təqdimatlar hazırlandı və təqdim edildi.
Təqdimatlar zamanı şagirdlər Azərbaycan xalqının zəngin milli-mənəvi irsi, adət-ənənələri, azərbaycançılıq ideyası, vətənpərvərlik hissi və milli kimliyimizin qorunmasının əhəmiyyəti barədə çıxışlar etdilər. Bu fəaliyyət şagirdlərdə milli dəyərlərə bağlılığın gücləndirilməsi, tariximizə və mədəniyyətimizə marağın artırılması baxımından mühüm əhəmiyyət daşıdı.
05/06/2026
🇦🇿 “Milli-mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhu” tədbirlər planına uyğun olaraq şagirdlərin İsrafil Məmmədovun Ev Muzeyinə ekskursiyası təşkil olundu.
Ekskursiya zamanı şagirdlərə Azərbaycanın Milli Qəhrəmanı İsrafil Məmmədovun həyat yolu, göstərdiyi qəhrəmanlıq nümunələri və Vətən qarşısındakı xidmətləri haqqında ətraflı məlumat verildi. Muzeydə nümayiş olunan eksponatlar şagirdlərdə vətənpərvərlik hissinin gücləndirilməsi, milli-mənəvi dəyərlərə bağlılığın artırılması baxımından böyük maraq doğurdu.
05/06/2026
📚 “Tanınmış şəxsiyyətlər” təqvim planına uyğun olaraq UBTR Elnarə İsmayılova tərəfindən görkəmli xalq şairi, dramaturq və ədəbiyyatşünas Bəxtiyar Vahabzadə haqqında maarifləndirici məlumat təqdim olundu.
Görüş zamanı Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələr, vətənpərvərlik ruhunda yazılmış əsərləri, milli-mənəvi dəyərlərin təbliğindəki rolu haqqında iştirakçılara ətraflı məlumat verildi. Şairin zəngin yaradıcılığı və ədəbi irsi gənc nəslin maariflənməsi baxımından xüsusi vurğulandı.
05/06/2026
📚 Tanımış şəxslərin təqvim planına uyğun olaraq UBTR Elnarə İsmayılova tərəfindən Azərbaycan bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyov haqqında maarifləndirici məlumat təqdim olundu.
Tədbir zamanı Üzeyir Hacıbəyovun Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr, onun yaradıcılığı, milli operamızın inkişafındakı rolu və zəngin irsi haqqında şagirdlərə ətraflı məlumat verildi. Bu cür maarifləndirici görüşlər şagirdlərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsində mühüm rol oynayır.
04/06/2026
İnsan Hüquqları Aylığı çərçivəsində psixoloq Tural Şabanov tərəfindən maarifləndirici seminar keçirildi. Seminar zamanı iştirakçılara insan hüquqları, psixoloji rifah və cəmiyyətdə fərdi hüquqların əhəmiyyəti barədə ətraflı məlumat verildi.
Maarifləndirici görüş iştirakçılar tərəfindən maraqla qarşılandı və faydalı müzakirələrlə yadda qaldı.
04/06/2026
🚀✨ Məktəbimizdə məktəblilərarası Milli Kosmik Poçt Kart Müsabiqəsi keçirildi
Məktəbimizin təşkilatçısı Novruzova Nigar tərəfindən məktəblilərarası Milli Kosmik Poçt Kart Müsabiqəsi təşkil olundu.
Müsabiqə çərçivəsində şagirdlər hazırladıqları poçt kartlarında kosmosa aid şəkillər çəkərək, eyni zamanda kosmosla bağlı sual və fikirlərini qeyd etdilər. Şagirdlərimizin yaradıcılığı, maraqlı düşüncələri və kosmosa olan böyük maraqları tədbirə xüsusi rəng qatdı. 🌍🚀✨
İştirak edən bütün şagirdlərə təşəkkür edir, uğurlar arzulayırıq! 👏
03/06/2026
Sertifikasiya prosesində iştirak edəcək müəllimlərlə məktəb direktoru Vəfa Nəbiyeva, direktor müavini Zülfiyyə Əsədova tərəfindən imtahana hazırlıq mərhələsi ilə bağlı görüş keçirilmiş, müəllimlərə tövsiyələr verilərək onlara uğurlar arzulanmışdır.
01/06/2026
“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün balalarımızı ürəkdən təbrik edirik! Uşaqların üzündən gülüş, qəlbindən sevinc əskik olmasın. Bayramınız mübarək, əziz uşaqlar!” 🌸🎈
28/05/2026
28 May Respublika Günü ilə bağlı tədbir keçirildi. Şagirdlər mahnılar səsləndirib, şeirlər ifa etdilər. Bayramımız mübarək! 🇦🇿”