Gəncə Regional Turizm İdarəsi

Gəncə Regional Turizm İdarəsi

Share

Gəncə Regional Turizm İdarəsi - Destinasiya Menecmenti Təşkilatı kimi fəaliyyət göstərir. 1.1. Regionda turizmin inkişafına yönəlmiş digər tədbirləri icra etmək.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2023-cü il tarixli 2035 nömrəli Fərmanı əsasında Agentliy

01/06/2026

Gəncə Regional Turizm İdarəsi tərəfindən Qərb regionunun turizm imkanlarının təbliği və təşviqi istiqamətində fəaliyyətlər davam etdirilir. Belə ki, 2026-cı ilin may ayı ərzində İdarənin Facebook, Instagram və LinkedIn sosial media platformalarında ümumilikdə 56 paylaşım edilmişdir. Paylaşımlar əsasən regionun turizm potensialının tanıdılması, turizm obyektləri və marşrutlarının təşviqi, yerli mədəni irsin təbliği, eləcə də maarifləndirici və məlumatlandırıcı məzmunların ictimaiyyətə çatdırılmasını əhatə etmişdir.

Bununla yanaşı, nəzərinizə çatdırırıq ki, Gəncə Regional Turizm İdarəsi may ayı ərzində öz daxili resursları və potensialı hesabına, əlavə maliyyə vəsaiti cəlb edilmədən bir sıra videoçarxlar hazırlamışdır. Hazırlanan videoçarxların istehsalı zamanı dövlət büdcəsindən və ya digər maliyyə mənbələrindən heç bir vəsait sərf edilməmişdir. Bu istiqamətdə göstərdikləri dəstəyə görə tərəfdaşlarımıza təşəkkürümüzü bildiririk.

May ayı ərzində hazırlanmış videoçarxlardan bəzilərini diqqətinizə təqdim edirik:

https://www.facebook.com/share/v/1CwZKJaEGk/?mibextid=wwXIfr

https://www.facebook.com/share/v/18BqiVpT48/?mibextid=wwXIfr

https://www.facebook.com/share/v/18q8wQpKim/?mibextid=wwXIfr

https://www.facebook.com/share/v/18oXH2VGRW/?mibextid=wwXIfr

https://www.facebook.com/share/v/1ESMTRUS8j/?mibextid=wwXIfr

01/06/2026

Göygölün dadı yol boyu hiss olunur...

Hacıkənd qəsəbəsinə aparan yol boyunca qonaqları qarşılayan təndir qoxusu Göygölün ən məşhur kulinariya nümunələrindən biri olan Göy kətəsinin xəbərçisidir.

Ənənəvi üsullarla hazırlanaraq isti-isti təqdim olunan Göy kətəsi uzun illərdir bölgənin qastronomik simvollarından biri hesab edilir. Yol kənarında fəaliyyət göstərən kətə ocaqları yerli sakinlərlə yanaşı, Göygölə səfər edən turistlərin də xüsusi maraq göstərdiyi məkanlardandır.

Təbiətin gözəlliyi ilə milli mətbəxin ləzzətinin vəhdət təşkil etdiyi Hacıkənd istiqaməti qonaqlara həm unudulmaz mənzərələr, həm də bölgəyə məxsus dadları kəşf etmək imkanı yaradır.

Göygölə yolunuz düşərsə, Göy kətəsinin dadına baxmağı unutmayın!
Go Goygol

01/06/2026

Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

01/06/2026
Photos from Dövlət Turizm Agentliyi's post 29/05/2026

Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb

Mayın 29-da Çin Xalq Respublikasının paytaxtı Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin açılışı baş tutub.

Ətraflı şərh bölməsindən oxuya bilərsiniz⤵️

Photos from Dövlət Turizm Agentliyi's post 27/05/2026

Azərbaycanın turizm potensialı Çində silsilə tədbirlər vasitəsilə tanıdılır

Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı və “Azərbaycan Hava Yolları” QSC (AZAL) daxil olmaqla 6 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə Çin Xalq Respublikasının Sian, Şanxay və Pekin şəhərlərində silsilə tanıtım tədbirləri keçirilir.

Ətraflı şərh bölməsindən oxuya bilərsiniz⤵️

Want your business to be the top-listed Government Service in Ganja?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Heydar Aliyev Square, Administrative Building, 3rd Floor
G***a
2001

Opening Hours

Monday 09:00 - 06:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00