03/06/2026
“Heydər Əliyev məktəbi” layihəsinə start verilib
Daha ətraflı:
https://shorturl.at/0mHUo
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti, Government Organization, Heydər Əliyev adına meydan, İnzibati bina, Ganja.
Gəncə Şəhər İcra Hakimiyyəti
Ünvan: AZ2000, Gəncə şəhəri, Heydər Əliyev adına meydan, İnzibati bina
Теl: (22) 256-98-95
Faks: 264-01-01
E-mail: [email protected]
03/06/2026
“Heydər Əliyev məktəbi” layihəsinə start verilib
Daha ətraflı:
https://shorturl.at/0mHUo
Gəncədə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid ailələrinin və müharibə iştirakçılarının övladları üçün tədbir təşkil olunub
Gəncə Dövlət Filarmoniyasında konsert proqramı təqdim edilib, daha sonra “Gəncland” ailəvi istirahət və əyləncə kompleksində uşaqlar üçün maraqlı istirahət və əyləncə proqramı keçirilib.
Qeyd edək ki, tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının və “Gəncland” ailəvi istirahət və əyləncə kompleksinin birgə təşkilatçılığı ilə baş tutub.
02/06/2026
Gəncədə “Meydandan Arenaya” layihəsinin növbəti mərhələsi keçirilib
Daha ətraflı:
https://shorturl.at/WmVGy
01/06/2026
Gəncə teatrında “Aydın” tamaşasının premyerası baş tutub
Gəncə Dövlət Milli Dram Teatrında görkəmli dramaturq Cəfər Cabbarlının "Aydın" əsəri əsasında hazırlanmış tamaşanın premyerası keçirilib.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rəssamı isə Mirzə Mehdidir.
Səhnə əsərində Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artist Elxan Abbasov, aktyorlar Murad Meyfaliyev, Günay Cabbarova, Fərid Vəliyev, Yusif Cəfərov, Mətləb Təhmazi, Elmir Məmmədov, Emil Salmanov, Akif Səfərov, Elnur Abbasov, Zaur Əhmədov, Elvin Alnağiyev və Seymur Məmmədov çıxış ediblər.
01/06/2026
Gəncə şəhərində valideynlər üçün maarifləndirici tədbir təşkil olunub
Daha ətraflı:
https://shorturl.at/toWjO
01/06/2026
Gəncədə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
Daha ətraflı:
https://shorturl.at/CJgLJ
01/06/2026
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edilib.
Paylaşımda deyilir:
“Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram”.
27/05/2026
Prezident İlham Əliyev 28 May - Müstəqillik Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib
27/05/2026
Hörmətli şəhid ailələri, müharibə iştirakçıları və şəhər sakinləri!
Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, ruzi-bərəkət və firavan həyat arzulayıram.
İslam dünyasının ən əziz və mənəvi dəyərləri özündə birləşdirən Qurban bayramı insanları mərhəmətə, xeyirxahlığa, birlik və həmrəyliyə səsləyir. Bu müqəddəs bayram cəmiyyətimizdə milli-mənəvi dəyərlərin yaşadılmasına, insanlar arasında qarşılıqlı sevgi və qayğının daha da möhkəmlənməsinə xidmət edir.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə şəhid ailələri, müharibə iştirakçıları və veteranları daim dövlətin xüsusi himayəsi ilə əhatə olunur. Dövlətimizin həyata keçirdiyi sosial siyasət xalqımızın rifahının yüksəldilməsinə, milli həmrəyliyin və vətəndaş birliyinin daha da gücləndirilməsinə xidmət edir.
Qurban bayramı günlərində şəhid ailələrinə, qazilərimizə, aztəminatlı ailələrə diqqət göstərmək, ehtiyacı olan insanlarla həmrəy olmaq hər birimizin mənəvi borcudur. Əminəm ki, xalqımız hər zaman öz milli-mənəvi dəyərlərinə sadiq qalaraq birlik və bərabərlik nümayiş etdirəcəkdir.
Uca Allah etdiyiniz duaları və kəsdiyiniz qurbanları qəbul etsin, doğma Azərbaycanımıza daim sülh, əmin-amanlıq və tərəqqi nəsib etsin.
Bir daha hər birinizi müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, ailələrinizə xoşbəxtlik və sevinc arzulayıram.
Qurban bayramınız mübarək!
Niyazi Bayramov
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
27/05/2026
Gəncədə Qurban bayramı münasibətilə bayram namazı qılınıb
Bayram namazı şəhərin bütün məscidlərində eyni vaxtda qılınıb. Yüzlərlə şəhər sakininin qatıldığı ibadətdə dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.
Həmçinin şəhərin “Kəpəz Bazarı” ASC-də, “İmamzadə” Dini Kompleksinin qurbangahında, M. Bağırov küçəsində və keçmiş “Ət kombinatı”nın ərazisində müəyyən edilmiş satış və kəsim məntəqələrində baytarlıq nəzarətindən keçmiş heyvanların kəsimi həyata keçirilib. Qurbanlar sanitar-gigiyenik tələblər gözlənilməklə və İslam qaydalarına uyğun şəkildə kəsilib.
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 16:00 |