Gəncə şəhəri Səməd Vurğun adına 41 nömrəli təbiət və humanitar təmayüllü liseyin 8a1 sinif şagirdi , Uşaq Səfirlər məclisinin nümayəndəsi Mövsümova Zeynəb tərəfindən 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Uşaqların səsi , gələcəyin nəfəsi" adlı hazırlanmış videoçarx .
Məqsəd: şagirdlərin öz fikirlərini və arzularını ifadə etmələrinə şərait yaratmaq,onların hüquqlarına , dəyərlərinə və xoşbəxt gələcəyinə diqqət çəkməkdir.
Gəncə şəhəri S.Vurğun adına 41 nömrəli təbiət və humanitar təmayüllü lisey
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gəncə şəhəri S.Vurğun adına 41 nömrəli təbiət və humanitar təmayüllü lisey, Government Organization, Nizami küçəsi 158, Ganja.
Gəncə Daşkəsən Regional Təhsil İdarəsi, Gəncə şəhər üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən Gəncə şəhəri Səməd Vurğun adına 41 nömrəli təbiət və humanitar fənlər təmayüllü liseyin rəsmi səhifəsi
29/05/2026
26.05.2026-cı il tarixində IV sinif şagirdləri üçün yeni hazırlanmış çərçivə sənədinə uyğun monitorinq təşkil olundu.
Monitorinq yeni hazırlanmış çərçivə sənədinə uyğun şəkildə həyata keçirildi. Şagirdlərə təqdim olunan sual kitabçaları və cavab kartları müasir qiymətləndirmə tələblərinə əsasən hazırlanmışdı.
Şagirdlərə tapşırıqları yerinə yetirmək üçün 150 dəqiqə vaxt ayrıldı.
Monitorinq:
▪️ Azərbaycan dili – 30 sual
▪️ Riyaziyyat – 30 sual
olmaqla ümumilikdə 60 sualdan ibarət idi.
Monitorinqin əsas məqsədi şagirdlərin:
✔️ oxuyub-anlama,
✔️ məntiqi təfəkkür,
✔️ problem həlli,
✔️ tətbiqetmə bacarıqlarını qiymətləndirmək idi.
Şagirdlərimizə uğurlar arzulayır, onların gələcək nailiyyətlərinə inanırıq!
28/05/2026
28 May – Müstəqillik Günü münasibətilə Liseyin tarix müəllimi Günay Şərifovanın təşkilatçılığı ilə 5a1 sinif şagirdləri Azərbaycan Xalq Cümhuriyyəti Muzeyinə ekskursiya etdilər.
Ekskursiya zamanı şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, dövlətçilik ənənələrimiz, milli istiqlal mübarizəsi və tarixi şəxsiyyətlər haqqında maraqlı məlumatlar əldə etdilər. Muzeydə nümayiş olunan eksponatlar, arxiv sənədləri və tarixi materiallar şagirdlərdə böyük maraq yaratdı.
Bu cür maarifləndirici ekskursiyalar şagirdlərin tariximizə olan marağının artırılması, vətənpərvərlik ruhunun formalaşdırılması və milli dəyərlərimizin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
26/05/2026
11-ci sinif buraxılış imtahan fənləri üzrə nəticələr müzakirə olunmuş, təhlil aparılmışdır.
Görüş zamanı şagird nailiyyətləri dəyərləndirilmiş, mövcud çatışmazlıqlar və nəticələrin yaxşılaşdırılması istiqamətində görüləcək işlər barədə müzakirələr aparılmış , həmçinin məktəbdaxili qiymətləndirmələrin düzgün aparılması ilə bağlı təlimat bir daha fənn müəllimlərinin diqqətinə çatdırılmışdır.
26/05/2026
6b sinfində tarix müəllimi Gülnur Rzayeva tərəfindən 28 May "Müstəqillik günü" münasibətilə dəyirmi masa keçirildi.Şagirdlərə müstəqillin vacibliyi və onun qorunmasının əhəmiyyəti vurğulandı.
Müstəqilliyimiz əbədidir və sarsılmazdır!
YAŞASIN MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİ!!!
25/05/2026
Valideyn seminarlarının təşkili davam etdirilir..
Mövzu: Şagirdlərin nizam-intizam qaydalarına əməl etmələri, şagirdlərin dərsə gecikmə hallarına nəzarəti gücləndirmələri haqqında.
22/05/2026
Gəncə şəhəri S.Vurğun adına 41 nömrəli təbiət və humanitar təmayüllü liseyin 6-cı sinif müəllimləri ilə ARTİ tərəfindən keçiriləcək monitorinq imtahanlarına hazırlıq məqsədilə görüş keçirilmişdir. Görüş zamanı monitorinqin "çərçivə sənədi" müəllimlərə ətraflı izah olunmuş, cavab kartlarının düzgün işlənilməsi qaydaları barədə məlumat verilmişdir. Görüşdə monitorinq prosesinin təşkili, qiymətləndirmə meyarları və şagirdlərin imtahana hazırlıq səviyyəsi ilə bağlı müzakirələr aparılmışdır.
22/05/2026
4B sinfi şagirdləri ilə imtahan stresi mövzusunda interaktiv görüş keçirildi. Görüş zamanı imtahana düzgün hazırlıq yolları, stressin idarə olunması və özünə inamın artırılması haqqında söhbətlər aparıldı. Şagirdlər fikir mübadiləsi edərək öz duyğularını bölüşdülər və motivasiyaedici fəaliyyətlərdə iştirak etdilər.
22/05/2026
Tarix fənn aylığı çərçivəsində tarix müəllimi Gülnur Rzayevanın təşkilatçılığı ilə 7a sinfinin Gəncə Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi abidə kompleksinə ekskursiyası təşkil olundu. Ekskursiyanın təşkil edilməsində məqsəd şagirdlərimizə tarixi keçmişimizi daha dərindən aşılamaq,onlarda tariximizi öyrənməyə maraq oyatmaqdır.
Tariximizi sevək və sevdirək !
19/05/2026
Səhər xəttində sağlam həyat tərzinin təşviqi məqsədilə idman dəqiqələri təşkil olundu.
Şagirdlərimizin fəallığının artırılması, sağlam və gümrah günə başlamaları üçün keçirilən fiziki hərəkətlər şagirdlər tərəfindən böyük maraqla qarşılandı.
İdman dəqiqələri şagirdlərdə sağlam həyat vərdişlərinin formalaşdırılması, kollektiv ruhun gücləndirilməsi və dərsə motivasiyanın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Sağlam bədəndə sağlam ruh olar!
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Nizami Küçəsi 158
G***a
