03/06/2026
🚴🏻♀️🚴🏻 3 iyun - Dünya Velosiped Günüdür!
Goranboy rayon gənclər və idman sektorunun rəsmi Facebook səhifəsi.
03/06/2026
🚴🏻♀️🚴🏻 3 iyun - Dünya Velosiped Günüdür!
01/06/2026
Goranboy rayonunda "1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə "Kiçik Əllər, Böyük Arzular” adlı bayram tədbiri keçirildi
Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhid övladları, ictimai fəallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir çərçivəsində uşaqların hazırladığı musiqi və rəqs nömrələri nümayiş etdirildi, onların əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Eyni zamanda müxtəlif bədii səhnələr, şeirlər və idmançıların təqdim etdiyi idman nümunələri iştirakçılar tərəfindən maraqla izlənildi. Bayram tədbiri uşaqlara xoş ovqat bəxş edərək, iştirakçılar tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandı.
🇦🇿 "Goranboy 2026 - Gənclər Paytaxtı" layihəsi çərçivəsində “Müstəqilliyimiz Əbədidir!” adlı tədbirdən maraqlı anlar...
01/06/2026
Bu gün Uşaqların Beynəlxalq
Müdafiəsi Günüdür! 🎉🎈
31/05/2026
Goranboy rayonunda Sərbəst güləş idman növü üzrə turnir keçirildi.
✅ 31 may 2026-cı il tarixdə, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru, Goranboy Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı və Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibəti ilə Sərbəst güləş idman növü üzrə Goranboy rayon turniri keçirildi.
➡️ Yarış Goranboy rayonu Qaraçinar kənd tam orta ümumtəhsil məktəbin idman zalında təşkil olundu.
🤼♂️ Turnirdə Goranboy UGİM-in güləş bölməsindən 63 idmançı müxtəlif çəki dərəcələri üzrə mübarizə apardı.
🏆 Yarışın sonunda hər çəki dərəcəsi üzrə I, II, III yerləri tutmuş idmançılar müvafiq diplomlarla mükafatlandırıldılar.
30/05/2026
28/05/2026
28 May - Müstəqillik Gününüz Mübarək! 🇦🇿
26/05/2026
Qurban bayramınız mübarək!
26/05/2026
Goranboy rayonunda Velosiped idman növü üzrə turnir keçirildi.
✅ 26 may 2026-cı il tarixdə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru, Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin birgə təşkilatçılığı, Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "28 May - Müstəqillik Günü" və "Dünya Velosiped Günü" münasibəti ilə Velosiped idman növü üzrə Goranboy rayon turniri keçirildi.
➡️ Yarış Goranboy şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinin qarşısından Heydər Əliyev Parkı istiqamətində 3 km. məsafəyə təşkil olundu.
🚲 Yarışa Goranboy UGİŞM-in velosiped bölməsindən 40-a yaxın idmançı qatıldı.
🏆 Turnirdə I, II, III yerləri tutmuş idmançılar təşkilat komitəsinin diplom, medal və qiymətli hədiyyələri ilə mükafatlandırıldılar.
26/05/2026
Futbol üzrə II Goranboy çempionatına start verildi.
✅ 25 may 2026-cı il tarixdə Goranboy Gənclər Evində Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasına həsr olunmuş şəhər, qəsəbə və kənd komandalarından ibarət komandalar arasında futbol idman növü üzrə II Goranboy çempionatına start verildi. Yarışa qatılmış komandaların nümayəndələri ilə təşkilat komitəsinin görüşü keçirildi. Hakimlər tərəfindən qaydalar iştirakçıların diqqətinə çatdırıldı. Komandaların kapitanları püşk çəkərək qruplar müəyyənləşdirildi. Çempionatın iyul ayının sonunadək davam edəcəyi planlaşdırılır.
➡️ Yarışda iştirak edəcək komandalara uğurlar arzu edirik.
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |