Goranboy Rayon Heydər Əliyev Mərkəzi

Goranboy Rayon Heydər Əliyev Mərkəzi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Goranboy Rayon Heydər Əliyev Mərkəzi, Political organisation, Goranboy.

Photos from Goranboy Rayon Heydər Əliyev Mərkəzi's post 26/05/2026

26 may 2026-cı il tarixdə Goranboy Heydər Əliyev Mərkəzində Mərkəz, Mərkəzi Kitabxana və Şəhər Kitabxana filial əməkdaşlarının birgə təşkilatçılığı ilə 28 May-Müstəqillik Günü münasibətilə “Müstəqillik tariximizin qızıl səhifəsi” mövzusunda konfrans keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirlməsi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, Şərqdə ilk demokratik respublika kimi dünya tarixində tutduğu mövqedən, dövlətçilik ənənələrinin formalaşmasındakı rolundan geniş bəhs etdilər. Bildirildi ki, 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsi xalqımızın azadlığı və müstəqillik arzularının gerçəkləşməsinin təcəssümü olub. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq milli dövlətçilik tariximizə mühüm və silinməz izlər buraxıb. Tədbirin sonunda kitab sərgisinə baxış keçirildi.

Photos from Goranboy Rayon Heydər Əliyev Mərkəzi's post 22/05/2026

21 may 2026-cı il tarixdə Goranboy rayon Heydər Əliyev Mərkəzində Sarov kənd tam orta məktəbin müəllim və şagirdləri ekskursiyada oldular. Ekskursiya zamanı Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış oldular.

Photos from Goranboy Rayon Heydər Əliyev Mərkəzi's post 22/05/2026

21 may 2026-cı il tarixdə Goranboy rayon Heydər Əliyev Mərkəzində Mərkəz, Mərkəzi Kitabxana, Şəhər Kitabxana filialının birgə təşkilatçılığı və Goranboy rayon polis şöbəsinin əməkdaşının iştirakı ilə narkomaniyaya qarşı mübarizə məqsədilə "Zərərli vərdişlərdən uzaq olaq" mövzusunda maarifləndirici tədbir keçirildi. Çıxış edənlər bildiriblər ki, narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məktəblilər və gənclər arasında belə tədbirlərin mütəmadi keçirilməsi gələcək nəsillərin sağlam böyüməsi üçün mühüm töhvə verdiyi vurğulandı.

Photos from Goranboy Rayon Heydər Əliyev Mərkəzi's post 19/05/2026

18 may-Beynəlxaq Muzeylər günü çərçivəsində keçirilən "Açıq qapı günü" ilə əlaqədar Goranboy rayon Heydər Əliyev Mərkəzinə Goranboy rayon İcra Hakimiyyətinin və mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə ekskursiya təşkil olunub. Ekskursiya zamanı iştirakçılar Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış olublar.

Photos from Goranboy Rayon Heydər Əliyev Mərkəzi's post 19/05/2026

18 may 2026-cı il tarixdə Goranboy rayon Heydər Əliyev Mərkəzi və Tarix-diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı və Mədəniyyət müəssisələrinin iştirakı ilə 18 may Beynəlxaq Muzeylər günü münasibətilə İCOM-un 2026-cı il Muzeylər Günü devizi altında "Muzeylər bölünmüş dünyanı birləşdirir" adlı konfrans keçirildi. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər. Tədbir Tarix - diyarşünaslıq muzeyində davam etdi. Sonda ekskursiya təşkil edildi.

Photos from Goranboy Rayon Heydər Əliyev Mərkəzi's post 15/05/2026

14 may 2026-cı il tarixində Goranboy rayon Heydər Əliyev Mərkəzində Mərkəz, Mərkəzi Kitabxana və Şəhər Kitabxana filial əməkdaşıarının birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli çərçivəsində silsilə tədbirlərin davamı olaraq, “Qarabağın tarixi abidələri” mövzusunda dəyirmi masa keçirildi. İlk öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra tədbirdə , Qarabağın zəngin tarixi - mədəni irsi, qədim memarlıq nümunələri, dini və tarixi abidələrinin əhəmiyyətindən danışılıb. Çıxış edənlər Qarabağda yerləşən abidələrin xalqımızın milli kilmliyinin və mədəni yaddaşının ayrılmaz hissəsi olduğunu vurğulayaraq, bu irsin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd ediblər.

Photos from Goranboy Rayon Heydər Əliyev Mərkəzi's post 15/05/2026

8 may 2026-cı il tarixində Goranboy rayon Heydər Əliyev Mərkəzində, Mərkəz, Mərkəzi Kitabxana, Şəhər Kitabxana filialının birgə təşkilatçılığı və Goranboy rayon Xanqərvənd kənd tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar “Dahi Liderin unudulmaz xidmətləri” mövzusunda konfrans keçirildi. İlk öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfrans iştirakçıları Ulu Öndərin Azərbaycanın davamlı inkişafına, xalqımızın rifahına və dövlətimizin beynəlxalq nüfuzunun artmasında xidmət edtiyini vurğuladılar. Bu gün də əldə olunan uğurların Ümummilli Liderin uzaqgörən siyasətinin parlaq nəticəsi olduğu qeyd olundu. Daha sonra məktəblilər Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirdilər. Sonda Ümummilli Lider Heydər Əliyev haqqında videoçarx nümayiş olundu.

Photos from Goranboy Rayon Heydər Əliyev Mərkəzi's post 08/05/2026

Mayın 6-da Goranboy rayon Heydər Əliyev Mərkəzində Goranboy rayon İcra Hakimiyyəti və Mədəniyyət Müəssisələrinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar "Milli irs və müasir Azərbaycan" adlı tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə çiçəklər düzüb, dahi şəxsiyyətin ruhuna ehtiramlarını bildiriblər. Daha sonra Heydər Əliyev Mərkəzində davam edən tədbirdə dahi rəhbərin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlara baxış keçirilib. Tədbirin bədii hissəsində gənc istedadlıların ifasında milli musiqilərimiz səsləndirilib. Çıxış edənlər Ulu Öndərin Azərbaycan mədəniyyətinə və gəncliyinə verdiyi önəmdən bəhs ediblər.

Photos from Goranboy Rayon Heydər Əliyev Mərkəzi's post 08/05/2026

Mayın 6-da Goranboy rayon Mərkəzi Kitabxananın oxu zalında Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana və Şəhər Kitabxana filialının birgə təşkilatçılığı ilə 9 May-Qələbə Günü münasibətilə "Faşizm üzərində qələbənin 81 illik zəfər yolu" adlı dəyirmi masa keçirildi. Tədbirdən ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxışçılar 9 may tarixini faşizm üzərində qazanılmış böyük qələbənin, xalqımızın göstərdiyi igidliyin və qəhrəmanlığın simvolu olduğunu vurğuladılar.

Photos from Goranboy Rayon Heydər Əliyev Mərkəzi's post 29/04/2026

28 aprel 2026-cı il tarixdə Goranboy rayon Heydər Əliyev Mərkəzində Mərkəz, Mərkəzi Kitabxana və Şəhər Kitabxana filialının birgə təşkilatçılığı, Mərkəzi Xəstəxananın oftalmologiya sahəsi üzrə əməkdaşının iştirakı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü ilə əlaqədar "Unudulmaz ömrün 103-cü baharı" adlı konfrans keçirildi. Tədbirdən ilk öncə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildi. Çıxışçılar akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı müstəsna xidmətlərindən, xüsusilə oftalmologiya sahəsində qazandığı mühüm elmi nailiyyətlərdən ətraflı bəhs ediblər.

Want your business to be the top-listed Government Service in Goranboy?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Goranboy

Opening Hours

Monday 09:00 - 12:00
Tuesday 09:00 - 12:00
Wednesday 09:00 - 12:00
Thursday 09:00 - 12:00
Friday 09:00 - 12:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00