15/04/2026
Məktəbin tarix müəllimi Şəlalə Məmmədova şagirdlərlə "Mənim hüquqlarım" mövzusunda maarifləndirici söhbət aparmışdı.
Kəlbəcər rayon 50 nömrəli tam orta ümumtəhsil məktəbi - Azərbaycan Respublikasının Goranboy rayon Xanqərvənd kəndində ümumi təhsil müəssisəsi
15/04/2026
Məktəbin tarix müəllimi Şəlalə Məmmədova şagirdlərlə "Mənim hüquqlarım" mövzusunda maarifləndirici söhbət aparmışdı.
08/04/2026
31/03/2026
31 mart -Azərbaycanlıların Soyqırımı Günü
19/03/2026
Novruz bayramınız mübarək!
07/03/2026
2-7 mart ümumi təhsil müəssisələrində idman həftəsinin proqramına uyğun olaraq Fiziki tərbiyə müəllimi Zaur Novruzov şagirdlərlə idman tədbirləri keçirmişdir. Təşkil olunan idman yarışlarında,esse və rəsm müsabiqələrində şagirdlər fəal iştirak etdilər.
"Şən startlar",basketbol,qol güləşi yarışları keçirildi.
Məktəb psixoloqu Ramilə Qarayeva şagirdləri "İdmançıların yarışa hazırlığına psixoloji yanaşma " mövzusunda məlumatlandırdı.
Məktəbin 7-ci sinif şagirdi, müxtəlif idman yarışlarının qalibi Əli Umudzadə ilə görüş təşkil edildi.
Sonda idman oyunlarında fəal iştirak edən şagirdlər diplomla təltif edildilər.
26/02/2026
26 fevral-Xocalı Soyqırımı Günü
19/02/2026
Bu gün məktəbin Təsviri incəsənət müəllimi Türkan Mamedova "Tanınmış şəxsiyyətlər təqvimi " mövzusunda Azərbaycanın görkəmli rəssamı Səttar Bəhlulzadə barədə maarifləndirici tədbir keçirmişdir. Tədbirdə dahi sənətkarın həyat və yaradıcılığı,rəsm əsərləri barədə şagirdlərə məlumat verildi.
13/02/2026
Bu gün "14 fevral Beynəlxalq Kitab Bağışlama Günü " münasibəti ilə şagirdlərimiz və Mirzə Məmmədov adına Goranboy rayon Xanqərvənd kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri bir-birlərinə kitablar hədiyyə etdilər.
05/02/2026
30.01.2026- cı il tarixdə I yarımilin yekun Pedaqoji Şurası keçirildi.
İclasda 2025/2026- cı ilin əsas fəaliyyət istiqamətləri, I yarımil ərzində təhsilin keyfiyyətinin artırılmasına dair görülən işlər, məktəbdaxili qiymətləndirmələr, dərsə davamiyyət, IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması, qarşıda duran vəzifələr və digər mövzular ətrafında müzakirələr aparıldı , müvafiq qərarlar qəbul edildi. Müəllimləri maraqlandıran suallar cavablandırıldı.
23/01/2026
Məktəbimizdə 22.01.2026-ci ildə IV sinifdə,23.01.2026-cı ildə VI sinifdə Böyük Summativ Qiymətləndirmə keçirilmişdir.
09/01/2026
📢 Təhsil sənədləri artıq tam rəqəmsal formatda!
Nazirlər Kabinetinin yeni qərarına əsasən diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr tam elektron formada təqdim ediləcək. 🎓💻
✅ Eyni zamanda, təhsilini tamamlamayan şəxslərə verilən arayışlar da artıq elektron sənəd formasında təqdim olunacaq.
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22728-1
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |