Kəlbəcər rayon 91 nömrəli tam orta məktəb

Kəlbəcər rayon 91 nömrəli tam orta məktəb

Share

Kəlbəcər rayon 91 nömrəli tam orta məktəb - Azərbaycan Respublikasının Goranboy rayonu Yuxarı Ağcakənd kəndində ümumi təhsil müəssisəsi

10/05/2023
Photos from Kəlbəcər rayon 91 nömrəli tam orta məktəb's post 10/05/2023

Bu gün məktəbimizdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş ağacəkmə aksiyası keçirildi.

Təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların genişləndirilməsi Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Aksiyanın əsas məqsədi də ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.

Photos from Şərqi Zəngəzur Regional Təhsil İdarəsi's post 05/11/2022
Photos from Kəlbəcər rayon 91 nömrəli tam orta məktəb's post 05/11/2022

Məktəbimizdə 8 noyabr Zəfər gününə həsr edilmiş tədbir keçirildi .

Photos from Kəlbəcər rayon 91 nömrəli tam orta məktəb's post 31/10/2022

Məktəbimizin 7-ci sinif şagirdlərinin texnologiya dərsində Zəfər Gününə həsr edilmiş əl işləri. Şagirdlərə göstərilən dəstək üçün Səmayə müəllimə kollektiv adından təşəkkür edirik!

27/10/2022

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəbləri üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifələrinə işə qəbul üçün müsabiqə elan edir.

---

Noyabrın 1-dən etibarən ümumi təhsil müəssisələrində vakant tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, eləcə də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul prosesi ilə bağlı Şərqi Zəngəzur Regional Təhsil İdarəsi tərəfindən sənəd qəbuluna başlanılacaq.

İşə qəbul prosesi qeydiyyat, sənədlərin qəbulu və yoxlanılması, test və müsahibə olmaqla 4 mərhələdə həyata keçiriləcək.

Test imtahanında namizədlərə pedaqogika və metodika, əmək və təhsil qanunvericiliyi, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim ediləcək.

Namizədlər üçün tələblər:
- Pedaqoji ixtisas üzrə ali təhsil;
- 3 ildən az olmayaraq pedaqoji staj;
- Hazırda ümumi təhsil müəssisəsində müəllim kimi pedaqoji fəaliyyət göstərmək.

Üstünlük veriləcək namizədlər:
- Müəllimlərin işə qəbulu üzrə müsabiqə və ya diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə əldə etmiş şəxslər;
- Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə ehtiyat kadr siyahısına daxil edilmiş, test imtahanı mərhələsində uğur qazanmış, müsahibədə iştirak etməmiş namizədlər.

Müraciət etmək istəyən namizədlər tələb olunan sənədləri (şəxsiyyət vəsiqəsi, əmək kitabçası, ali təhsil haqqında sənədin və əlavənin surəti) Şərqi Zəngəzur Regional Təhsil İdarəsində yaradılmış komissiyaya təqdim etməlidirlər.

Təqdim olunmuş sənədlərə əsasən namizədin tələblərə uyğunluğu yoxlanıldıqdan sonra onlar müvafiq olaraq test və ya müsahibəyə dəvət olunacaqlar.

Aşağıdakı keçiddən istifadə edərək Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə vakansiyalarla tanış ola bilərsiniz:

https://bit.ly/3fbXZRX

27/10/2022

Noyabrın 1-dən etibarən ümumi təhsil müəssisələrində vakant tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, eləcə də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul prosesi ilə bağlı Regional təhsil idarələri tərəfindən sənəd qəbuluna başlanılır.



Ətraflı: https://bit.ly/3FeugCF

Photos from Emin Amrullayev's post 27/10/2022
Photos from Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi's post 15/09/2022

Xeyirli, uğurlu olsun

Want your business to be the top-listed Government Service in Goranboy?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Yuxarı Ağcakənd Kəndi
Goranboy

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00