01/06/2026
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib
İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Lahıc qəsəbə, Qoşakənd, Talıstan kənd kitabxana filialları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uşaqlar bizim gələcəyimizdir" başlıqlı sərgi hazırlayıb, "Biz dünyanın bəzəyik" adlı məlumat saatı təşkil edib, "Uşaqlar gələcəyimizdir" adlı tədbir keçirib.
Tədbirlərdə uşaqlara bu əlamətdar günün tarixi və əhəmiyyəti barədə ətraflı məlumatlar verilib. Körpələrin ifasında müxtəlif şeirlər səsləndirilib və nəğmələr oxunub.
Sonda uşaqların bayramı təbrik edilərək onlara xoş arzular çatdırılıb, hədiyyələr təqdim edilib.
01/06/2026
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
28/05/2026
İsmayıllıda “28 May – Müstəqillik Günü” münasibətilə tədbir keçirilib
İsmayıllı rayonunda “28 May – Müstəqillik Günü” münasibətilə “Dünənin bəyannaməsi, bu günü…
28/05/2026
"Dünənin bəyannaməsi, bu günün qüruru, sabahın təminatı" mövzusunda tədbir keçirilib
Mayın 26-da İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndələrinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü münasibətilə "Dünənin bəyannaməsi, bu günün qüruru, sabahın təminatı" mövzusunda tədbir keçirilib.
Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları, həmçinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə baş mütəxəssisləri iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir qədəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Orxan Ağayev, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Samir Zülfiyev və Şirin Qədirov bu günün tarixi haqqında ətraflı çıxış ediblər.
Çıxışlarda bildirilib ki, 28 May Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilib və bununla da Şərqdə ilk demokratik, dünyəvi və parlamentli respublika yaradılıb. Bu tarixi hadisə xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin nəticəsi kimi yadda qalıb. Hər il 28 May ölkəmizdə Müstəqillik Günü kimi qeyd olunur və milli dövlətçiliyimizin təməl günü kimi böyük əhəmiyyət daşıyır.
Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsində Heydər Əliyev mühüm rol oynayıb. O, ölkəyə rəhbərlik etdiyi dövrdə siyasi sabitliyin təmin olunması, dövlətçiliyin gücləndirilməsi və Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atıb. Onun uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycan davamlı inkişaf yoluna qədəm qoyub və dövlət müstəqilliyimiz daha da möhkəmlənib.
Yaşasın Müstəqil Azərbaycan!
28/05/2026
28 May – Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Mayın 26-da İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli şəhər, Lahıc qəsəbə və Aşıqbayramlı kənd kitabxana filiallarında 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə "Şərqin ilk demokratik Respublikası – 108 illik şərəfli yol" adlı kitab sərgisi təşkil olunub, həmçinin "Müstəqilliyin qarantı" və "Müstəqil Azərbaycan" adlı tədbirlər keçirilib.
Sərgilərdə Azərbaycanın müstəqilliyinin əldə olunması, qorunması və möhkəmləndirilməsində mühüm rol oynamış tarixi şəxsiyyətlərə aid kitablar nümayiş etdirilib.
Tədbirlərdə iştirakçılara Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, dövlətçilik ənənələrimiz və müstəqilliyimizin əhəmiyyəti barədə məlumat verilib. Bildirilib ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi tarixə düşüb.
Sonda fəal oxucular tərəfindən bu əlamətdar günə həsr edilmiş şeirlər səslədirilib və mahnılar ifa edilib.
28/05/2026
28 May - Azərbaycanın Müstəqillik Günü
27/05/2026
Qurban bayramınız mübarək!
27/05/2026
Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.
Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
27/05/2026
Qurban bayramınız mübarək!
26/05/2026
Növbəti aylıq seminar keçirilib
Mayın 26-da İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin növbəti aylıq seminarı keçirilib.
İlk öncə İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Orxan Ağayev hər kəsi salamlayıb və gündəlikdə duran məsələləri seminar iştirakçılarının diqqətinə çatdırıb.
Nizam-intizam qaydalarına riayət etməyin, verilən tapşırıqların icrasını vaxtında təmin olunmasının vacibliyini qeyd edib.
Sonra İsmayıllı rayon MKS-nin Metodika və Biblioqrafiya şöbəsinin müdiri Nərgiz Əbilova, Komplektləşdirmə və Kitab işləmə şöbəsinin müdiri Zərifə Qəndiyeva çıxış edərək bildirdilər ki, silinmə aktları tərtib olunarkən məzmunca köhnəlmiş, siyasi əhəmiyyətini itirmiş, oxucular tərəfindən çox oxunaraq yararsız hala düşmüş kitablar seçilərək siyahısı hazırlansın.
Həmçinin aktla verilən kitabların aktın nömrəsi əsasında siyahılaşdırması, kitabxana fondlarının inventar kitabı ilə yoxlanılması qeyd olunub.
İnformasiya-resurs şöbəsinin müdiri Esmira Mikayılova press-relizlərin yazılma qaydası haqqında məlumat verib və tədbirləri əhatə edən şəkillərin göndərilməsini tapşırıb. İsmayıllı rayon MKS-nin sosial media ( Facebook, İnstagram) səhifələrində aktiv olmağı tövsiyə edib.