15/05/2025
Sulut kənd İƏD üzrə nümayəndəliyi
Sulut kənd İƏD üzrə nümayəndəliyi
15/05/2025
02/04/2025
İsmayıllı rayon sakinlərinin nəzərinə!
Səyyar ASAN 10 avtobusu 03.04.2025 – 28.04.2025 tarixlərdə İsmayıllı sakinlərinə xidmət göstərəcək.
Səyyar Xidmət Məntəqəsi: İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 55 (Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı Rayon Şöbəsinin qarşısı)
Vətəndaşlara göstərilən xidmətlər:
1. Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
2. Ümumvətəndaş passportlarının verilməsi və dəyişdirilməsi
3. Sürücülük vəsiqələrinin dəyişdirilməsi
4. VVADQ ilə bağlı xidmətlər
5. Notariat fəaliyyəti ilə bağlı xidmətlər
6. Daşınmaz əmlakla bağlı əməliyyatlar və onların qeydiyyatı
7. Əmək pensiyalarının təyin edilməsi
8. Tibbi arayışların verilməsi(qan qrupu və boy göz arayışları)
Qeyd: Sənəd qəbulu həftə içi saat 10:00-dan 17:00-dək (nahar fasiləsi 13:00-dan 14:00-dək) həyata keçirilir.
02/04/2025
02/04/2025
02/04/2025
02/04/2025
İsmayıllı rayonunun İvanovka kəndində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet s 1. İsmayıllı rayonunun İvanovka kəndində 1250 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Döv...
13/10/2024
Əziz dostlar, bizi “Instagram”da izləyin 🇦🇿
➡️ instagram.com/imzainfo_az
➡️ instagram.com/imza.official
“İMZA”- İLHAMLA MEHRİBANLA ZİRVƏLƏRƏ AZƏRBAYCAN!
20/03/2024
Hörmətli həmvətənlər!
Sizi qədim tarixə, zəngin mədəniyyətə malik olan, Azərbaycan xalqının mənəvi dəyərləri sırasında özünəməxsus yer tutan Milli bayramımız–Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, şəxsi həyatınızda, xalqımızın rifahı, dövlətimizin inkişafı yolunda fəaliyyətinizdə uğurlar arzulayıram!
Bildiyiniz kimi, Novruz bayramı çox qədim tarixə malik olmaqla Azərbaycan xalqının varlığını, milli-adət ənənələrini, düşüncə tərzini, inam və etiqadını, milli mədəniyyətini, folklorunu özündə ehtiva edir. Bu bayram müsəlman tarixində yeni ilin başlanmasını, yazın gəlişini bildirir.
Gözəllik, nur, işıq, bərəkət rəmzi olan Novruz bayramı bütün bölgələrdə, eyni zamanda doğma Azərbaycanımızın bir parçası olan İsmayıllıda da yüksək səviyyədə qeyd olunur. Lahıc sənətkarlarının əl işləri, Basqal kəlağayısı, müxtəlif naxışlı xalılar, İsmayıllı mətbəxində hazırlanan nemətlər bu bayramın məzmununu daha da zənginləşdirir, ona yeni çalar verir.
Əziz həmvətənlər!
Qeyd etməyi vacib sayıram ki, ölkə Prezidenti cənab İlham Əliyevin xalqımızın milli-adət ənənələrinə diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ciddi səyləri nəticəsində milli bayramımız olan Novruz bayramı 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.
Novruz Bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının rəmzidir.
Bir daha bayramınız mübarək olsun. 2024-cü ilin baharı ölkəmizə əminamanlıq, ruzi-bərəkət, yüksəliş yetirsin. Ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək, müstəqilliyimizi, Azərbaycanın əbədi baharını qoruyub saxlayaq.
Bayramınız mübarək olsun!
20/03/2024
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
Ismayıllı
3111
