04/02/2025
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə 31 yanvar 2025-ci il tarixində Günəşli qəsəbəsində növbəti “Açıq qapı” günü keçirilib.
04/02/2025
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənc ailələr arasında əyləncəli viktorina keçirilib.
Tədbirdə əvvəlcə çıxış edən natiqlər iştirakçıları Gənclər Günü münasibətilə təbrik edib, ölkəmizdə gənclərlə iş sahəsində həyata keçirilən layihələrdən, gənclər arasında milli-mənəvi dəyərlərin, ailə dəyərlərinin təbliğ edilməsindən bəhs ediblər.
Viktorinada ailələr onlara ünvanlanmış sualları cavablandırıb, maraqlı tapşırıqları icra edib, birlikdə yaddaqalan vaxt keçiriblər. Yekunda fərqlənən iştirakçılara hədiyyələr təqdim olunub
04/02/2025
“Atanın övladının yetişməsində önəmi” adı altında atalıq haqqında bir çox mövzuya toxunduq✅
03/02/2025
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə 31 yanvar 2025-ci il tarixində növbəti “açıq qapı” günü keçirilib.
Ətraflı: https://family.gov.az/az/news/regionlarda-aciq-qapi-gunu-kecirilib
02/02/2025
Birinci vitse-prezident Mehriban Əliyeva 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə paylaşım edib.
🖇️ https://www.facebook.com/share/p/163UihGguZ/?mibextid=wwXIfr
02/02/2025
Əziz gənclər, hər birinizi 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edir, uğurlu həyat yolu arzu edirik.
31/01/2025
BMT - Azərbaycan Yeni Tərəfdaşlıq Çərçivə Sənədinin (2026-2030) hazırlanması ilə əlaqədar “Yüksək Səviyyəli Prioritetləşdirmə Seminarı” keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tədbirdə iştirak edib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Rezident Əlaqələndiricisinin Ofisinin birgə təşkilatçılığı ilə baş tutan Yüksək Səviyyəli Prioritetləşdirmə Seminarı ölkənin milli prioritetlərinə uyğun həyata keçirilən iqtisadi, sosial, ekoloji sahələri əhatə edən strategiyaların və proqramların icrası ilə əlaqədar BMT-nin növbəti beş il müddətində verəcəyi töhfələr üzrə prioritetlərin və sürətləndiricilərin müəyyən edilməsi məqsədilə keçirilib.
31/01/2025
📌Məişət zorakılığı ilə bağlı qanunvericilik təkmilləşdirilib
Azərbaycan Respublikası Prezidenti “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu 27 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiq edib.
Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda yerli icra hakimiyyəti orqanları tərəfindən şikayətlərə baxılması ilə bağlı yeni dəyişikliklərə əsasən aşağdakı prosedurlar müəyyən edilib:
✅Məişət zorakılığı ilə bağlı şikayətə baxılarkən 24 saat keçənədək qısamüddətli mühafizə orderinin verilməsi və şikayətə 5 (beş) gün müddətində baxılması təmin olunur;
✅Zərər çəkmiş şəxsin tələbi ilə dinləmədə vəkil və psixoloqun iştirakı təmin edilir. Azərbaycan dilini bilmədikdə isə tərcüməçi xidmətlərindən istifadə etmək hüququ təmin olunur;
✅Məişət zorakılığından zərər çəkmiş şəxslərdən biri 16 yaşınadək və ya əlilliyi olan şəxs olduqda araşdırma və dinləmələrdə pedaqoqun və ya psixoloqun iştirakının təmin olunması nəzərdə tutulur.
Digər dəyişikliklərlə linkə keçid edərək tanış ola bilərsiniz:
📌Məişət zorakılığı ilə bağlı qanunvericilik təkmilləşdirilib
Azərbaycan Respublikası Prezidenti “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu 27 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiq edib.
Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda yerli icra hakimiyyəti orqanları tərəfindən şikayətlərə baxılması ilə bağlı yeni dəyişikliklərə əsasən aşağdakı prosedurlar müəyyən edilib:
✅Məişət zorakılığı ilə bağlı şikayətə baxılarkən 24 saat keçənədək qısamüddətli mühafizə orderinin verilməsi və şikayətə 5 (beş) gün müddətində baxılması təmin olunur;
✅Zərər çəkmiş şəxsin tələbi ilə dinləmədə vəkil və psixoloqun iştirakı təmin edilir. Azərbaycan dilini bilmədikdə isə tərcüməçi xidmətlərindən istifadə etmək hüququ təmin olunur;
✅Məişət zorakılığından zərər çəkmiş şəxslərdən biri 16 yaşınadək və ya əlilliyi olan şəxs olduqda araşdırma və dinləmələrdə pedaqoqun və ya psixoloqun iştirakının təmin olunması nəzərdə tutulur.
Digər dəyişikliklərlə linkə keçid edərək tanış ola bilərsiniz: https://family.gov.az/az/news/meiset-zorakiligi-ile-bagli-qanunvericilik-tekmillesdirilib
29/01/2025
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bələdiyyə seçkilərində səsvermə hüququndan istifadə edib.
Komitə sədri ailə üzvləri ilə birgə 23 saylı Nəsimi seçki dairəsinin 3 saylı seçki məntəqəsində səs verib.
Qeyd edək ki, seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Ümumilikdə qeydə alınan namizədlərin 31%-dən çoxu qadınlardır.
28/01/2025
Komitə sədri BMT-nin Əhali Fondunun ölkə ofisinin rəhbəri ilə görüşüb
28 yanvar 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Əhali Fondunun (UNFPA) ölkə ofisinin rəhbəri Fərid Babayevlə görüşüb. Görüş zamanı UNFPA-in cari 2021-2025-ci illər üzrə Ölkə Proqramı çərçivəsində Komitə ilə əməkdaşlığının nəticələri müzakirə edilib, yeni Ölkə Proqramına (2026-2030) dair tövsiyələr dinlənilib və fikir mübadiləsi aparılıb.
Ətraflı:
https://family.gov.az/az/news/komite-sedri-bmt-nin-ehali-fondunun-olke-ofisinin-rehberi-ile-gorusub
28/01/2025
Ailə dəyərlərinin təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi və cəmiyyətə təqdim olunması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, müxtəlif sosial layihələr, maarifləndirici tədbirlər həyata keçirilir.
Bu istiqamətdə aparılan işlərin davamı olaraq, əhali, xüsusilə gənclər arasında ailə dəyərlərinin və ənənələrin təbliği, uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi və bu sahələrdə maarifləndirmə işinin genişləndirilməsi məqsədilə respublikanın müxtəlif bölgələrində yaşayan nümunəvi ailələrin foto şəkillərindən ibarət xüsusi konstruksiyalı fotostend hazırlanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə İsmayıllı rayonunda yerləşən Zərifə Əliyeva adına parkda quraşdırılan fotostend sakinlər tərəfindən maraqla qarşılanıb.
28/01/2025
28 yanvar 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində (UADM) Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, ATİAHİ İsmayıllı rayon Komitəsinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə gənclər və həvəskarlar arasında nərd üzrə İsmayıllı rayon turniri keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonda qaliblər təşkilatçılar tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıb.