31/05/2026
🗒️28-30 may 2026-cı il tarixlərində Bakı şəhərində keçirilən atletika idman növü üzrə 2011-2012-ci il təvəllüdlü idmançılar arasında ölkə birinciliyində İsmayıllı rayon idmançıları Murad Vahabzadə 🥈medal ( Nizə atma), Rəqsanə Atalı isə 🥉🥉 medal (uzunluğa tullanma üzrə 4.33 və nüvə itələmə üzrə) qazanıblar.
Bu uğur münasibətilə idmançılarımızı və onların məşqçisi Bənövşə İsmayılovanı təbrik edirik👏👏
30/05/2026
🚴♂️ İsmayıllıda Dünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçiriləcək
03 iyun 2026-cı il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı və TEXNALI Velosipedin dəstəyi ilə İsmayıllıda həvəskarlar arasında “3 İyun – Dünya Velosiped Günü”nə həsr olunmuş veloyürüş təşkil ediləcək.
📍 Start: İsmayıllı Olimpiya İdman Kompleksi
🏁 Finiş: Mərkəzi Meydan
📅 Tarix: 03 iyun 2026-cı il
⏰ Saat: 10:00
📞 Əlaqələndirici şəxs: Samir Rəcəbov
📱 Tel: 070 999 31 33
Veloyürüşün keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği, ətraf mühitin qorunmasına diqqətin artırılması, ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan velosipeddən istifadənin təşviqi və əhali arasında idmanın kütləviliyinin genişləndirilməsidir.
Tədbirdə iştirak etmək istəyən bütün velosiped həvəskarlarını və idmansevərləri fəal iştirak etməyə dəvət edirik.
Pedalla irəli, sağlamlığa və daha yaşıl gələcəyə doğru! 🚴♀️🌿
30/05/2026
Bu gün İsmayıllı rayon Diyallı kəndində Şəhid idmançı Tural Şıxızadənin mövludu ilə əlaqədar olaraq məzarı ziyarət edilib.
Qeyd edək ki,Tural Şıxızadə Qol güləşi idman növü ilə məşğul olub.
Allah Şəhidlərimizə rəhmət eləsin.
28/05/2026
🗓️26 may 2026-cı il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun və Şamaxı Avropa liseyinin birgə təşkilatçılığı ilə "Müstəqilliyimiz əbədidir!" mövzusunda esse müsabiqəsi keçirilib.
🇦🇿İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü,suverenliyi uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.
🎯 Tədbirin keçirilməsində məqsəd “28 May - Müstəqillik Günü”nün qeyd olunması, həmçinin Azərbaycan Respublikasının müstəqillik tarixini, dövlətçilik ənənələrini və xalqımızın azadlıq uğrunda apardığı mübarizəni gənc nəslə çatdırmaq olmuşdur.
28/05/2026
28 May - Müstəqillik Gününüz mübarək! 🇦🇿
27/05/2026
🗓️26 may 2026-cı il tarixdə İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 🇦🇿 “28 May-Müstəqillik Günü” münasibətilə bədii qiraət müsabiqəsi keçirilib.
📌Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini və idarə əməkdaşları, İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.
🎯Tədbirin keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği, eləcə də Azərbaycan xalqının müstəqillik tarixinin məktəblilərə daha yaxından tanıdılması olmuşdur.
✨Sonda fərqlənən iştirakçılar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərmanlarla, qaliblər isə diplomlarla📜 mükafatlandırılmışlar.
26/05/2026
Qurban bayramınız mübarək!
26/05/2026
25-26 may 2026-cı il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan rayon UGİM-in idman zalında "28 May - Müstəqillik Günü" münasibətilə sərbəst güləş üzrə yeniyetmələr arasında Qobustan rayon turniri keçirilib.
Müxtəlif çəki dərəcələrində qalib gəlmiş idmançılar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin medal və diplomları ilə mükafatlandırılıblar.
26/05/2026
🗓️26 may 2026-cı il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun və Qobustan şəhər 1 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Qobustan şəhər 1 nömrəli tam orta məktəbdə "28 May-Müstəqillik Günü " münasibətilə tədbir keçirilib.
🇦🇿İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
📽️Tədbirdə sənədli film izlənilmiş, məktəblilər tərəfindən vətənpərvərliyə aid müxtəlif şeirlər səsləndirilmiş, mahnılar oxunmuşdur.
🎯Tədbirin keçirilməsində əsas məqsəd müstəqillik gününün qeyd edilməsi, gənclər arasında vətənpərvərlik hisslərinin yüksək səviyyədə aşılanmasından ibarətdir.
26/05/2026
26 may 2026-cı il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında yeniyetmə və gənc qızların iştirakı ilə qadınlar arasında bədən tərbiyəsi və idmanın kütləviliyini artırmaq, onların idmana cəlb olunmasını təşviq etmək məqsədi ilə tədbir keçirilib.
Qobustan rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Elman Salmanov çıxış edərək idmanın insan sağlamlığına, intizama və özünəinamın inkişafına müsbət təsiri barədə, ölkədə, eləcə də Qobustan rayonunda yeniyetmə və gənclər üçün bədən tərbiyəsi və idmanla məşğul olmaları üçün yaradılmış şərait haqqında ətraflı məlumat vermis, gənc xanımların gündəlik həyatda bədən tərbiyəsi ilə məşğul olmalarını tövsiyyə etmişdir.