07/04/2025
Yeni ən aktiv izləyicilərimə dərin minnətdarlığımı bildirirəm!💎 Gülnar Abdullayeva, Əliağa Məmmədov, Maryam Maryam, Guler Cva, Qumru Cəfərova, Nata Qarazade, Samir Həsənov, Muzeffer Seferov, Zərəngiz Abasova, Samir Muradov, Pərvanə Xəlilova, Salmanlı Günay, Sevinc Ağayeva, Arife Bunyatova, Amir Ceferov, Gülnar Memmedova, Hüseyn Memmedli, Leyla P-va, Mehemmed Aslanov, Aybeniz İbrahimova, Aynurə Heydarlı, Rafiq Iskenderov, Nuray Zakirqızı, Elşən İbrahimov, Sudabe Aliyeva, Gülşən Salmanova, Huseynova Abdullaev's, Adem Nebiyev, Resul Haqverdiyev, Konul Rahmanova, Xumara Hüseynova
Onu icmamızda salamlamaq üçün bir şərh paylaşın, aktiv fanatlar
27/02/2025
Hacıqabul şəhəri Allahverdi Dadaşov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin 11-ci sinif şagirdi Ağamməd Ağamətli kempo idman növü üzrə açıq respublika turnirində I yerə layiq görülüb .
Şagirdimizi təbrik edir, uğurlar arzulayırıq.
Hacıqabul məktəblisi kempo üzrə turnirdə I yeri tutub
Elm və təhsil xəbərlərinin etibarlı ünvanı!
27/02/2025
26 Fevral Xocalı soyqırımı ilə əlaqədar ümumi təhsil müəssisələrində müxtəlif tədbirlər təşkil edilib.
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Tədbirlər planına uyğun olaraq, Xocalı soyqırımına həsr olunmuş xüsusi dərslər, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, sənədli və bədii filmlərin nümayişi həyata keçirilib.
26/02/2025
Xocalı soyqırımından 33 il ötür.
Bu faciəni unutmadıq, unutmayacağıq. 🥀
26/02/2025
📢2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə start verildi
✔️Şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az saytında şəxsi kabinet yaratmaq və mövcud kabinetə daxil olmaq "Digital Login” vasitəsilə həyata keçirilir.
⤵️Aşağıdakı keçid vasitəsilə şagird yerdəyişməsi elektron xidməti üzrə təlimatla tanış ola bilərsiniz.
edu.gov.az/uploads/mudta/2025/www.sy.edu.az-telimat.pdf
26/02/2025
Baharın gəlişini müjdələyən Su çərşənbəniz mübarək! 💧
26/02/2025
📣AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirib.
▫️ “Örnək müəllimlər” bölməsində öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.
24/02/2025
📢“Ən yaxşı təqdimat” müsabiqəsinə başlanılır
ℹ️Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib.
📌Müsabiqə region və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunacaq.
💻Şagirdlər portal.edu.az platformasında bu məqsədlə yaradılmış “Müsabiqələr və olimpiadalar” bölməsindən müsabiqənin istiqamətini seçərək elektron formada müraciət edə bilərlər.
📩 Qeydiyyatdan keçmiş təhsilalanlar müsabiqənin region mərhələsində iştirak üçün yerli təhsili idarəetmə qurumları tərəfindən dəvət ediləcəklər.
🏆 Müsabiqənin final mərhələsinə vəsiqə qazanacaq təhsilalanlar nəticə ilə bağlı portal.edu.az platforması və mobil telefona SMS göndərilməsi vasitəsilə məlumatlandırılacaqlar.
Qeyd edək ki, müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum gününün 102-ci ildönümü ilə əlaqədar, ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.
📞 Qeydiyyatla bağlı hər hansı çətinliklə üzləşən vətəndaşlar +994 51 206 78 48 nömrəsinə “Whatsapp” üzərindən yazaraq müraciət edə bilərlər.
❗Nəzərinizə çatdırırıq ki, müsabiqəyə qeydiyyat və qaynar xətt 4 mart saat 11:00-a kimi aktiv olacaq.
24/02/2025
Respublika Fənn Olimpiadasının yarımfinal turu keçirilmişdir.
Hacıqabul ratonu üzrə ümumtəhsil məktəblərindən 99 nəfər RFO-nun yarımfinal turunda iştirak hüququ qazanmışdır ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 34% irəliləmə dinamikasının əldə olunması deməkdir.
İştirakçılara uğurlar arzulayırıq.
23/02/2025
BilBacar müsabiqəsinin Fevral ayı üzrə "Yarış" mərhələsinə start verilib.
Hacıqabul rayonu üzrə 18 ümumtəhsil məktəbindən 872 nəfər VIII, IX, X sinif şagirdi müsabiqənin yarış mərhələsində iştirak etmişlər. Yarışma məktəb üzrə BilBacar koordinatorunun, direktor və direktor müavinin müşayiəti ilə həyata keçirilmişdir.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək, rəqəmsal platformada imtahan vermə bacarıqlarını formalaşdırmaq, xüsusi istedadlı şagirdləri və qabaqcıl məktəbləri müəyyən etməkdir.