Rusiya Federasiyasında yaşayan, Soyuqbulaq kəndindən olan xeyirxah iş adamlarımızın göndərdiyi vəsaitlə kənd sakinləri tərəfindən bir qurbanlıq heyvan alınıb və kəsilib.
Allah bu xeyirxah əməldə payı olan hər kəsin niyyətini qəbul, ruzilərini bol, canlarını sağ eləsin.
Kəndimizin birliyini və xeyirxahlığını əks etdirən bu gözəl təşəbbüs üçün təşəkkür edirik.
Soyuqbulaq-Gedebey
Gedebey rayonu Soyuqbulaq kendi
Soyuqbulaq kəndinin ilk sakinləri Novo Spasovka (indiki Pirbulaq) kəndindən 1925 ci ildə ayrılıb yeni kəndin əsasını qoyublar.Qeyd edim ki ilk dəfə 5 ev inşa edilib sonra 12 ev inşa edilib. SSRİ tərkibində olan ölkədə adların dəyişdirilib rus adları ilə əvəz olunması Soyuqbulaq kəndindəndə yan kecməyib adı dəyişdirilərək "Komintern"adlandırılmışdır. 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Al
06/05/2025
Gədəbəy rayonunun Soyuqbulaq kəndində mal-qara arasında davağ xəstəliyi sürətlə yayılmaqdadır. Kənd sakinlərinin əsas dolanışıq mənbəyi heyvandarlıq olduğundan, bu vəziyyət onların güzəranına ciddi təsir göstərir. Təəssüf ki, artıq bir çox heyvan tələf olub və xəstəliyin yayılma tempi artmaqdadır.
Yerli baytarların səylərinə baxmayaraq, mövcud imkanlar vəziyyətə tam nəzarət etməyə yetmir. Bu səbəbdən
,
(AQTA), və digər aidiyyəti qurumların bu məsələyə diqqət yetirərək peşəkar baytar mütəxəssislərinin bölgəyə ezam olunması və operativ tədbirlər görülməsi üçün bizə dəstək göstərmələrini xahiş edirik.
Soyuqbulaq kəndinin sakinləri olaraq, bu müraciəti mətbuat nümayəndələrinə, sosial media vasitəsilə ictimaiyyətə və aidiyyəti dövlət qurumlarına çatdırırıq. Əvvəlcədən göstəriləcək diqqət və yardıma görə minnətdarlığımızı bildiririk.
05/05/2025
Əziz Məmmədəliyev Ramil!
Səni üçüncü dəfə Respublika Fənn Olimpiadasında tarix fənnindən bürünc medal qazanmağın münasibətilə ürəkdən təbrik edirik! Bu uğurun təkcə sənə deyil, müəllimlərinə, ailənə və məktəbimizə böyük fəxarət yaşatdı. Tariximizə göstərdiyin maraq və zəhmətin sənin gələcəkdə daha böyük zirvələr fəth etməyinə zəmin yaradacaq.
Uğurların daim olsun, Ramil! İnanırıq ki, gələcəkdə adın daha böyük qələbələrlə yanaşı çəkiləcək!
Uğurlar səninlə olsun!
05/05/2025
Fəxrimiz!
Kəndimizin qızı, Bakı şəhərində yaşasa da, ruhu həmişə Gədəbəylə döyünən Həsənova Zivər Şamxal qızı Respublika Fənn Olimpiadasında biologiya fənni üzrə qızıl medal qazandı!
Bu uğurla təkcə ailəsini yox, bütün kəndimizi sevindirdi.
Səni ürəkdən təbrik edirik, Zivər!
Elm yolunda daha böyük zirvələr sənin olsun!
17/05/2024
Ətək cicəklidi zirvə qarlıdı
Dağlarda qış ilə yaz qoşalaşıb
Bir maral xəlvəti enib bərədən
Bulağın başında iz qoşalaşıb.
Gədəbəyə qış geri qayıdıb . 17.05.2024
11/05/2024
RFO-nun Gədəbəy rayonundan olan qalibləri yenə Şəhər 1 nömrəli məktəb və Soyuqbulaq kənd Habil Allahyarov adına tam orta məktəbin şagirdləri.
04/05/2024
Direktor olmağa qərar verəndə qarşıma hədəflər qoydumuşdum onlardan biri 5 ilə Soyuqbulaq kənd Habil Allahyarov adına tam orta məktəbinə Respublika olimpia və müsabiqələrindən 10 medal gətirmək idi. Ramil o medalların 3 nə söz vermişdi . Şükürlər olsun ki, Ramil ikinci medalı qazandı. Ramilin uğurunda əziyyəti keçən hər kəsə təşəkkür edirəm, Soyuqbulaq kənd İcmasının nümayəndələrinə də ayrıca təşəkkür edirəm ki, ötən il bu uğuru yüksək qiymətləndirmişdilər. Mən inanıram ki, əziz şagirdlərimlə dəyərli, zəhmətkeş müəllimlə qarşıya qoyduğumuz bütün hədəflərə nail olacağıq .
Kəndimiz👍
20/03/2024
20 Mart 2024-cü il Gədəbəy rayonu Soyuqbulaq kəndi.Yagan qar özü ilə bərəkət gətirər
24/11/2023
20/09/2023
Click here to claim your Sponsored Listing.
Location
Address
Gedebey Rayonu Soyuqbulaq Kendi
Kedabek
