🏡 Çiləgir haqqında mahnı 🙂
Sözlərin müəllifi: Məmməd Qədir
İfa süni intellekt vasitəsilə canlandırıb.
Xaçmaz, Çiləgir
Xaçmaz rayonunun Çiləgir kəndinin facebook səhifəsi
30/10/2025
Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Əfqan Hacağa oğlu Yəhyayevin xatirəsi anılıb.
Bu gün əlli üç yaşı tamam olan Əfqan həmişə 19 yaşlı gülərüz və cəsarətli qəhrəman kimi xatırlanacaq.
Çiləgirin dəmiryolu keçidi asfaltlanıb👍
08/10/2025
Böyük futbol Çiləgirdə!
Birinci Liqada mübarizə aparacaq Şimal FK-nın məşq prosesindən kadrlar ⚽
23/08/2025
Azad İsamov, Elman Qayıbov, Nurcahan İdrisova tələbə adınız mübarək!
Təbrik edirik!
22/08/2025
Kəndimizin daha bir istedadlı gənci🙂
Təbriklər Murad!
22/08/2025
İnşallah, kəndimizin ilk ali təhsilli həkimi Yusifli Fateh Əliheydər oğlu olacaq!
Təbrik edirik!
15/08/2025
1-ci Liqada çıxış edən Xaçmazın "Şimal" futbol klubu məşqlərini Çiləgir kəndindəki futbol meydançasında keçəcək.
Kəndimizin 77 yaşlı sakini Baba Əliheydər oğlu Yusifov dünyasını dəyişib. Allah rəhmət eləsin!
11/05/2025
🥹Dünyadan köçən nənələrimizə ithaf olunur
Müəllif: Gozel Azayeva
Foto: ChatGPT
"- Bu meyvəni çox sevirəm, ay nənə,
Qoyma ağac yıxıla, ona dəstək versənə...
- Bu ağac dözməz buna, bu qədər bar gətirir,
Gövdəsi yan gedibdir, yəqin ömrün bitirir..."
İsrarıma dözməyib nənəm dəstək götürdü,
Ağaca baxıb, baxıb dərin bir köks ötürdü...
"- Ay nənənin gözəli, bu çox qalmaz,
yıxılar,
Bəlkə bir il də durmaz,
bol meyvəsi yığılar.
Sonra... Sonra...
Yerinə bapbalaca bir fidanı əkərik,
Qoymarıq yıxılmağa, bəhərini yeyərik..."
Sevinirdim uşaqca,
Ən sevdiyimdi alça.
İstəmirdim yıxıla,
Yerində fidan qala.
Tez-tez gedib baxırdım,
yarpaqları solubmu,
Budaqları quruyub, dəstək kömək olubmu.
Anlamırdım o zaman, ömrü Allah veribsə,
Qəddi vaxtsız bükübsə,
Çarə yox yetişməyə,
Ömrə ömür verməyə...
Üstündən keçib illər,
qocaman iyirmi il,
Yoxdur ağac sevənlər,
nənəm yanımda deyil...
Uzun illər böyründə dəstək ilə yaşadı,
Hələ də bar verəndə xatirəni yaşadır.
Hər ona baxdığımda,
Alçanı daddığımda
Nənəm yadıma düşür,
İllər gözümün önündən qatar olub ötüşür...
Ağac yana əyildi,
biz meyvəni yeyirdik…
Beli əyilmiş nənəm ağaca dəstək verdi,
biz meyvəni yeyirdik...
Nənəm xəstə, yataqda...
Nənəm qara torpaqda…
Yenə o arsız ağac çoxlu-çoxlu bar verir...
Nənənim yoxluğuna sanki bir qubar verir.
Daha alça yemirik,
Dadı yoxdur, deyirik...
Sən demə dad itirən
sevginin itməsidir,
Sevdiyinin əlindən
əbədi getməsidir…
Dünya çox fani imiş,
Bəzən yaxın bir dostun, bəzən bir cani imiş.
Ümidləri öldürür, heçə sayır bizləri,
Yanımızdan götürür doğmanı, əzizləri...
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Çiləgir
Khachmaz
2700
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
