Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi

Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi, Social service, Hummel 33, Kol-Yelendorf.

05/06/2026

📌Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Regional İnkişaf - RİİB-in birgə təşkilatçılığı ilə bölgələrdə həyata keçirilən “Çempion ailələr” layihəsi çərçivəsində Şirvan şəhərində ailələr arasında təşkil olunan “Fibonaççi” intellektual yarışından görüntüləri təqdim edirik.

Photos from Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi's post 05/06/2026

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 04 iyun 2026-cı il tarixində Göygöl rayon Üçtəpə kənd tam orta məktəbində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində uşaqların iştirakı ilə “Bizim bölgə” adlı tədbir keçirilib.
Tədbirdə mərkəzin əməkdaşı Günay İsgəndərova çıxışında Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin keçmişi, ötən əsrlərdən qalan mədəni irs və dünyada memarlıq sənətinin incilərinə çevrilmiş abidələr haqqında məlumat verib. Daha sonra Göygöl (Helenendorf) mədəniyyətinin qurulması,tarixi şəxsiyyətlər və hal-hazırda rayonun iqtisadi-mədəni siması barədə danışıb.
Tədbirdə uşaqlar üçün vizual təqdimatdan istifadə edilərək keçmiş və müasir dövr müqayisəli formada nümayiş edilib.



04/06/2026

📌Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Regional İnkişaf - RİİB-in birgə təşkilatçılığı ilə bölgələrdə həyata keçirilən “Çempion ailələr” layihəsi çərçivəsində Qusar rayonunda ailələr arasında təşkil olunan “Fibonaççi” intellektual yarışından görüntüləri təqdim edirik.

04/06/2026

📍Şuşada vətəndaş qəbulu keçiriləcək.

📌Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 16 iyun 2026-cı il tarixində, saat 10:00-da Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Photos from Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi's post 04/06/2026

📌Ailəm Könüllüləri Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfər ediblər.

ℹSəfər zamanı könüllülər Komitə nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyət istiqamətləri ilə yaxından tanış olub, mərkəzin mütəxəssisləri ilə müxtəlif sosial məsələlər üzrə real keysləri müzakirə ediblər.

04/06/2026

📆📌4 İyun – Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günüdür.

Bu gün müharibə, zorakılıq və aqressiya nəticəsində zərər görmüş uşaqların hüquqlarının müdafiəsinin vacibliyini bir daha xatırladır.

✨Bütün uşaqlara sülh və əmin-amanlıq dolu, təhlükəsiz dünyada yaşamağı arzulayırıq.

Photos from Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi's post 04/06/2026

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) psixoloqu Günay Qarayevanın aparıcılığı ilə 2 və 3 iyun 2026-cı il tarixlərində Mərkəzdə 3–5 yaşlı uşaqlar üçün “Şəxsiyyət yüksəlişi” mövzusunda psixoloji treninqlər keçirilib.
Treninqlər 4 qrup üzrə təşkil olunub və hər bir qrup ilə 1 saatlıq psixoloji treninq uşaqların yaş xüsusiyyətlərinə uyğun şəkildə aparılıb.
Treninqin əsas məqsədi uşaqlarda ilkin özünüdərk bacarıqlarının formalaşdırılması, emosiyaların tanınması və ifadə olunması, özünəinamın dəstəklənməsi, sosial ünsiyyət bacarıqlarının inkişafı və müsbət davranış vərdişlərinin aşılanması olub.
Məşğələlər zamanı uşaqlarla nağıl terapiyası, qum terapiyası, rol oyunları və interaktiv psixoloji oyunlar həyata keçirilib. Bu fəaliyyət vasitəsilə uşaqlara öz hiss və düşüncələrini sərbəst ifadə etmək, paylaşmaq və dinləmək bacarıqları aşılanıb.
Keçirilən treninqlər uşaqlar tərəfindən böyük maraqla qarşılanıb və onların aktiv iştirakı müşadə olunub.

02/06/2026

📌 “Ailəmiz - ən güclü dəyərimiz” adlı konfransdan görüntüləri təqdim edirik.

02/06/2026

Sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə böyük önəm verən nümunəvi ailələri cəmiyyətə tanıtmaq məqsədi daşıyan “Ailələrimizi tanıyaq” layihəsi davam edir.

Layihəmizin növbəti qonağı Göygöl rayonundan olan, nümunəvi həyat tərzi ilə seçilən Həsənovlar ailəsidir.

Nazim Həsənov 1950-ci ildə Goranboy rayonunda anadan olub. Şuşa Kənd Təsərrüfatı Texnikumunda baytar feldşeri ixtisası üzrə təhsil alıb, uzun illər Pənahlılar kəndində baytar həkimi kimi çalışıb. Eyni zamanda atçılıqla da məşğul olub.

https://family.gov.az/az/news/ailelerimizi-taniyaq-layihesi-davam-edir-2

Want your business to be the top-listed Government Service in Kol-Yelendorf?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Hummel 33
Kol-Yelendorf
AZ2500

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00