31/05/2026
Mayın 30-da Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və "Dosa Mall" MMC-nin birgə təşkilatçılığı ilə "Dosaland" əyləncə mərkəzində "İnsan Hüquqları Aylığı" çərçivəsində "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş kütləvi idman tədbiri keçirilib.
Tədbir zamanı Lənkəran Olimpiya İdman Kompleksinin (OİK) cüdo üzrə məşqçi-müəllimi Əkbər Gənciyev və idmançıları nümunəvi çıxışlar nümayiş etdiriblər. Eyni zamanda təşkil olunan qol güləşi, stolüstü tennis və güllə atıcılığı, rəqs nümunələri uşaqların böyük sevincinə səbəb olub.
Tədbirin keçirilməsində əsas məqsəd: Uşaqlar arasında idmanın təbliği, onlarda idmana marağın artırılması və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.
31/05/2026
Astaralı idmançı Atletika üzrə ölkə birinciliyində iki gümüş medal qazanıb.
29-30 may tarixlərində Bakı şəhərində keçirilən Atletika üzrə 2011-2012-ci il təvəllüdlü idmançılar arasında ölkə birinciliyində astaralı idmançı Röyal Miraczadə 1500 metr və 800 metr məsafəyə kross qaçışlarında iki gümüş medal qazanmışdır.
İdmançının şəxsi məşqçisi Astara şəhəri Ceyhun Babayev adına liseyin Fiziki tərbiyə müəllimi, Atletika Federasiyasının Astara rayon nümayəndəsi, Atletika üzrə veteranlar arasında 5 qat Azərbaycan çempionu Rəşad Əliyevdir.
İdmançı Astara rayonu Kijəbə qəsəbəsi Nail Həsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin IX sinifində təhsil alır. Məktəbdə onun fiziki tərbiyə müəllimi Xaqani Hüseynovdur.
İdmançıımızı və onun məşqçilərini qazanılan nailiyyət münasibətilə təbrik edirik.
29/05/2026
🎉 “Kiçik Çempionlar Festivalı” 🎉
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş
“Kiçik Çempionlar Festivalı” keçiriləcəkdir.
📍 Məkan: Lənkəran şəhəri Qala Xiyabanı
📅 Tarix: 1 iyun 2026-cı il
🕘 Saat: 10:00
Festival çərçivəsində uşaqlar üçün:
🏃♂️ Əyləncəli idman yarışları
🏅 Müsabiqələr və oyunlar
🎈 Maraqlı əyləncə proqramları
🎁 Hədiyyələr və sürprizlər təşkil olunacaq.
Qalib komandalar diplom medal və hədiyyələr ilə mükafatlandırılacaqlar.
Balaca çempionlarımızı bu möhtəşəm bayramda görməkdən məmnun olarıq!
Əlaqələndirici şəxs - Yusif Xamiyev
📞 050-748-68-78
29/05/2026
Astaralı boksçu Beynəlxalq turnirin qalibi oldu.
Mayın 23-27-də Gürcüstanın Batumi şəhərində keçirilən Boks üzrə Beynəlxalq turnirdə Azərbaycan Milli komandasının tərkibində baş məşqçi Elbrus Rzayevin rəhbərliyi ilə astaralı boksçu Bilalhəbaşi Nəzərov (50 kq) qızıl medal qazanmışdır.
İdmançını və məşqçiləri təbrik edirik.
28/05/2026
Lənkəranda 28 may Azərbaycanın Müstəqillik Günü münasibətilə “Üzməyi öyrənək” layihəsi çərçivəsində üzgüçülük turniri keçirilib.
Mayın 28-də Lənkəran Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Üzməyi öyrənək” layihəsinin VII mərhələsinin yekununa üzgüçülük turniri keçirilib.
Layihə çərçivəsində 1–8-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş ödənişsiz üzgüçülük təlimləri 1 ay davam edib və ümumilikdə 12 dərsi əhatə edib.
Turnirdə iştirak edən şagirdlər Azərbaycan Üzgüçülük Federasiyasının sertifikatları ilə,
l, II və Ill yeri tutan şagirdlər isə Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplomlarla təltif edilmişdir.
28/05/2026
28 May - Müstəqillik Gününüz Mübarək! 🇦🇿
27/05/2026
Masallı boksçularından möhtəşəm uğur: 1 qızıl, 2 gümüş medal
20–26 may tarixlərində Şamaxı Olimpiya İdman Kompleksində keçirilən boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsində Masallı rayonunun gənc boksçuları uğurlu nəticələrlə yadda qalıblar.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Masallı Rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Yusif Nəsirov 38 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. O, həmçinin yarışın “Ən yaxşı idmançısı” adına layiq görülüb.
Digər təmsilçilərimizdən Hüseyn Rəhimli 40 kq çəki dərəcəsində gümüş medal əldə edib. Kənan Şükürov isə 70 kq çəki dərəcəsində uğurlu çıxışı ilə fəxri ikinci yerə sahib olub.
Bundan əlavə, idmançıların hazırlığında böyük əməyi olan Orxan Cəbiyev “İlin ən yaxşı məşqçi-müəllimi” adına layiq görülüb.
Bu nailiyyət münasibətilə idmançılarımızı və məşqçi heyətini ürəkdən təbrik edir, onlara gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq!
26/05/2026
Qurban bayramınız mübarək!