"tor" müasir kitabxana və mediateka öz çoxyönlü konseptual fəaliyyəti və gözoxşayan arxitekturası ilə Lənkəran şəhərinə yeni urbanistik nəfəs verməyi hədəflənmiş bir məkandır.
Müxtəlif fəaliyyət növləri ilə məşğul olan insanlar burada həm işləmək, həm istirahət, həm də əylənmək üçün bir araya gələcəklər.
Musiqi, kino, ədəbiyyat, sağlam həyat tərzinə yönəlmiş tədbirlər fəaliyyətimizin əsas prioritetidir və intensiv olaraq həyata keçiriləcək, hətta, artıq keçirilir də, deyə bilərik.
"tor" sosial biznes layihəsi olduğundan əldə olunan gəlirlərin bir qismi sosial layihələrin maaliyələşdirilməsinə, icmanın inkişafına dəstək olaraq yönləndiriləcək.
Təbii ki, bütün bu gözoxşayan fəaliyyətləri cana gətirmək üçün bizə enerji lazımdır. Onu da "tor"un sağlam meyusundan əldə edəcəyik. Axı yuxarıdakı bütün o yaxşı işləri görməklə yanaşı, biz həm də kafeyik 😉