Lənkəran Regional Turizm İdarəsi

Lənkəran Regional Turizm İdarəsi

Share

1.1. Region üzrə turizm sahəsinə aid olan dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini təmin etmək;
2.

İdarənin fəaliyyəti Lənkəran, Şirvan, Sabirabad, Saatlı, İmişli, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik və Astara rayonlarını əhatə edir Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr

Photos from Lənkəran Regional Turizm İdarəsi's post 26/05/2026

May ayında Lənkəran Regional Turizm İdarəsinin əməkdaşları tərəfindən mehmanxana və mehmanxana tipli müəssisələrin monitorinqi davam edib. Monitorinq zamanı hotellərdə mövcud şəraitə yerində baxış keçirilib, müvafiq tövsiyələr verilib.

26/05/2026

May ayında şənbə və bazar günlərində də daxil olmaqla hər gün fəaliyyət göstərən Turizm İnformasiya Məntəqəsi turistlərə və şəhərimizin qonaqlarına bölgənin turizm potensialı haqqında məlumatlar verir.

Photos from Leyla Aliyeva's post 25/05/2026

Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb

Photos from Dövlət Turizm Agentliyi's post 19/05/2026

Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində Azərbaycan pavilyonunda ölkəmizin turizm imkanları tanıdılır.

Photos from Dövlət Turizm Agentliyi's post 18/05/2026

Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub

11/05/2026

Lənkəran: Təbiətin, qədim adət-ənənənin və çayın harmoniya tapdığı məkan.

Hər qurtumunda bir tarix, hər damlasında dağların və təbiətin təravəti var. Lənkəran çayı sadəcə bir içki deyil, bu torpağın qonaqpərvərliyinin rəmzidir.

Niyə Lənkəran?

Yaşıl miras: "Çay" deyəndə ilk olaraq yadımıza Lənkəran düşür. Heç də təsadüfi deyil ki, Lənkəran Azərbaycanın çay paytaxtı kimi qəbul olunur. Xəzərin sahili ilə Talış dağlarının qovuşduğu yerdə, qədim çay plantasiyalarının ətri sizi valeh edəcək.

Ekoturizm cənnəti: Hirkan Milli Parkının relikt meşələrindən keçib, çay plantasiyaları ilə tanış olmaq, çayın becərilməsi, yığılması və istehsalında iştirak etmək ruhunuzu dincəldəcək və unudulmaz təcrübə kimi yaddaşlarınızda qalacaq.

Həqiqi dad: Süni qatqısız, tamamilə təbii üsullarla yetişdirilən Lənkəran çayı, öz tünd rəngi və bənzərsiz ətri ilə sizi valeh edəcək.

"Lənkəranda içilən bir stəkan çay, min illik yorğunluğu aparar".
Siz də bu əfsanəvi dadın və təbiətin bir parçası olun.

Videonun ərsəyə gəlməsində bizimlə yaxından əməkdaşlıq edən yerli videoqraf Mübariz İsayevə (https://l24.im/2lY6d) və «Yaşıl Çay» fermer təsərrüfatının rəhbəri Araz Yaqubova təşəkkürümüzü bildiririk.

Photos from Dövlət Turizm Agentliyi's post 10/05/2026

Dövlət Turizm Agentliyinin kollektivi, tabe qurumların əməkdaşları və turizm sənayesi nümayəndələri tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyulub.

Photos from Lənkəran Regional Turizm İdarəsi's post 10/05/2026

Lənkəran Regional Turizm İdarəsinin kollektivi 10 may-Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü günü ilə bağlı Ümummilli Liderin abidə kompleksini ziyarət edərək xatirəsini ehtiramla anıblar.

10/05/2026

Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir.

Want your business to be the top-listed Government Service in Lankaran?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Qala Xiyabani 11
Lankaran
AZ-4200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00