08/11/2021
Zəfər günümüz mübarək!
.
08/11/2021
Zəfər günümüz mübarək!
26/09/2021
Şəhidlərimizi hörmət və ehtiramla anırıq!
26/06/2021
Banbaşı, Böyük Xocavar, Binə Xocavar kənd sakinlərinin nəzərinə! Altı ay ərzində koronavirus (covid-19) xəstəliyinə tutulmayan, yaşı 18 və 18-dən yuxarı peyvənd olunmaq istəyən vətəndaşlar müraciət etsinlər!
Banbaşı, Böyük Xocavar, Binə Xocavar kənd sakinlərinin nəzərinə! Sabah 16.04.2021-ci il tarixdə saat 09:00 -dan başlayaraq Banbaşı kənd həkim məntəqəsində vaksinasiya aparılacaqdır! 40 yaşdan yuxarı peyvənd olunmaq istəyən vətəndaşlar müraciət etsinlər!
07/04/2021
Ərazinin Böyük Xocavar kəndində 8 km dən artıq kənd daxili yollar təmir edilmişdir. Xüsusi fəallıq göstərən Böyük Xocavar kəndinin xeyriyyəçilərinə minnətdarlığımızı bildiririk.
13/03/2021
Akifzadə Elmir Gündüz oğlu
Əliyev Məhəmməd İlham oğlu
Nəzərov Elməddin İsmayıl oğlu
Allah şəhidlərimizə rəhmət eləsin.
06/03/2021
Masallıda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə davam edir
05 mart 2021-ci il tarixdə randevu.its.gov.az saytında qeydiyyatdan keçən 679 nəfər vətəndaş peyvənd olunmuşdur. Masallı rayonu üzrə ümumilikdə 11455 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 3207 nəfəri 65 yaşdan yuxarı, 7452 nəfəri 50-65 yaş arası və 796 nəfəri isə 50 yaşadək olan şəxslərdir. Hazırda Masallı rayonu üzrə əhalinin vaksinləşməsi davam etdirilir.
10/02/2021
Masallıda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə davam edir
10 fevral 2021-ci il tarixdə 103 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur.
Belə ki, 05 fevral 2021-ci il tarixdən etibarən yaşı 65 və yuxarı olan, həmçinin son 1 il ərzində COVİD-19 analiz nəticəsi pozitiv olmayan və onlayn qaydada randevu.its.gov.az saytında qeydiyyatdan keçən 103 nəfər vətəndaş 10 fevral 2021-ci il tarixdə peyvənd olunmuşdur.
Masallı rayonu üzrə ümumilikdə 985 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 301 nəfəri 65 yaşdan yuxarı, 263 nəfəri 50-65 yaş arası və 421 nəfəri isə 50 yaşadək olan şəxslərdir. Hazırda Masallı rayonu üzrə əhalinin vaksinləşməsi davam etdirilir.
20/01/2021
Əhalinin nəzərinə!
DİQQƏT! DİQQƏT!
Masallı rayonunda Təzə Alvadı və Tüklə QPS-dən qidalanan 30 yaşayış məntəqəsi üzrə ümumilikdə 23000 abonentin qaz təchizatı magistral boru kəmərində baş vermiş qəza səbəbi ilə səhər saat 08:00 radələrinə kimi dayandırılmışdır. Vətəndaşlardan diqqətli olmaq xahiş olunur.