Masallı rayon Heydər Əliyev Mərkəzi

Masallı rayon Heydər Əliyev Mərkəzi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Masallı rayon Heydər Əliyev Mərkəzi, Government Organization, Masallı.

Photos from Ilham Aliyev's post 03/06/2026
03/06/2026

Mədəniyyət naziri Adil Kərimli Şuşada vətəndaşları qəbul edəcək.

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2026-cı il iyunun 19-da Şuşa şəhərindən olan vətəndaşların qəbulu keçiriləcəkdir. Qəbulun keçirilmə saatı və məkan barədə əlavə məlumat veriləcəkdir.

📍Vətəndaşlar 2026-cı il iyunun 15-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

03/06/2026

📢 ELAN

Masallı rayon Heydər Əliyev Mərkəzi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı Rayon Komitəsinin Qadınlarla İş Komitəsinin birgə təşkilatçılığı ilə mədəniyyət və təhsil sahəsində çalışan xanımlar üçün “İnsan hüquqları və bərabərlik” mövzusunda təlim keçiriləcəkdir.

Təlim zamanı Təlimçi, mentor Orxan Əliyev insan hüquqları, gender bərabərliyi, qadınların cəmiyyətdə rolu və hüquqlarının müdafiəsi ilə bağlı mövzular ətrafında müzakirələr aparacaq və iştirakçıların suallarını cavablandıracaqdır.

Mədəniyyət və təhsil sahəsində çalışan bütün xanımları təlimdə iştirak etməyə dəvət edirik.

📅 Tarix: 4 iyun 2026-cı il
🕒 Saat: 11:00
📍 Məkan: Masallı rayon Heydər Əliyev Mərkəzi

Photos from Masallı rayon Heydər Əliyev Mərkəzi's post 02/06/2026

İyunun 2 -də 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Masallı rayon ümumtəhsil məktəbi şagirdləri üçün Masallı rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib.

Ekskursiya zamanı şagirdlər Mərkəzdə nümayiş etdirilən eksponatlar, fotoşəkillər və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən materiallarla yaxından tanış olublar. Onlara Azərbaycanın müasir dövlətçilik tarixində Heydər Əliyevin xidmətləri barədə ətraflı məlumat verilib.

Ekskursiya çərçivəsində uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə Mərkəzin kinozalında cizgi filmi nümayiş olunub. Şagirdlər cizgi filmini maraqla izləyərək xoş və əyləncəli vaxt keçiriblər.

02/06/2026
Photos from Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi's post 02/06/2026
Want your business to be the top-listed Government Service in Masallı?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Masallı