Masallı Gənclər Evi

Masallı Gənclər Evi

Share

“Masallı Gənclər evi” nin əsas məqsədi gənclərin potensialının üzə çıxarılmasından ibarətdir.

01/06/2026

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Masallı şəhər 1 saylı uşaq bağçasında “Uşaqların gülüşü dünyamızı işıqlandırır” adlı ziyarət təşkil olunub.

Tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Ziyarət zamanı uşaqlarla əyləncəli vaxt keçirilib, bayram tortu kəsilib və onlara müxtəlif hədiyyələr təqdim olunub. Həmçinin face-art fəaliyyəti çərçivəsində uşaqların üzlərinə müxtəlif rəngarəng rəsmlər çəkilib. Tədbir zamanı rəsmi şəxslər tərəfindən uşaqlara bayram təbrikləri çatdırılıb, onlara xoş arzular bildirilib.

Tədbirin keçirilməsində əsas məqsəd uşaqların sevincinə şərik olmaq, onların asudə vaxtının səmərəli təşkilinə dəstək göstərmək və Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətini diqqətə çatdırmaq olub.

Photos from Masallı Gənclər Evi's post 26/05/2026

Masallıda “28 May Müstəqillik Günü” ilə əlaqədar “Nə? Harada? Nə Zaman?” intellektual bilik yarışı keçirilib.

26 may 2026-ci il tarixində “Masallı Gənclər Evi” SXM-nin təşkilatçılığı ilə “28 May Müstəqillik Günü” ilə əlaqədar şagirdlər arasında “Nə? Harada? Nə Zaman?” intellektual bilik yarışı keçirilib.
8 komandanın iştirak etdiyi maraqlı mübarizə şəraitində keçən bilik yarışında I yerə E.Əhədov adına Təzə Alvadı kənd 1 saylı tam orta məktəbin “Avanqard ”, II yerə N.Həsənov adına
Göyəçöl kənd tam orta məktəbin “Victoriya”, III yerə Masallı şəhər 5 saylı tam orta məktəbin “Rəsulzadə” komandaları layiq görülüblər.
İntellektual yarışmada qalib olan komandalar “Masallı Gənclər Evi” SXM-nin diplomları (18 diplom) ilə mükafatlandırılıblar.

Photos from Masallı Gənclər Evi's post 25/05/2026

25 may 2026-cı il tarixində Masallı Gənclər Evində “İnsan hüquqları aylığı” çərçivəsində “Müasir dövrdə insan hüquqlarının təmini” mövzusunda görüş keçirilib.

Görüş Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Ombudsmanın Cənub Regional Mərkəzi, Masallı Gənclər Evi sosial xidmət müəssisəsi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə insan hüquq və azadlıqlarının qorunması, gənclərin hüquqi maarifləndirilməsi, müasir dövrdə insan hüquqlarının təmin olunması istiqamətində görülən işlər barədə iştirakçılara ətraflı məlumat verilib. Çıxış edənlər insan hüquqlarının cəmiyyətdəki rolu, hüquqi biliklərin artırılmasının vacibliyi və gənclərin bu sahədə fəal iştirakının əhəmiyyətini vurğulayıblar.

Görüş qarşılıqlı fikir mübadiləsi və iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Photos from Masallı Gənclər Evi's post 21/05/2026

🇦🇿 Vətənpərvərlik klubunun növbəti görüşü baş tutdu.
Görüş zamanı şəhidimiz Mahir Paşayev Bəxtiyar oğlunun həyat yolu, göstərdiyi qəhrəmanlıq və döyüş yolu haqqında gənclərlə ətraflı söhbət aparıldı. Şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edildi.
Sonda isə şəhidimiz haqqında hazırlanmış məlumatlar izlənildi.
Vətənpərvərlik klubunun könüllüsü Sevinc Babayevaya görüşün təşkilində göstərdiyi dəstəyə görə təşəkkür edirik. 🌸
Vətən uğrunda canından keçən qəhrəmanlarımızı qürur və minnətdarlıqla anırıq. 🇦🇿✨

Photos from Masallı Gənclər Evi's post 21/05/2026

21 may 2026-ci il tarixində “Qəhrəmanlarımızı tanıdaq ” layihəsi çərçivəsində Masallı Gənclər evi sosial xidmət müəssisəsinin əməkdaşları və könüllüləri Masallı rayonunun Banbaşı kəndində yerləşən şəhid Akifzadə Elmir Gündüz oğlunun ailəsini ziyarət ediblər.
Görüş zamanı şəhidin anası övladının keçdiyi şərəfli döyüş yolu barədə gənclərə geniş məlumat verib, onun qəhrəmanlığından danışıb.
Layihənin əsas məqsədi gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, şəhidlərin əziz xatirəsinin yaşadılmasına və onların qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Photos from Masallı Gənclər Evi's post 20/05/2026

Masallı Gənclər Evində gənclər üçün “Tənqidi və Kreativ Düşünmə Bacarığı” mövzusunda maraqlı və interaktiv təlim keçirildi.
Təlim zamanı iştirakçılar fərqli düşünmə üsulları ilə tanış oldu, yaradıcı tapşırıqlarda iştirak edərək problemlərə daha geniş və innovativ baxış formalaşdırdılar.

15/05/2026

Lənkəran Gənclər evində Masallı, Astara və Lənkəran gənclərinin iştirakı ilə World Urban Forum (WUF 13) mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə gənclərə WUF-un şəhərlərin gələcəyi, dayanıqlı inkişaf, yaşıl mühit və gənclərin şəhər həyatında rolu kimi mövzuları əhatə edən beynəlxalq platforma olduğu izah olundu.

World Urban Forum BMT-nin şəhərsalma proqramı olan UN-Habitat tərəfindən təşkil edilir və şəhərlərin daha yaşanıqlı, təhlükəsiz və inklüziv inkişafına töhfə verməyi hədəfləyir. Görüş zamanı gənclər şəhərlərin inkişafı ilə bağlı fikir mübadiləsi apararaq öz ideyalarını bölüşdülər.

Photos from Masallı Gənclər Evi's post 15/05/2026

Bu gün Masallı Gənclər Evində gənclərlə “Peşələrə yiyələnmə və bacarıqların rolu” mövzusunda maarifləndirici görüş keçirildi.
Görüş zamanı iştirakçılar müxtəlif peşələr, uğura aparan bacarıqlar və şəxsi inkişaf yolları haqqında maraqlı məlumatlar əldə edərək qeydlər apardılar.
Səmimi müzakirələr və faydalı məlumatlarla yadda qalan görüş gənclər üçün həm maraqlı, həm də motivasiyaedici oldu.

Photos from Masallı Gənclər Evi's post 14/05/2026

Bu gün Gənclər evimizdə gənclərimizlə birlikdə “Soyuq Günəş” filmini izlədik. Film boyunca gənclərimiz həm maraqlı, həm də düşündürücü məqamlarla tanış oldular, müzakirələr aparıldı və birlikdə keyfiyyətli vaxt keçirildi. Belə film baxışları gənclərin dünyagörüşünün genişlənməsinə, sosial mövzulara fərqli baxış formalaşdırmasına töhfə verir. 🎬

Photos from Masallı Gənclər Evi's post 10/05/2026

Masallıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə xatirəsi yad edilib
10 may 2026-ci il tarixində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayon sektorunun əməkdaşları, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Want your business to be the top-listed Government Service in Massaly?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Masallı ş. H. Əliyev Pr. 87A
Massaly
044

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00