27/05/2026
Qurban bayramınız mübarək!
Ümumtəhsil internat məktəblərinə şagird qəbulu haqqında mətbuatda və digər kütləvi məlumat vasitələrində elanlar verilir.
27/05/2026
Qurban bayramınız mübarək!
26/05/2026
26/05/2026
Məktəbimizdə 11-ci sinif valideynləri ilə “Son zəng” tədbiri ilə bağlı iclas keçirildi.
İclas zamanı “Son zəng” tədbirinin təşkili, təhlükəsizlik qaydaları, şagirdlərin davranışı, tədbirin keçirilmə qaydaları və verilən rəsmi təlimatlar valideynlərin diqqətinə çatdırıldı. Məktəb rəhbərliyi tərəfindən valideynlərə tövsiyələr verildi, qarşılıqlı fikir mübadiləsi aparıldı.
22/05/2026
Gimnaziyada şagirdlərlə peşəyönümü ilə bağlı maarifləndirici söhbətlər aparıldı və gələcəkdə onların daha çox hansı peşəyə üstünlük vermələri üzrə istiqamət verildi.
22/05/2026
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri gimnaziyada “Uşaqların hüquq və vəzifələri” mövzusunda şagirdlərin iştirakı ilə maarifləndirici görüş keçirdilər. Tədbirdə uşaqların ayrı-seçkiliyin bütün formalarından müdafiəsi, uşaqlara qarşı zorakılığın yolverilməzliyi, o cümlədən şagirdlərlə davranış qaydaları və psixoloji xidmətin təşkili istiqamətində söhbətlər apardılar.
22/05/2026
Gimnaziyada "Mənim adımın mənası nədir" maraqlı inşa müsabiqəsi keçirildi. Məktəbimizdə keçirilən "Mənim adımın mənası nədir?'mövzusunda müsabiqədə şagirdlərimiz öz adlarının tarixinə və mənasına virtual səyahət edərək, bir birindən maraqlı yazılar ərsəyə gətirdilər.
22/05/2026
Gimnaziyada narkomaniyaya qarşı maarifləndirici tədbir təşkil olundu.
Gimnaziyanın psixoloqu Ülviyyə Əliyeva və UBR Samirə Həsəova tərəfindən şagirdlərlə narkomaniyanın zərərləri və ona qarşı mübarizə yolları barədə maarifləndirici söhbətlər aparıldı. Tədbirdə narkotik vasitələrin insan sağlamlığına, ailəyə və cəmiyyətə vurduğu mənfi təsirlərdən bəhs edildi.
22/05/2026
Təbiət, Həyat bilgisi fənn aylığı
___________________________________
Gimnaziyanın biologiya müəllimi Ş.Vəliyeva təbiət fənnindən VI sinifdə "Yanma prosesi" mövzusunda xüsusi dərs keçirdi.