13/06/2026
Mingəçevir şəhərinin Tarixi Muzeyində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
İyunun 12-də Mingəçevir şəhərinin Tarixi Muzeyində “Milli Qurtuluş: Dövlətçiliyimizin xilas günü” adlı mühazirə və sərgi təşkil olunub. Tədbirdə Azərbaycan xalqının taleyində mühüm rol oynayan Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti, dövlətçiliyimizin qorunub saxlanılması və ölkəmizin inkişaf yoluna çıxmasında bu günün rolu barədə ətraflı məlumat verilib.
Sərgidə Milli Qurtuluş dövrünü əks etdirən fotoşəkillər, tarixi sənədlər və müxtəlif materiallar nümayiş etdirilib. Mühazirədə ölkəmizdə ictimai-siyasi sabitliyin bərpası, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və Azərbaycan dövlətçiliyinin inkişafında Milli Qurtuluş Gününün əhəmiyyəti haqqında geniş söhbət aparılıb.
08/06/2026
İyunun 8-də Mingəçevir şəhər 19 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri, müəllimə Babayeva Hicranın rəhbərliyi ilə Mingəçevir şəhərinin Tarixi Muzeyinə ekskursiya ediblər. Ekskursiya zamanı şagirdlərə şəhərimizin tarixi, mədəni irsi və muzeydə nümayiş etdirilən eksponatlar haqqında ətraflı məlumat verilib. Belə ekskursiyalar şagirdlərin tariximizi daha yaxından öyrənməsinə, milli-mənəvi dəyərlərimizə marağının artmasına və dünyagörüşlərinin genişlənməsinə xidmət edir.
05/06/2026
İyunun 5-də, Mingəçevir şəhər Texniki Humanitar Liseyin 1-ci sinif şagirdləri, müəllimə Qasımova Sevincin rəhbərliyi ilə Mingəçevir şəhərinin Tarixi Muzeyinə ekskursiya ediblər. Bu ekskursiya zamanı şagirdlərə şəhərimizin tarixi haqqında dəyərli məlumatlar verilib. Belə ekskursiyalar şagirdlərin öz şəhərlərinin mədəni irsi ilə yaxından tanış olmasına xidmət edir. Bu ekskursiyalar, onların tarixi dəyərlərə marağını daha da artırır.
03/06/2026
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq görüş təşkil edilib
Mingəçevir Şəhərinin Tarixi Muzeyinin əməkdaşları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Mingəçevir şəhəri Bənövşə 2 saylı körpələr evi–uşaq bağçasının Günəş qrupunun uşaqları ilə “Uşaqların hüquqları cəmiyyətin gələcəyidir” mövzusunda maarifləndirici görüş təşkil ediblər.
Görüş zamanı uşaqlara onların hüquq və vəzifələri, sağlam və təhlükəsiz mühitdə böyümələrinin əhəmiyyəti barədə məlumat verilib. Bildirilib ki, uşaqların hüquqlarının qorunması cəmiyyətin sağlam və uğurlu gələcəyinin əsas şərtlərindən biridir.
Görüş uşaqlarda hüquq anlayışının formalaşdırılmasına və onların maarifləndirilməsinə xidmət edib.@
26/05/2026
Mingəçevir şəhərinin Tarixi Muzeyində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Mayın 25-də Mingəçevir şəhərinin Tarixi Muzeyində “Müstəqillik günü: Tarixə hörmət, gələcəyə ümid” adlı mühazirə və sərgi təşkil olunub. Tədbirdə Azərbaycanın müstəqillik tarixindən, dövlətçilik ənənələrinin qorunmasının əhəmiyyətindən və milli-mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılmasının vacibliyindən bəhs edilib.
Sərgidə müstəqillik dövrünü əks etdirən fotoşəkillər, tarixi sənədlər və nümayiş etdirilib. Mühazirədə xalqımızın azadlıq uğrunda apardığı mübarizə, dövlət müstəqilliyimizin əldə olunması və qorunmasının əhəmiyyəti barədə geniş məlumat verilib.
18/05/2026
Mingəçevir Şəhərinin Tarixi Muzeyində 18 May – Beynəlxalq Muzeylər Günü qeyd edilib
Mayın 18-də Beynəlxalq Muzeylər Günü münasibətilə Mingəçevir Şəhərinin Tarixi Muzeyində “Muzeylər tarixin və mədəniyyətin keşikçisidir” adlı videoçarx təqdim edilib.
Tədbir zamanı muzeylərin tarixi-mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətindəki rolu haqqında məlumat verilib. Bildirilib ki, muzeylər xalqın tarixini, milli-mənəvi dəyərlərini yaşadan mühüm mədəniyyət ocaqlarıdır.
“Açıq qapı" günü çərçivəsində ziyarətçilər muzeydə nümayiş olunan eksponatlar, tarixi sənədlər və fotoşəkillərlə yaxından tanış olublar. Ekskursiya zamanı şəhərin tarixi və mədəni irsi barədə maraqlı məlumatlar təqdim olunub.
18/05/2026
Mayın 18- də Mingəçevir şəhər şəhid Azər Niftəliyev adına Mədəniyyət Mərkəzi və onun filiallarının əməkdaşları 18 may – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar olaraq Mingəçevir şəhərinin Tarixi Muzeyinə ekskursiya ediblər.
Ekskursiya zamanı muzeyin bələdçisi mərkəzin əməkdaşlarına muzeyin yaranma tarixi, fəaliyyəti və burada nümayiş etdirilən qədim eksponatlar haqqında ətraflı məlumat verib
12/05/2026
10 May – Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Mingəçevir Şəhərinin Tarixi Muzeyinin kollektivi Ulu Öndərin abidəsini ziyarət edərək, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
07/05/2026
Mingəçevir Şəhərinin Tarixi Muzeyində 9 May – Qələbə Günü münasibətilə tədbir keçirilib.
Mayın 7-də keçirilən tədbirdə şəhərimizdə təhsil alan bir qrup tələbə iştirak edib. Tədbirdə 9 May Qələbə Gününün tarixi əhəmiyyəti, II Dünya müharibəsində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq nümunələri və müharibə iştirakçılarının xatirəsinin daim ehtiramla yad edilməsinin vacibliyi haqqında məlumat verilib. Çıxış edənlər gənclərə vətənpərvərlik ruhunun aşılanmasının və tariximizin öyrənilməsinin əhəmiyyətini vurğulayıblar.
“Qəhrəmanların qələbəsi unudulmur” adlı sərgidə müharibə dövrünü əks etdirən fotoşəkillər, tarixi sənədlər və müxtəlif eksponatlar nümayiş etdirilib. Tədbir iştirakçıları sərgi ilə yaxından tanış olaraq maraqlı məlumatlar əldə ediblər.
06/05/2026
Mingəçevir Şəhərinin Tarixi Muzeyində "Şəhərsalma və Memarlıq ili" ilə əlaqədar tədbir təşkil olunub.
Mayın 5-də Mingəçevir Şəhərinin Tarixi Muzeyində “Müasir şəhərsalma, güclü memarlıq” adlı videoçarxın təqdimatı keçirilib. Tədbirdə Mingəçevir Turizm Kollecinin tələbələri iştirak ediblər.
Videoçarxda müasir şəhərsalma prinsipləri, güclü və dayanıqlı memarlığın əhəmiyyəti, eləcə də şəhər mühitinin inkişafında innovativ yanaşmalar barədə geniş məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.