01/06/2026
GİKM-in Qarabağ regional nümayəndəliyi
Qarabağ gənclərinin fəaliyyəti, maraqları, ideya və fikirlərini işıqlandırır.
01/06/2026
29/05/2026
📚📖 Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qarabağ regional nümayəndəliyinin Ağdam bölməsi və Ağdam Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə yazıçı Elxan Elatlı ilə görüş keçirilib.
🗣️ Görüş zamanı yazıçı iştirakçılarla yaradıcılıq yolu, ədəbiyyatın cəmiyyətdə rolu və gənclərin mütaliə vərdişlərinin formalaşdırılması barədə səmimi söhbət aparıb. O, öz əsərlərinin yaranma prosesi və ədəbi fəaliyyətindəki təcrübələrini bölüşüb.
❓ Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb, oxucularla interaktiv müzakirə aparılıb və xatirə fotosu çəkilib.
🎯 Görüşün keçirilməsində əsas məqsəd gənclərin ədəbiyyata marağının artırılması, onların yaradıcı düşüncə tərzinin inkişaf etdirilməsi və yazıçı ilə birbaşa ünsiyyət imkanının yaradılması olub.
28/05/2026
🇦🇿 28 May – Müstəqillik Günü münasibətilə Ağdam rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qarabağ regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə intellektual yarış keçirilib.
🧠 Yarışda 6 komanda müxtəlif mövzular üzrə biliklərini sınayaraq gərgin və maraqlı mübarizə şəraitində iştirak ediblər.
📚 Sonda iştirak edən gənclərə sertifikatlar təqdim olunub, qalib komandaya isə kitab hədiyyələri təqdim edilib.
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd gənclərin intellektual potensialının artırılması, bilik və düşüncə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də komanda ruhunun və sağlam rəqabət mühitinin formalaşdırılmasıdır.
28/05/2026
Yaşasın müstəqil, qüdrətli, suveren Azərbaycan! 🇦🇿
27/05/2026
Birlik, paylaşma və yardımsevərlik ruhunu yaşadan Qurban bayramınız mübarək!
23/05/2026
🎬 Ağdamda gənclər asudə vaxtlarını səmərəli və maraqlı şəkildə keçirmək üçün bir araya gəliblər.
✨ Fəaliyyət çərçivəsində iştirakçılar birlikdə seçdikləri filmi izləyərək xoş və səmimi bir mühitdə vaxt keçiriblər. Film müzakirəsi zamanı gənclər öz fikirlərini bölüşüb, müxtəlif baxış bucaqlarını müzakirə ediblər.
22/05/2026
Azərbaycan Respublikasının Gənclər Fondu gənclər və gənclər təşkilatları üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edir!
🎯Müsabiqənin məqsədi dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin və gənclər təşkilatlarının potensialının inkişaf etdirilməsi, onların sosial, iqtisadi, mədəni və ictimai həyatda fəal iştirakının təşviqi, innovativ və ictimai faydalı təşəbbüslərinin dəstəklənməsi, həmçinin milli-mənəvi dəyərlərə sadiq, yaradıcı, vətənpərvər və sosial məsuliyyətli gənclərin formalaşmasına töhfə verməkdir.
Müsabiqə aşağıdakı istiqamətləri əhatə edir:
🔹Milli kimlik, vətənpərvərlik və dəyər əsaslı inkişaf;
🔹️Gənclərin inkişafı və insan kapitalının gücləndirilməsi;
🔹️Sosial inklüzivlik və bərabər imkanların təşviqi;
🔹️Rəqəmsal gələcək, innovasiya və süni intellekt;
🔹️Yaradıcı sənaye və mədəni innovasiyalar;
🔹️Regionlarda gənclərin iştirakçılığı və ictimai fəallıq;
🔹️Dayanıqlı inkişaf və gənclərin ekoloji məsuliyyəti.
Qrantların maksimum məbləğləri:
👤 Gənclərin (fiziki şəxslərin) fərdi layihələri üzrə – 5 000 AZN;
👥 Gənclər təşkilatlarının yerli layihələri üzrə – 10 000 AZN;
🌍 Gənclər təşkilatlarının beynəlxalq layihələri üzrə – 15 000 AZN.
Müsabiqənin müddəti:
• Başlanma tarixi: 22 may 2026-cı il
• Son müraciət tarixi: 22 iyun 2026-cı il saat 18:00
📌Qrant müsabiqəsi haqqında ətraflı məlumat: https://youthfoundation.az/192976/
22/05/2026
📍 Ağdam rayonu İmamqulubəyli kənd tam orta məktəbinin şagirdləri ilə görüş keçirilib. ✨
Görüş zamanı şagirdlərə Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyəti, əsas məqsədləri və gənclər üçün yaratdığı imkanlar barədə ətraflı məlumat verilib. 💼📚
💡 Görüş çərçivəsində mərkəzin həyata keçirdiyi layihələr, təlim proqramları, könüllülük fəaliyyəti və karyera istiqamətində təqdim etdiyi dəstək mexanizmləri haqqında təqdimat olunub.
🚀 Eyni zamanda “Mərkəzə doğru” layihəsi barədə məlumat verilərək, layihənin gənclərin şəxsi və peşəkar inkişafına verdiyi töhfələr iştirakçıların diqqətinə çatdırılıb.
21/05/2026
📢 Ağdamda gənclər üçün “Yumşaq və Sərt Bacarıqlar” mövzusunda təlim təşkil olunub.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qarabağ regional nümayəndəliyinin koordinatoru Pərvin Əhmədovanın rəhbərliyi ilə keçirilən təlimdə iştirakçılara karyera uğuru üçün vacib olan yumşaq və sərt bacarıqlar barədə məlumat verilib.
💡 Təlim çərçivəsində iş mühitində effektiv ünsiyyət, liderlik, vaxtın idarə olunması, problem həll etmə bacarıqları və texniki biliklərin inkişaf etdirilməsi mövzuları əhatə olunub. İştirakçılara həm peşəkar, həm də şəxsi inkişaf baxımından faydalı bilik və tövsiyələr təqdim edilib.
✨ Təlim interaktiv müzakirələr və praktiki nümunələrlə davam edib.
Click here to claim your Sponsored Listing.
Location
Telephone
Website
Address
Ağcabədi Rayon H. Əliyev Pr-ti 217
Aghjabädi
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 09:00 - 13:00 |
