Sumqayıt Bələdiyyəsi

Sumqayıt Bələdiyyəsi

Partager

Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır.

Photos from Sumqayıt Bələdiyyəsi's post 05/06/2026

Sumqayıt şəhərində yay mövsümündə çimərliklərin fəaliyyətinin təşkili ilə bağlı geniş tərkibli görüş keçirilib

01/06/2026

Sumqayıtda ictimai nəqliyyatda maarifləndirici reyd keçirilib

Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsinin əməkdaşları tərəfindən şəhər ərazisində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrində maarifləndirici reyd təşkil olunub.

Reydin əsas məqsədi sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərlə profilaktik söhbətlərin aparılması, avtobuslarda təmizlik qaydalarına əməl olunmasının vəziyyətinin öyrənilməsi və təhlükəsizlik məsələlərinə diqqətin artırılması olub.

Tədbir çərçivəsində marşrut avtobuslarına baxış keçirilib, sürücülərlə görüşlər təşkil olunub. Onlara sərnişinlərlə etik davranış qaydaları, yol hərəkəti təhlükəsizliyi, nəqliyyat vasitələrinin sanitar vəziyyətinin qorunması və xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı tövsiyələr verilib.

Reyd zamanı avtobusların salonlarının təmiz saxlanılması, havalandırma sistemlərinin işlək vəziyyətdə olması, oturacaqların və digər avadanlıqların istifadəyə yararlılığı da diqqət mərkəzində olub. Eyni zamanda sürücülərə sərnişinlərin təhlükəsiz daşınmasının onların əsas vəzifələrindən biri olduğu xatırladılıb.

Bildirilib ki, ictimai nəqliyyat vasitələrində təmizliyin qorunması və təhlükəsizlik qaydalarına ciddi əməl olunması həm sürücülərin, həm də sərnişinlərin rahatlığı baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə maarifləndirici tədbirlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.

Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsinin nümayəndələri qeyd ediblər ki, ictimai nəqliyyatda xidmət səviyyəsinin yüksəldilməsi, sərnişin məmnuniyyətinin artırılması və təhlükəsizliyin təmin olunması daim diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, keçirilən maarifləndirici reydlər şəhər sakinlərinə göstərilən nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasına və ictimai nəqliyyatda təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına xidmət edir.

Photos from Sumqayıt Bələdiyyəsi's post 01/06/2026

Sumqayıtda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib

Sumqayıt şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbir təşkil olunub. Sumqayıt Muğam Mərkəzində təşkil olunan təntənəli tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Bələdiyyəsinin sədri, Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyi, şəhər ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri, valideynlər və uşaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov uşaqları bayram münasibətilə təbrik edərək bildirib ki, hər bir dövlətin və cəmiyyətin gələcəyi uşaqların sağlam, savadlı və vətənpərvər ruhda yetişməsindən asılıdır. Qeyd olunub ki, ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların hərtərəfli inkişafı, keyfiyyətli təhsil və sağlamlıq xidmətləri ilə təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Vurğulanıb ki, Sumqayıtda da uşaqların rahat və təhlükəsiz mühitdə böyümələri, bilik və bacarıqlarını inkişaf etdirmələri üçün müasir məktəblər, uşaq bağçaları, idman və mədəniyyət müəssisələri fəaliyyət göstərir.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu sosial siyasət nəticəsində uşaqların rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, onların istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılır.

Bayram proqramı uşaqların hazırladığı maraqlı konsert proqramı ilə davam edib. Məktəblilərin və məktəbəqədər təhsil müəssisələrinin balaca fidanlarının ifasında səsləndirilən mahnılar, milli və müasir rəqslər, bədii kompozisiyalar və vətənpərvərlik ruhunda hazırlanmış səhnəciklər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Uşaqların çıxışları alqışlarla müşayiət olunub.

01/06/2026

Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

01/06/2026

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür!

27/05/2026

Müqəddəs Qurban Bayramınız Mübarək!

Photos from Sumqayıt Bələdiyyəsi's post 23/05/2026

Konsert boyunca yaşanan duyğular, musiqinin yaratdığı atmosfer və tamaşaçıların enerjisi kadrlara əks olundu. Konsertdən ən gözəl görüntüləri sizinlə paylaşırıq.

23/05/2026

23 may Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günüdür

21/05/2026

30 May tarixində Sumqayıt Bulvar ərazisində yerləşən Muğam və Yaradıcılıq Mərkəzində uşaqlar üçün nəzərdə tutulmuş rəngarəng və əyləncəli səhnə əsəri - “Buratino” musiqili nağıl-tamaşası təqdim olunacaq.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının peşəkar aktyorlarının təqdimatı ilə səhnələşdirilən tamaşa, klassik nağıl motivləri əsasında qurularaq dostluq, dürüstlük və xeyirxahlıq kimi dəyərləri tamaşaçılara aşılayır.
Biletləri əldə etməyə tələsin!
Qeyd: Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
📍 - Sumqayıt Bələdiyyəsinin Muğam və Yaradıcılıq Mərkəzi
📅 - 30.05.2026
⏱️ - 12:00 - 13:15 / 14:30 - 15:45
🎫 - 8 - 10 ₼

Vous voulez que votre entreprise soit Service Du Gouvernement la plus cotée à Democratic Republic of the ?

Cliquez ici pour réclamer votre Listage Commercial.

Site Web

Adresse


Nizami Küçəsi
Democratic Republic Of The