04/06/2026
04.06.2026-cı il tarixdə Ağcabədi Pedaqoji Kolleci PHŞ-də "İnsan Hüquqları Aylığı" çərçivəsində gənclərin maarifləndirilməsi məqsədilə açıq dərs təşkil edilib. Tələbələrin xüsusi marağına səbəb olan dərs zamanı insan hüquq və azadlıqlarının əhəmiyyəti tələbələrin diqqətinə çatdırılıb. Dərsin gedişatında tələbələrə həm öz fundamental hüquqlarından düzgün yararlanmağın, həm də vətəndaşlıq vəzifələrini məsuliyyətlə yerinə yetirməyin vacibliyi ətraflı izah olunub. Eyni zamanda, bu sahədə mövcud olan müasir çağırışlar, ölkəmizdə qazanılmış uğurlar və qarşıda duran gələcək hədəflər geniş müzakirə edilib. Şübhəsiz ki, bu cür əməli dərslər tələbələrimizin həm hüquqi savadlılığının artmasına, həm də cəmiyyət üçün fəal bir vətəndaş kimi yetişməsinə böyük töhfə verir. Kollektivimiz gənclərin fərdi inkişafına xidmət edən bu növ aktual mövzularda açıq dərslərin təşkilini bundan sonra da mütəmadi olaraq davam etdirəcəkdir.
02/06/2026
Ağcabədi Pedaqoji Kolleci PHŞ-də yaz imtahan sessiyasına start verilib.
İmtahanların şəffaf, obyektiv və nizamlı şəkildə keçirilməsi üçün bütün zəruri təşkilati tədbirlər həyata keçirilib.
Kollec rəhbərliyi tərəfindən imtahan prosesinə xüsusi nəzarət olunur, tələbələrin müraciətlərinə operativ şəkildə baxılması təmin edilir.
Bütün tələbələrimizə imtahanlarda uğurlar və yüksək nəticələr arzulayırıq.
26/05/2026
🇦🇿 26.05.2026-cı il tarixində Ağcabədi Pedaqoji Kolleci PHŞ-də 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Ağcabədi Pedaqoji Kolleci PHŞ və Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, xalqımızın müstəqillik uğrunda apardığı mübarizədən və dövlətçilik ənənələrinin qorunmasından bəhs etmişlər.
Bayram tədbiri çərçivəsində kollecin sosial-ictimai həyatında fəal iştirak edən, təhsil və tədbir fəaliyyətlərində xüsusi fərqlənən bir qrup müəllim və tələbə təşəkkürnamə və fəxri fərmanlarla təltif olunmuşdur.
Tədbirin yüksək səviyyədə təşkil olunmasında göstərdiyi dəstəyə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Pedaqoji Kolleci Həmkarlar İttifaqı Komitəsinə təşəkkürümüzü bildiririk.
22/05/2026
Kollecimizin Telekommunikasiya və Kompüter Sistemlərinin İnformasiya Təhlükəsizliyi ixtisasının sonuncu kurs tələbələrinin istehsalat təcrübəsi uğurla davam edir.
18/05/2026
18.05.2026-cı il yarixdə Ağcabədi Pedaqoji Kolleci PHŞ-da Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən ödənişli əsaslarla təhsil alan tələbələrlə və məsul şəxsləri üçün infosessiya təşkil olunub. Tədbirin əsas məqsədi tələbələrin fondun fəaliyyəti ilə tanış etmək, tələbə kreditlərinin verilməsi, güzəştlər və geri ödəniş prosesi barədə məlumatlandırmaq olub.
İnfosessiyada Təhsil Tələbə Krediti Fondunun Təhsil müəssisələri ilə iş şöbəsinin Böyük mütəxəssisi İlkanə Həmidli və Baş mütəxəssis Günay Xəlilova geniş təqdimatla çıxış edib. Təqdimatda qeyd olunub ki, TTKF Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 2021-ci ildə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb, həmin il e-ttkf.edu.az elektron portalı istifadəyə verilərək tələbə müraciətlərinin qəbuluna başlanıb. Fond təhsilə əlçatanlığın artırılması, bərabər imkanların yaradılması, müəyyən səbəblərlə təhsilində çətinlik yaşayan tələbələrin dəstəklənməsi və ali təhsilin davamlı inkişafına töhfə verilməsi istiqamətində mühüm işlər həyata keçirir.
İlkanə Həmidli təhsil kreditinin növləri, müraciət qaydaları, sənədləşməyə qoyulan tələbləri, geri ödəniş prinsipləri, elektron informasiya sistemi, tələbələr üçün yaradılan əlavə imkanlar barədə geniş və ətraflı məlumat verib, sistemin təhsilə əlçatanlığın artırılmasına verdiyi töhfələri xüsusi vurğulayıb.
Günay Xəlilova İnfosessiya çərçivəsində tələbələrin suallarına cavablandırılaraq həm iştirakçılar üçün faydalı informasiya mühiti yaradılıb, həm də təhsil kreditləri sisteminin effektivliyi və onun təhsilin inkişafına verdiyi töhfə bir daha təsdiqlənib. Tələbələrin təhsillərni davam etdirmək üçün təhsil haqqlarının Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən təhsil haqqı ödənişlərinin ödənilməsi haqqında marifləniblər.
15/05/2026
15.05. 2026-cı il tarixində Ağcabədi Pedaqoji Kolleci PHŞ-də Pedaqoji Şuranın növbəti iclası keçirilmişdir.
İclasda imtahanların təşkili və keçirilməsi, eləcə də imtahan suallarının hazırlanması ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə olunmuşdur.
Eyni zamanda, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, yeni ixtisasların yaradılması və tələbələrin praktiki bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılmış, müxtəlif təkliflər irəli sürülmüşdür.
Kollecdə təhsilin daha da inkişaf etdirilməsi və tələbələrin yüksək səviyyədə bilik əldə etməsi məqsədilə gələcəkdə həyata keçiriləcək tədbirlər barədə müzakirələr aparılmışdır.
14/05/2026
14.05. 2026-cı il tarixində Ağcabədi Rayon İcra Hakimiyyəti və Ağcabədi Pedaqoji Kolleci PHŞ-ın birgə təşkilatçılığı ilə “Narkotik asılılığı problemində ailələrin rolu və valideyn məsuliyyəti” mövzusunda tədbir təşkil edilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun məsul əməkdaşı, Rayon Polis Şöbəsinin əməkdaşı, eləcə də çoxsaylı valideyn və tələbə heyəti iştirak etmişdir.
Görüş zamanı narkomaniya ilə mübarizədə ailə mühitinin qoruyucu təsiri və valideynlərin bu prosesdəki məsuliyyəti geniş müzakirə olunmuşdur. Tədbir qarşılıqlı diskussiya formatında davam edərək, iştirakçıları maraqlandıran sualların mütəxəssislər tərəfindən ətraflı cavablandırılması ilə yekunlaşmışdır.
14/05/2026
Kollecimizin müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrinin istehsalat təcrübəsi uğurla davam edir. Tələbələrimiz əldə etdikləri nəzəri bilikləri praktik fəaliyyətlə möhkəmləndirərək gələcək peşəkar fəaliyyətlərinə inamla hazırlaşırlar.
12/05/2026
Kollecimizdə Aqronomluq ixtisası üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsi uğurla davam edir.
Tələbələr istehsalat təcrübəsi zamanı aqronomluq sahəsində əldə etdikləri nəzəri bilikləri praktik olaraq tətbiq edir, bitkiçilik, torpaq becərilməsi və kənd təsərrüfatı işlərinin təşkili ilə bağlı bacarıqlarını inkişaf etdirirlər.
12/05/2026
12.05.2026-cı il tarixində Ağcabədi Pedaqoji Kolleci PHŞ-də “Ulu Öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründə şəhərsalmanın inkişafında xidmətləri” mövzusunda açıq dərs keçirilmişdir.