Wegbeschreibung

BiZ Kontaktinformationen, Karte und Wegbeschreibungen, Kontaktformulare, Öffnungszeiten, Dienstleistungen, Bewertungen, Fotos, Videos und Ankündigungen von BiZ, Hamburg.

19/10/2026

Görəsən, başqalarının daxili işlərinə burnunu soxanlar öz ölkələrindəki problemləri həll etmədən başqa dövlətlərin işlərinə qarışmağın sonunun belə olacağını bilmirdilər? Yaxud həmin dövlətlərin rəhbərlərinə daha hansı formada demək lazımdır ki, başqalarının daxili işlərinə qarışmasınlar?

Bax, məhz buna görə hər kəs öz yerini bilsin, bizim işlərimizə qarışmasın, həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməyə çalışmasın! Hər kəs getsin öz xalqına və dövlətinə gün ağlasın!

18/10/2026

Milli maraqları xarici dövlətlərin bazarına çıxaranlar, milli məsuliyyət və təəssübkeşlik hissindən məhrum olanlar indi də Almaniyada şou düzəldirlər. “Hicab şousu”nun davamı olaraq təşkil etdikləri rüsvayçı aksiyada İran bayrağını qaldırıblar. Təsəvvür edirsiniz?!

Bu rüsvayçılıq qarşısında Almaniya hökumətinin susması və baş verənlərə göz yumması ciddi suallar doğurur. Görəsən, Almaniya hökuməti düşünmürmü ki, bu gün Fransanın üzləşdiyi problemlər sabah onun öz qapısını da döyə bilər?

Milli maraqlara zidd fəaliyyət göstərən şəxslərə himayədarlıq etmək, onların mənsub olduqları ölkələrə ekstradisiya edilməsindən yayınmaq hansı prinsiplərə əsaslanır? Görəsən, Almaniya hökuməti bu cür addımlarla hansı məqsədi güdür?

P.S Milli maraqları şəxsi və siyasi məqsədlərə qurban vermək nə qədər qəbuledilməzdirsə, belə fəaliyyətlərə göz yummaq da bir o qədər düşündürücüdür.

13/10/2026

MOLLA REJİMİNİN TƏXRİBATLARI BAŞ TUTMADI, ELƏ YERİNDƏCƏCƏ XAR OLDU!

Bax belə! İlk məqamdan niyyət üzə çıxdı! Vahid məktəbli geyim formasına keçid qərarını anlaya bilməyənlər indi yəqin ki, anlayarlar. Hələ görün, dini siyasi məqsədlərinə alət edən bu radikal düşüncə sahibləri bir qədər də, necə deyərlər, möhkəmlənsəydilər, görəsən, nələr edərdilər?!

Azərbaycan dövləti güclü dövlətdir, milli mənafeləri hər bir məsələdən üstün tutan dövlətdir. Bu görüntülərin rejissorları birdəfəlik anlasınlar: ALINMAYACAQ! BACARMAYACAQSIZ!

❗MOLLA REJİMİ DİNİ RADİKALLARDAN İSTİFADƏ EDƏRƏK ÖLKƏMİZDƏ ARANI QARIŞDIRMAQ İSTƏYİR!Hətta Türkiyə, Rusiya və İranda yaş...
12/10/2026

❗MOLLA REJİMİ DİNİ RADİKALLARDAN İSTİFADƏ EDƏRƏK ÖLKƏMİZDƏ ARANI QARIŞDIRMAQ İSTƏYİR!

Hətta Türkiyə, Rusiya və İranda yaşayan, din pərdəsi altında gizlənərək siyasi fəaliyyətlə məşğul olan radikal şəxsləri də bu murdar işlərinə cəlb ediblər.

Tam əmin olun ki, bu çirkin və eybəcər niyyətlər tezliklə xar olacaq! Vətəndaş olaraq hər birimiz ölkəmizin müstəqilliyini və suverenliyini qorumalıyıq. Heç kimə imkan verməməliyik ki, bizi öz təxribatlarına cəlb etsinlər, uşaqlarımızın gələcəyini məhv etsinlər!

Biz xurafata yox deyirik! Uşaqlarımızın gələcəyi qorxu üzərində qurulmasın!
12/10/2026

Biz xurafata yox deyirik! Uşaqlarımızın gələcəyi qorxu üzərində qurulmasın!

DİQQƏTLİ OLAQ, TƏXRİBATLARA ALDANMAYAQ❗️XALQIMIZ ÖZ DİNİNİ DƏ TANIYIR, DÖVLƏTİNİ DƏ QORUYURAzərbaycanın informasiya məka...
11/10/2026

DİQQƏTLİ OLAQ, TƏXRİBATLARA ALDANMAYAQ❗️

XALQIMIZ ÖZ DİNİNİ DƏ TANIYIR, DÖVLƏTİNİ DƏ QORUYUR

Azərbaycanın informasiya məkanında təxribat xarakterli paylaşımlara qarşı diqqətli olmaq hər birimizin məsuliyyətidir. Xaricdən hazırlanan şablonların, foto və videoların mahiyyətini araşdırmadan paylaşılması yanlış məlumatların yayılmasına şərait yaradır. Hər bir məlumatı paylaşmazdan əvvəl onun mənbəyinə və məqsədinə diqqət yetirək. Milli maraqlarımızı qoruyaq, informasiya təxribatlarına qarşı ayıq-sayıq olaq!

11/10/2026

Məktəblərdə vahid geyim forması niyə vacibdir?

Din adı ilə təxribat törətmək dinə xidmət deyil!
11/10/2026

Din adı ilə təxribat törətmək dinə xidmət deyil!

10/10/2026

Adresse

Hamburg

Website

Benachrichtigungen

Erfahren Sie als Erste/r von Neuigkeiten und Aktionen: Wir schicken Ihnen eine E-Mail, wenn BiZ etwas veröffentlicht. Ihre E-Mail-Adresse wird für keinen anderen Zweck verwendet, und Sie können sich jederzeit abmelden.

Verknüpfungen

Teilen