24/04/2026
Türkiyə bayrağının Ermənistanda yandırılması ilə bağlı bəyanat
⬇️⬇️⬇️
https://mfa.gov.az/az/news/no18226
-------------
Statement on burning of Türkiye’s flag in Armenia
⬇️⬇️⬇️
https://mfa.gov.az/en/news/no18226
17/04/2026
Futzal üzrə Azərbaycanın və Qazaxıstanın milli komandaları
Aktau şəhərində yoldaşlıq oyunu keçirmişlər.
Futzal üzrə Azərbaycan millisi qarşıdan gələn dünya çempionatının seçmə mərhələsi oyunlarına hazırlıq məqsədi ilə 13 aprel və 15 aprel tarixlərində Qazaxıstan yığması ilə Aktau şəhərində yoldaşlıq oyunları keçirmişdir.
Keçirilmiş beynəlxalq yoldaşlıq oyunlarında baş konsul Ayxan Süleymanlı, Baş konsulluğun əməkdaşları və diasporumuzun fəalları BS arenaya gedərək komandamıza dəstək nümayiş etdirmişlər.
Həmçinin Baş konsulluqda baş konsul A.Süleymanlı Azərbaycan Futzal Federasiyasının və komandanın oyunçularının bir qismini qəbul etmişdir. Görüş zamanı baş konsul Aktau şəhərində keçirilən bu oyunların milli komandanın hazırlığında mühüm mərhələ olduğunu qeyd etmiş, oyunçular arasında qarşılıqlı anlaşmanı gücləndirməyə, komanda daxilində əlaqəni artırmağa və rəsmi yarışlara optimal formada hazırlaşmağa imkan verdiyini vurğulamış və komandamıza uğurlar arzulamışdır.
08/04/2026
Happening now:
Tête-à-tête meeting between Jeyhun Bayramov, Minister of Foreign Affairs of the Republic of and Yermek Kosherbayev, Minister of Foreign Affairs of the Republic of Kazakhstan has just started Azərbaycan Xarici İşlər Nazirliyi/Ministry of Foreign Affairs of Azerbaijan.
08/04/2026
Happening now:
Minister of Foreign Affairs of the Republic of Jeyhun Bayramov welcomes Yermek Kosherbayev, Minister of Foreign Affairs of the Republic of Kazakhstan at Azərbaycan Xarici İşlər Nazirliyi/Ministry of Foreign Affairs of Azərbaycan Xarici İşlər Nazirliyi/Ministry of Foreign Affairs of Azerbaijan during his official visit to , .
🇦🇿-🇰🇿
07/04/2026
Aktau şəhərində Novruz bayramı qeyd edilmişdir.
2026-cı il mart ayının 22-də Novruz bayramı ilə əlaqədar Aktau şəhərinin dəniz kənarında şəhər akimatlığı tərəfindən təşkil edilmiş bayram tədbirinə Baş konsulluq və Aktau şəhərində fəaliyyət göstərən “Dostluq” Etnomədəni İctima Birliyi birgə qatılmışdır. Baş konsulluğun maliyyə dəstəyi və “Dostluq” EİB-nin təşkilatçılığı ilə hazırlanmış tədbirdə Baş konsulluğun əməkdaşları, diasporumuzun fəalları, Aktau şəhərində təhsil alan tələbələr iştirak etmişlər.
Ortaq layihə çərçivəsində milli çadır qurulmuş, şəhər sakinləri ləziz milli yeməklərimizə, şəkərbura və paxlavaya qonaq edilmişlər. Diaspora fəallarımız canlı musiqi ifa etmiş, milli paltar geyinmiş gənclərimiz qonaqlarla birgə rəqs etmişdir. Çadırımız şəhər sakinlərinin böyük marağına səbəb olmuş, ətrafında izdiham yaşanmış, tədbir iştirakçıları əyani olaraq xalqlarımızın ortaq adət-ənənəyə malik olmasının bir daha şahidi olmuşlar.
01/04/2026
Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respub
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi hey...
18/03/2026
18 Mart – Çanaqqala Zəfəri Günüdür.
Çanaqqala müharibəsində böyük fədakarlıq göstərmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq.
Onların göstərdiyi şücaət və birlik ruhu Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq əlaqələrinin sarsılmaz təməlini təşkil edir.
Ruhları şad olsun!
17/03/2026
2026-cı ilin 4-6 noyabr tarixlərində Azərbaycanda AIREX sərgisi keçiriləcəkdir.
2026-cı ilin 4-6 noyabr tarixlərində Azərbaycanda Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi (AIREX) keçiriləcəkdir.
AIREX sərgisi daşınmaz əmlak, şəhərsalma və investisiya sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq iştirakçıları bir araya gətirən mühüm platformadır.
4–6 ноября 2026 года в Азербайджане состоится выставка AIREX.
4–6 ноября 2026 года в Азербайджане пройдет Азербайджанская международная выставка недвижимости и инвестиций (AIREX).
Выставка AIREX является важной платформой, объединяющей местных и международных участников, осуществляющих деятельность в сфере недвижимости, градостроительства и инвестиций.
11/03/2026
Vətəndaşların nəzərinə!!!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Novruz və Ramazan bayramları ilə əlaqədar 11 gün – 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 mart tarixləri qeyri-iş günləri olduğu üçün Baş Konsulluq bağlı olacaq.
Nəzərə almağınız xahiş olunur.
Bayramlarınız mübarək!
Вниманию граждан!!!
В соответствии с решением Кабинета Министров Азербайджанской Республики в связи с праздниками Новруз и Рамазан дни 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 и 30 марта объявлены нерабочими. В связи с этим Генеральное консульство будет закрыто.
Просим принять это к сведению.
Поздравляем вас с праздниками!