06/05/2026
https://youtu.be/q9-H-BqkQac?si=e00S6_1A92uFmxZX
Qərbi Azərbaycan elinin, Böyük Qarakilsə rayonunu ( Kirovakan) rayonun, Heydərli kəndində anadan olan, Hazırda Yunanıstanın Salonik şəhərində yaşayan soyadşımız Məmmədov Rəşid müəllimin " Qursalı TV"- yə müsahibəsi.
Xaricdə Yaşayanlar: Məmmədov Rəşidin Qursalı TV- yə müsahibəsi. 06.05.2026
Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.
03/05/2026
https://youtu.be/0Wzta9_gyBU?si=IG-IHXabRjAtiCz8
Qərbi Azərbaycanlılar- 03.05.2026 ( Müəllif: Samir Abbasov, Mətni oxudu: Xalq artisti Eldost Bayram)
Qursalı-Tv
1 like. "Qərbi Azərbaycanlılar- 03.05.2026 ( Müəllif: Samir Abbasov, Mətni oxudu: Xalq artisti Eldost Bayram)"
02/05/2026
Bir gəncin uğuru, bir millətin qüruru
Bəzən bir insanın qazandığı uğur təkcə onun şəxsi zəfəri olmur. O uğur, bir xalqın yaddaşına yazılan ümidə, qürura və gələcəyə çevrilir. Qərbi Azərbaycanın Çəmbərək rayonunun Qaraqaya kəndindən olan bir ailənin nəvəsi – Fəxri Musazadə məhz belə bir uğurun sahibidir.
TR YÖS beynəlxalq qəbul imtahanında maksimal 500 bal toplayaraq dünya birincisi olmaq hər kəsin bacaracağı bir iş deyil. Bu nəticə sadəcə zəhmətin deyil, iradənin, məqsədin və milli ruhun göstəricisidir. Fəxri Musazadə bununla kifayətlənməyib – riyaziyyat üzrə beynəlxalq olimpiadalarda qazandığı qızıl medallar, TYS imtahanında dünya birinciliyi, SAT və TOEFL kimi beynəlxalq imtahanlarda əldə etdiyi yüksək nəticələr onun necə böyük bir potensial daşıdığını açıq şəkildə göstərir.
Bu uğur təkcə bir gəncin adı ilə məhdudlaşmır. Bu, vətəndən uzaq düşmüş Qərbi azərbaycanlıların sönməyən ruhunun, sınmayan iradəsinin sübutudur. Harada yaşamağımızdan asılı olmayaraq, kim olduğumuzu unutmadan zirvələrə qalxa biləcəyimizi göstərən bir örnəkdir.
Fəxrinin hədəfi Türkiyədə tibb təhsili almaqdır. Bu seçim də təsadüfi deyil. Çünki elmə xidmət etmək, insana faydalı olmaq – türk ruhunun ən dərin qatlarından gələn bir dəyərdir.
Biz bu gün onun uğuru ilə qürur duyuruq. Amma bu qürur sadəcə bu günə aid deyil. Bu uğurlar sabahın da xəbərçisidir. Gün gələcək, Qərbi Azərbaycana olan həsrət sona çatacaq. Və o torpaqlara qayıdanlar arasında belə savadlı, dünyagörüşlü, güclü gənclər ön sıralarda olacaq.
Fəxri Musazadə kimi gənclər sübut edir ki, Türk yalnız keçmişi ilə deyil, gələcəyi ilə də böyükdür.
Bu uğur – millətimizin başını uca edən bir uğurdur. Bu uğur – hər birimizin qürurudur.
Nigar Ögeday Abdullazade
02/05/2026
Yüksək uğurlar qazanmış gənc Qərbi Azərbaycanlılarımızı tanıyaq və tanıdaq.
Qərbi Azərbaycan Çəmbərək rayonu, Qaraqaya kəndindən olan Akif Paşa oğlu Musayevin nəvəsi Musazadə Fəxri İlqar oğlu Türkiyə Respublikası universitetlərinə beynəlxalq qəbul imtahanı TR YÖS üzrə maksimal 500 bal toplayaraq dünya birinciliyi qazanıb. Fəxri Musazadə həm də riyaziyyat üzrə çoxsaylı beynəlxalq olimpiadaların qızıl medalçısı, TYS imtahanı üzrə dünya birinciliyinin , SAT və TOEFL üzrə yüksək nəticələrin sahibidir.
Ali təhsilini Türkiyədə tibb ixtisası üzrə almağı hədəfləyir.
FƏXRİMİZ: Dünya birincisi olan azərbaycanlı gənc - FOTO
Qərbi Azərbaycan əsilli gənclərimizin uğurları davam edir. Bu dəfə sizə dünya miqyasında böyük nailiyyət əldə etmiş istedadlı gəncimizi təqdim edirik. Qərbi Azərbaycanın Çəmbərək rayonunun Qaraqaya kəndindən olan Musazadə Fəxri İlqar oğlu, Türkiyə Respublikasında...
24/11/2025
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Bu barədə düşünməyin özü milli xəyanətdir
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Bu barədə düşünməyin özü milli xəyanətdir - MÜSAHİBƏ
Azərbaycan bölgədə yeni güc balansının formalaşdığı, qlobal siyasətin isə sürətlə dəyişdiyi bir mərhələdən keçir. Regional sabitlik, sülh danışıqları, geosiyasi əməkdaşlıqlar və böyük dövlətlərlə münasibətlərin yenidən qurulduğu bu dövr hər kəsin diqqə...
16/11/2025
Ermənistan çağırışlarımıza cavab vermir - QƏRBİ AZƏRBAYCAN İCMASI
"Qərbi Azərbaycan İcması olaraq, əsas hədəfimiz soydaşlarımızın öz doğma yurdlarına dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməkdir".
Modern.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli deyib.
"Təəssüf ki, Ermənistan tərəfi hələ də çağırışlarımıza cavab vermir. Bilirsiniz ki, Vaşinqton görüşündən sonra erməni mediası belə bir fikir yaymağa çalışdı ki, guya Qərbi Azərbaycan İcması fəaliyyətini dayandırır, Azərbaycan Qərbi Azərbaycana qayıdış iddiasından imtina edir. Onlar bu yalan və özlərinə sərf edən fikri ictimai rəyə sırımağa cəhd göstərirdilər. Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında etdiyi tarixi çıxış isə erməni mediasının və siyasətçilərinin yaydığı bu ziyanlı, yanlış, qərəzli iddiaları tamamilə darmadağın etdi. Prezident İlham Əliyev bir daha qətiyyətlə bəyan etdi ki, Qərbi Azərbaycana qayıdış məsələsi davam edəcək, insanlar öz ata-baba yurdlarına qayıdacaqlar, çünki bu onların tarixi, mənəvi və hüquqi haqqıdır",- deyə Ə. Ələkbərli bildirib.
https://modern.az/az/aktual/544769/ermenistan-terefi-cagirislarimiza-cavab-vermir-icma-sedri/