03/05/2026
«Пусть духовное умиротворение от вашего Курбана соединится с молитвами обездоленных в Африке!»
Уже начался сбор средств на “Исмаиловы жертвоприношения” для Африки. С дозволения Аллаха и благодаря вашей поддержке молитвы обездоленных, ожидающих помощи вдали, будут услышаны…
🔹 Как совершается ваше жертвоприношение?
✅ Жертвоприношения совершаются в соответствии с исламскими правилами под контролем ветеринарных врачей.
✅ Фото и видеозаписи процесса отправляются вам через WhatsApp и другие средства связи.
✅ В видеозаписи указывается, от чьего имени совершается жертвоприношение.
✅ Мясо, полученное при жертвоприношении, сопровождается молитвами и раздаётся действительно нуждающимся.
Это не просто помощь, а один из самых действенных способов сказать исламской умме в обездоленных регионах: „В праздник мы о вас не забыли“…
Курбан-байрам — это не только форма поклонения, но и одно из самых прекрасных проявлений милосердия и протянутой руки помощи человечеству.
В этот праздник, поручив совершение жертвоприношения (вакалят) для нуждающихся, проживающих в тяжёлых условиях Африки, вы можете стать причиной улыбки на лице сироты, радости за семейным столом и искренней молитвы в чьём-то сердце…
📌 Поделившись этим сообщением и распространив его среди большего числа людей, вы также можете стать участником этого благого дела.
«Тот, кто стал причиной доброго дела, подобен тому, кто его совершил». (Хадис)
С миром, молитвами и уважением… Пусть Аллах дарует успех всей исламской умме. Амин! 🤲
#курбанбайрам #2026 #африка #россии
17/04/2026
🌍 Qurban ibadətinin hüzuru Afrikada məzlumun duası ilə birləşsin!
Afrika üçün “İsmayıl qurbanları”nın toplanmasına artıq başlanılıb. Allahın izni və Sizin dəstəyinizlə uzaqlarda gözləyən məzlumların duaları cavab tapacaq…
🔹 Qurban ibadətiniz necə icra olunur?
✅ Qurbanlar İslami üsullarla, baytar həkimlərin nəzarəti altında kəsilir
✅ Kəsim anının foto və videoları sizə WhatsApp və digər vasitələrlə göndərilir*_
✅ Qurbanın kim tərəfindən kəsildiyi videoda qeyd olunur
✅ Dualarla müşayiət edilən qurban ətləri həqiqi ehtiyac sahiblərinə paylanılır.
Bu sadəcə bir yardım deyil, həm də məzlum coğrafiyadakı İslam ümmətinə “Bayramda sizi unutmadıq” deməyin ən təsirli yoludur
Qurban Bayramı bir ibadət olmaqla yanaşı — paylaşmağın, mərhəmətin və insanlığa uzanan əlin ən gözəl təzahürüdür. Bu bayramda qurbanınızı Afrikada, çətin şəraitdə yaşayan ehtiyac sahibləri üçün Vəkalətlə Qurban kəsdirərək bir yetimdə təbəssüm, bir süfrədə sevinc, bir qəlbdə sidq dua səbəbi ola bilərsiniz...
📌 Paylaşaraq daha çox insana çatdırmaqla siz də bu xeyirə ortaq ola bilərsiniz.
"Bir xeyirə vəsilə olan, onu etmiş kimidir.” (Hədisi-Şərif)
Salam, dua və hörmətlə...cümə gününün xeyri və bərəkəti bütün İslam ümmətinin üzərinə olsun
14/04/2026
Aramızdan ayrılıb haqq dünyasına köçənlərimiz üçün edə biləcəyimiz ən gözəl və ən dəyərli əməl, onların adına edilən xeyirxah işlərdir. Çünki insan bu dünyadan köçdükdən sonra onun əməl dəftəri bağlanar, amma arxasınca edilən yaxşılıqlar – bir yetimin üzündə təbəssüm, bir acın doyurulması, bir susuzun suya qovuşması – onun ruhuna nur, qəbrinə rahatlıq olar.
Namiq Paşayev ruhuna, adına
Su quyusu açılışı №61
xeyli sayda ehtiyac sahiblərinin, uşaqların dualı iştirakı ilə Afrika Tanzaniya Morogoro əyaləti Magole qəsəbəsi yaxınlığında baş tutmuş, *15 metr yarım (15.5 m) dərinlikli əl tulumbalı, şirin bol suyu olan, digər canlıların da (heyvan, quş və bənzəri) su içəbiləcəyi şəkildə tam istifadəyə verilmişdir
ALLAH Sahiblərindən xoş niyyətlərini, dualarını və xeyir əməllərini qəbul etsin, təkrarlarını nəsib etsin. Dünyadan köçənlərə də qəni-qəni rəhmət eləsin🤲_
Allah hər bir xeyriyyəçimizdən, yardimsevərlərin hər birindən-hamınızdan razı olsun. 💧
25/02/2026
Mübarək Ramazan ayında Su quyusu açılışı N057
🌍AFRİKA 🇹🇿TANZANİYA
Açılış qurbanların kəsilməsi, xeyli sayda ehtiyac sahiblərinin, uşaqların dualı iştirakı ilə Afrika Tanzaniya Morogoro əyaləti Magole qəsəbəsi yaxınlığında Mübarək Ramazan ayında baş tutmuş, 15 metr yarım (15.5 m) dərinlikli əl tulumbalı, şirin bol suyu olan, digər canlıların da (heyvan, quş və bənzəri) su içəbiləcəyi şəkildə tam istifadəyə verilmişdir
ALLAH Sahiblərindən qəbul etsin, təkrarlarını nəsib etsin. Su quyusu sabiblərinə övladlarına - ailələrinə, mallarına, canlarına və cəmi İslam ümmətinə ruzi xeyir bərəkət versin.
Allah hər birinizdən-hamınızdan razı olsun.
✍🏻 AFYA INTERNATIONAL DOSTLUQ VƏ YARDIMLAŞMA FONDU və KÖNÜLLÜLƏRİ
💧
06/02/2026
"RƏHMƏTİ VƏ BƏRƏKƏTİ İLƏ CAHANI BÜRÜYƏN PAYLAŞMA AYI RAMAZAN" 2026/1447
Hər il olduğu kimi bu il də Ramazan ayı boyunca İftar və yardımlarınız Afrikada Yetim evləri başda olmaqla ehtiyac sahiblərinə çatdırılacaqdır. Sizlər də dəstək və yardımlarınızınla bu xeyir karvanına qoşula bilərsiniz.
1 İftar Yardımı 6 azn
1 Nəfərlik Fitrə zəkatı 8 azn
1 Paket Qida (Ramazan Sovqatı) Yardımı 51 azn
1 Yetimə Bayramlıq Hədiyyə 47 azn
Hesab nömrələri səhifədə mövcuddur, istəyə bağlı özəl olaraq da mesaj bölməsinə göndərilə bilər.
Bu xeyirli bərəkətli ayda xeyir karvanına qoşulmaq istəyən hər bir xeyriyyəçi yardım sevərlə, qurumla işbirliyi üçün məmnuniyyətlə hazır olduğumuzu bəyan edirik.
07/01/2026
💙Afrikada Sizin də su quyunuz olsun 💧
Mahmudov İbrahim HacıƏhməd
Quluyev Sabir Əsgər
Quluyeva Ətlaz Zimirxan
Mahmudova Ziba Zülfüqar adına
Su quyusu açılışı
qurbanların kəsilməsi, xeyli sayda ehtiyac sahiblərinin, uşaqların dualı iştirakı ilə Afrika Tanzaniya Morogoro əyaləti Dumila qəsəbəsi (kənd Mvomero) baş tutmuş, 15 metr dərinlikli əl tulumbalı, şirin bol suyu olan, digər canlıların da (heyvan, quş və bənzəri) su içəbiləcəyi şəkildə tam istifadəyə verilmişdir
ALLAH Sahiblərindən niyyətləri üzrə qəbul etsin, təkrarlarını nəsib etsin.
Sizlərə, quyu sabiblərinə övladlarına - ailələrinə, mallarına, canlarına ruzi xeyir bərəkət versin.
Allah hər birinizdən-hamınızdan razı olsun.
💧
07/11/2025
SU PROBLEMİ VƏ MİSSİYAMIZ (AFRİKA LAYİHƏSİ)
Afrika tez-tez su qıtlığı ilə üzləşən və su təchizatında ciddi çətinliklər yaşayan bir bölgədir.
Afrikada quyuların qazılması prosesi regionun iqlimindən və yerli şəraitdən asılı olaraq dəyişə bilər.
Susuzluqla mübarizə aparan bölgələrdə insanların əsas ehtiyaclarından biri olan su ehtiyacını ödəmək
həyat qədər önəmlidir. Su quyuları layihəsi təmiz və kifayət qədər suya həsrət qalan insanların su
həsrətini aradan qaldırmaq və onlara həyat mənbəyi olan suya qovuşma sevinci bəxş etmək üçün edilir.
Xeyirsevər yardımçı istəyi və durumuna görə 1m=96 manat olmaqla bir və ya bir neçə metrəsinə də
hissədar ola bilər, bir neçə nəfər birlikdə birləşib də su quyusu açdıra bilər. Xeyriyyəçi şəxsi vəziyyətinə
bütöv Artezian su quyusu da vurdura bilər.
Məlum olduğu kimi, su; həm insanların, həm də bütün canlıların ən böyük həyati ehtiyaclarından
biridir. Bu ehtiyacın ödənilməsinə vəsilə olmaq və susuz yerlərə mövcud imkanlar daxilində su ilə təmin
edəbilmək nə dərəcədə xeyirli bir əməl olduğu bəllidir. Üstəlik, bu, hər şeydən əvvəl insanlıq borcudur.
AFYA (Afrika Yardım) olaraq, su qıtlığı olan yerlərdə su quyuları açmaqla insanların məişət və
içməli suya olan tələbatını ödəmək, quraqlığın yaratdığı epidemik xəstəliklərin qarşısını qismən də olsa almaq məqsədi ilə yanaşı suya olan ehtiyacı qarşılayaraq, həmçinin heyvandarlığın və əkinçiliyin
inkişafına töhfə vermək önəmli niyyətimiz, amalımızıdır.
Su quyularının 1 mt'nin mailiyyə bədəli - qazılması, su p***ası, p***a boruları, su çəni, çeşmə
üçün krantlar, su xətləri, çeşmə ətrafının istifadəyə hazır vəziyyətdə hazırlanması - bütün məsrəflər
daxil 96 azn xərc tələb edir. Yə'ni bu xərclə açılan su quyusu birbaşa ehtiyac sahibi insanların
istifadəsinə tam hazır vəziyyətdə olur və hazır olduğu gün əhalinin iştirakı ilə açılışı olur.
İstifadəyə yararlı su isə 15 metrdən sonra və daha dərindən çıxır
Hal hazırda maksimum 250 metr qaza bilən teknika - maşınımız var
Dərinlik kateqoriyalarına görə su quyuları 5 qrupa ayıra bilərik ki bunlar da ərazi, istifadə etdiyi ehtiyac sahiblərinin nəfər sayı və xidmət müddətlərinə görə də fərqlidir. Daha ətraflı məlumat üçün📩
14/08/2025
"Su, sadəcə maye deyil – Afrikada o, möcüzədir, Su quyusu isə Afrikanın ucqar kəndlərində – həyatın qaynağı, ümidin başlanğıcıdır."
Fransa'da yaşayan Tük Xeyirsevərlər tərəfindən göndərilən
"RAMAZAN XAN (MƏRHUM VƏ ELYAS TAKHİART ADINA SU QUYUSU"
Afrika Tanzaniya Morogoro əyaləti Turiani bölgəsinin ehtiyac sahibi insanlarına gündəlik məişətdə və ibadətlərində istifadəsi üçün açılmış, bölgədəki insanların istifadəsinə verilmişdir...
ALLAH Sahiblərindən niyyətləri üzrə qəbul etsin, Haqq dünyasına Köçənlərinə qəni-qəni rəhmət eləsin, rəhməti ilə davransın. Bu Su quyusundan hasil olan savabı min əcri ilə cəmi vəfat edənlərinə ulaşdırsın Uca Yaradan🤲 ALLAH razı olsun. Amin!