06/08/2026
Samux rayon Sarıqamış kənd tam orta ümumtəhsil məktəbin psixoloqu Məmmədova Sevinc yuxarı sinif şagirdlərinin peşə seçiminə köməklik məqsədilə maarifləndirici söhbət apardı.
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Samux rayon Sarıqamış kənd tam orta məktəb, Government Organization, Hoboken, NJ.
06/08/2026
Samux rayon Sarıqamış kənd tam orta ümumtəhsil məktəbin psixoloqu Məmmədova Sevinc yuxarı sinif şagirdlərinin peşə seçiminə köməklik məqsədilə maarifləndirici söhbət apardı.
06/08/2026
Samux rayon Sarıqamış kənd tam orta ümumtəhsil məktəbinin psixoloqu Məmmədova Sevinc və biologiya müəllimi Süleymanov Bəhman şagirdlərlə "İxtioz və bülloz epidermoliz" xəstəlikləri haqqında maarifləndirici söhbət apardılar. Söhbət zamanı bu xəstəliklərin xüsusiyyətləri, onlarla yaşayan insanlara dəstək və cəmiyyətdə düzgün münasibətin vacibliyi barədə məlumat verildi.
06/07/2026
Gəncə-Daşkəsən regionunda 2026–2027-ci tədris ili üzrə təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan olunur.
Layihəyə hazırda ümumtəhsil məktəblərinin IX və X siniflərində təhsil alan şagirdlər müraciət edə bilərlər.
ℹ️ Təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Layihə çərçivəsində ali təhsil müəssisələrinə hazırlıq prosesi birbaşa məktəb mühitində həyata keçirilir. Qəbul proqramına uyğun planlaşdırılmış tədris prosesi, intensiv dərslər və məqsədyönlü akademik dəstək şagirdlərin zəruri bilik və bacarıqları məktəb daxilində əldə etməsinə imkan yaradır.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən aşağıdakı ümumi təhsil müəssisələrində X və XI siniflər üzrə şagird qəbulu elan edilir.
Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi
Gəncə şəhər N.Aydın 18 nömrəli tam orta ümumtəhsil məktəbi
Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta ümumtəhsil məktəbi
Gəncə şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbi
Goranboy şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbi
Qeydiyyat üçün link
https://forms.gle/4BQ5D2tX5N4tBZMU6
Bu məktəblər tam orta təhsil səviyyəsində təhsilini davam etdirmək istəyən şagirdlərə müasir tələblərə cavab verən, akademik nailiyyətlərin yüksəldilməsinə və ali təhsil müəssisələrinə hazırlığın gücləndirilməsinə yönəlmiş geniş imkanlar təqdim edir.
Yeni təmayül tədris modelinin əsas üstünlükləri:
✅ Akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti;
✅ Abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili;
✅ Səriştəli müəllim kollektivi;
✅ Aylıq sınaq imtahanlarının təşkili;
✅ Akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər.
Qəbul ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilir.
🛜 Təmayül tədris modeli şagirdlərin yalnız imtahan nəticələrini deyil, onların akademik, sosial və şəxsi inkişafını da dəstəkləyir.
06/06/2026
06/05/2026
6-cı sinif şagirdlərinə imtahan buraxılış vərəqləri təqdim olundu.
Şagirdlərimizə qarşıdan gələn imtahanda uğurlar və yüksək nəticələr arzulayırıq!
06/04/2026
Samux rayonu Sarıqamış kənd tam orta ümumtəhsil məktəbinin IV sinif şagirdlərinə imtahan buraxılış vərəqələri məktəb rəhbərliyi tərəfindən paylanılmışdır.
Sabah keçiriləcək imtahanda bütün şagirdlərimizə uğurlar arzulayırıq!
06/04/2026
Samux rayon Sarıqamış kənd tam orta ümumtəhsil məktəbinin psixoloqu Məmmədova Sevinc IV - VI sinif şagirdləri ilə imtahan stresinin aradan qaldırılması məqsədilə maarifləndirici söhbət apardı.
Sabahkı imtahanda hər bir şagirdlərimizə uğurlar arzulayırıq.
06/03/2026
📢 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
🗓️ 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək.
ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
📌 Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq.