27/05/2026
Həmvətənlərimizi və bütün İslam aləmini müqəddəs Qurban Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Qurban Bayramı insanları xeyirxahlıq, mərhəmət, paylaşmaq və mənəvi kamillik kimi ali dəyərlər ətrafında birləşdirir. Bu əziz günlər həmrəyliyin, qarşılıqlı dəstəyin və ehtiyacı olanlara əl uzatmağın vacibliyini bir daha xatırladır.
Bu mübarək günlər hər bir ailəyə sevinc və bərəkət gətirsin, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi bəxş etsin.
Qurban Bayramınız mübarək! 🌙✨🇦🇿
27/05/2026
Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.
Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
27/05/2026
Pleased to meet with ប្រាក់ សុខុន - Prak Sokhonn, Deputy PM &Minister of Foreign Affairs & International Cooperation of Cambodia 🇰🇭 during my working visit to New York, and discussed opportunities for more expanded cooperation between two countries.
We highlighted the importance of mutual support within international platforms
We also exchanged views on regional and international issues of mutual interest, and reaffirmed our commitment to strengthening bilateral ties and cooperation within international organisations and platforms, such as UN, CICA and NAM.
27/05/2026
https://azertag.az/xeber/vyetnamda_azerbaycanin_musteqillik_gunu_qeyd_olunub-4226071
Vyetnamda Azərbaycanın Müstəqillik Günü qeyd olunub
Vyetnamın ən mötəbər və müasir tədbir məkanı hesab olunan “Ho Guom Opera” səhnəsində 28 May – Müstəqillik Günü və Azərbaycan-Vyetnam strateji tərəfdaşlığının birinci ildönümü münasibətilə Hanoy şəhərində rəsmi qəbul, daha sonra təntənəli konsert proqram...
26/05/2026
Vyetnamın ən mötəbər və müasir tədbir məkanı hesab olunan Ho Guom Opera səhnəsində 28 May – Müstəqillik Günü və Azərbaycan-Vyetnam strateji tərəfdaşlığının 1-ci ildönümü münasibətilə Hanoy şəhərində rəsmi qəbul, daha sonra Azərbaycan və Vyetnam bəstəkarlarının musiqilərindən ibarət təntənəli konsert proqramı təşkil olunmuşdur.
Vyetnamın dövlət və hökumət strukturlarının nümayəndələri, diplomatik missiya rəhbərləri və təmsilçiləri, mədəniyyət və ictimaiyyət xadimləri, iş adamları, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri-əvvəllər Azərbaycanda təhsil almış vyetnamlı məzunlar, media nümayəndələri və bu ölkədə yaşayan həmvətənlərimizin qatıldığı tədbirdə təxminən 750 nəfər iştirak etmişdir.
Hər iki ölkənin Dövlət himnləri səsləndikdən sonra Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə Müstəqillik Gününün Azərbaycan xalqının tarixində böyük əhəmiyyət daşıdığını və 108 il bundan əvvəl müsəlman Şərqində ilk demokratik parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması ilə milli dövlətçilik ənənələrinin əsasında mühüm addımların atıldığını bildirmişdir. Ş.Mehdizadə AXC-nin yaranmasının tarixi əhəmiyyətindən və gördüyü işlər barədə məlumat verərək, Azərbaycanın müstəqillik yolu və ötən dövrdə ölkəmizin əldə etdiyi mühüm nailiyyətlər barədə danışmışdır.
Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama və Vyetnam lideri Ho Şi Minin 1959-cu ildə Azərbaycana səfəri ilə xalqlarımız arasında dostluq münasibətlərinin əsasının qoyulduğu diqqətə çatdırılaraq, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın 2025-ci ilin may ayında Azərbaycana dövlət səfəri ilə bu tarixi əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi məmnunluqla qeyd olunmuşdur.
Ötən ilin ikitərəfli münasibətlər baxımından önəminə toxunan diplomat, Azərbaycandan Vyetnama çoxsaylı yüksək səviyyəli səfərin həyata keçirildiyini və cari ildə də bu dinamikanın davam etdiyini diqqətə çatdırmışdır.
Fəxri qonaq qismində Vyetnam Hökuməti adından çıxış edən xarici işlər nazirinin müavini Le Thi Thu Hang Müstəqillik Günü münasibətilə Azərbaycan Hökumətinə və xalqına təbriklərini çatdıraraq, ölkəmizin Müstəqillik Gününün tarixi əhəmiyyətini vurğulamışdır. Xanım Xanq ölkəmizin Avropa və Asiya sivilizasiyalarının qovuşduğu strateji mövqeyə malik olduğunu qeyd edərək, Azərbaycan xalqının milli quruculuq və inkişafda qazandığı böyük nailiyyətlərinin şahidi olmaqdan məmnunluq duyulduğunu və Azərbaycanın Avrasiya regionunda mühüm körpü rolunu oynadığını bildirmişdir.
Ho Şi Minin Azərbaycana tarixi səfərindən sonra bu dostluq əlaqələrinin davamlı şəkildə inkişaf etdiyini diqqətə çatdıran vyetnamlı diplomat, Azərbaycan xalqının Vyetnamın milli müstəqillik uğrunda keçmiş mübarizəsində, həmçinin milli quruculuq və inkişaf işində göstərdiyi qiymətli dəstəyini, eləcə də minlərlə vyetnamlı tələbənin Azərbaycanda təhsil alaraq ölkələrinin inkişafına böyük töhfələr verdiyini xüsusi qeyd etmişdir.
Nazir müavini keçən il Baş katib To Lamın Azərbaycana dövlət səfəri zamanı ölkələrimiz arasında strateji tərəfdaşlığın qurulduğunu, bu gün ikitərəfli münasibətlərin bütün sahələri üzrə geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırmışdır.
Sonra Azərbaycan bəstəkarı Qara Qarayevin 1955-ci ildə Sovet İttifaqının Vyetnama həsr etdiyi “Vyetnam” adlı ilk sənədli film üçün yazdığı “Vyetnam süitası” əsəri səsləndirilmişdir. Daha sonra Vyetnam lideri Ho Şi Minin dəvəti ilə 1959-1962-ci illərdə Vyetnamda kinematoqrafiya məktəbinin yaradılması məqsədi ilə bu ölkədə yaşayan və bu azərbaycanlı kinorejissor Əjdər İbrahimovun xatirəsinə (film tanınmış jurnalist Dilarə Əliyevanın təşəbbüsü ilə hazırlanmış və Səfirliyin dəstəyi ilə Vyetnam dilinə tərcümə olunmuşdur) həsr olunmuş sənədli film tədbir iştirakçılarına nümayiş edilmişdir.
Son dövrdə iki ölkə arasında mədəni əlaqələrin inkişafında fəal rol oynayan Vyetnam Milli Musiqi Akademiyasının şöbə müdiri, əməkdar artist Bui Le Chi və pianoçusu Phan Dieu Linh Vyetnam milli musiqi alətində “Ey sevimli Cənub vətənimiz!” adlı əsəri ifa etmişlər.
Tədbirin ikinci hissəsində dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının ariyaları, eləcə də Vyetnamın azadlıq mübarizəsi dövrünün bəstəkarı Çing Cong Son məhşur vətənpərvərlik mahnısının yer aldığı konsert proqramı baş tutmuşdur. Tədbirdə iştirak məqsədilə Vyetnama səfər edən xalq artisti, opera müğənnisi Fidan Hacıyeva və Azərbaycan Dövlət Opera və Balet Teatrının pianoçusu Nüşabə İsanın “Gülçöhrənin naləsi” və “Aşıq oldum” ariya ifaları böyük coşquyla qarşılanmışdır. Eyni zamanda, vyetnamlı sənətçilər Ngo Huong Diep, Nguyen Anh Vu, Phan Dieu Linh və azərbaycanlı-vyetnamlı müğənni Sevinc Orucovanın (Nquyen) ayrılıqda və Fidan Hacıyeva ilə birgə Vyetnam dilində “Arşın mal alan” operettasından ariyalar qonaqların xüsusi alqışları ilə qarşılanmışdır.
Qeyd olunmalıdır ki, bu ifaların tarixi əhəmiyyəti ondan ibarət olmuşdur ki, dünyanın 75-dən çox ölkəsində indiyədək nümayiş olunmuş “Arşın mal alan” operettasının ariyaları ilk dəfə olaraq Vyetnam dilində səsləndirilmişdir. Əsərin tərcüməsi Səfirliyin təşəbbüsü ilə Vyetnamın tanınmış filoloq və pedaqoqları Nquyen Van Çiyen və Ha Viet An tərəfindən həyata keçirilmişdir.
Tədbirin keçirilməsində əlavə olaraq Ho Guom Opera və Türk Hava Yolları dəstək göstərmişdir.
Tədbir Vyetnam mediasında geniş işıqlandırılmışdır.
25/05/2026
Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) fəaliyyətə yönəlmiş xarakterindən ilhamlanan “Bakı Fəaliyyətə Çağırış” sənədindən əsas mesajlardan:
Tarixdə ilk dəfə olaraq, ev sahibi ölkənin təşəbbüsü ilə 27 dövlət və hökumət başçısı Liderlərin Bəyənatları Sessiyasında iştirak edib.
WUF13-də yüzdən çox nazir, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və yüksəksəviyyəli bir neçə rəsmi şəxs iştirak edib. WUF13-ün yeniliklərinə Bakı Şəhərsalma Mükafatı, Biznes və İnnovasiya Mərkəzi, WUF Akademiyası kampusu və Təcrübə Mərkəzi daxildir.
Ətraflı məlumat üçün sayta keçid edin: wuf13.az/az/media/xeberler/0928/Bakida-qlobal-menzil-bohraninin-helli-ile-bagli-fealiyyet-chagirishi-qebul-edilib
———
Check out more detailed information on our website: wuf13.az/en/media/news/0928/WUF13-Adopts-Baku-Call-to-Action-to-Address-the-Global-Housing-Crisis
WorldUrbanForum
25/05/2026
Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) fəaliyyətə yönəlmiş xarakterindən ilhamlanan “Bakı Fəaliyyətə Çağırış” sənədindən əsas mesajlardan:
176 ölkədən 58 mindən çox iştirakçının qatıldığı və bu günə qədər keçirilən ən böyük WUF tədbirinə ev sahibliyi etdiyinə görə Azərbaycan Hökumətinə səmimi minnətdarlığımızı bildiririk.
Ətraflı məlumat üçün sayta keçid edin: wuf13.az/az/media/xeberler/0928/Bakida-qlobal-menzil-bohraninin-helli-ile-bagli-fealiyyet-chagirishi-qebul-edilib
———
Check out more detailed information on our website: wuf13.az/en/media/news/0928/WUF13-Adopts-Baku-Call-to-Action-to-Address-the-Global-Housing-Crisis
WorldUrbanForum
25/05/2026
Azərbaycan COP29-dan sonra ölkədə keçirilən ikinci ən böyük beynəlxalq tədbir olan WUF13 kimi daha bir mühüm qlobal tədbirə ev sahibliyi etmək şərəfinə nail oldu.
Biz bütün iştirakçıları, tərəfdaşları və BMT ailəsini, xüsusilə də UN-Habitat-ı uğurlu və nəticəyönümlü WUF13 münasibətilə təbrik edirik.
Təxminən 60 min iştirakçının rekord sayı ilə WUF13 tarixə ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi düşdü. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə təşkil olunan Liderlər Seqmenti qlobal şəhərsalma gündəliyinə daha böyük siyasi impuls vermiş oldu.
WUF13 çərçivəsində aparılan zəngin və hərtərəfli müzakirələr iki mühüm yekun sənədin — Sədrin Xülasəsi və “Bakı Fəaliyyətə Çağırış” sənədinin qəbul olunması ilə nəticələndi. Urbisid, kultursid və ekosidin qurbanı olmuş ölkə kimi Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur. Buna görə də beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın münaqişədən sonrakı bərpa səylərinin yüksək qiymətləndirilməsindən qürur duyuruq; bu səylər dünyanın digər post-münaqişə bölgələri üçün dəyərli nümunə kimi vurğulanır.
Forumdan irəli gələn və yekun sənədlərdə öz əksini tapan ideyalar — təmiz hava və dayanıqlı şəhər inkişafından tutmuş mədəni irsin qorunması və İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətlərin ehtiyaclarınadək — qlobal şəhərsalma gündəliyini daha da zənginləşdirəcək və istiqamətləndirəcək.
Qlobal qeyri-müəyyənliyin artdığı bir dövrdə WUF13 Azərbaycanın daha yaxşı gələcək naminə çoxtərəfliliyə və kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfədir.
WUF13 Azerbaijan
25/05/2026
As a result of WUF13 “Baku Call to Action” document was adopted!
Check out more detailed information on our website: https://wuf13.az/az/media/xeberler/0928/Bakida-qlobal-menzil-bohraninin-helli-ile-bagli-fealiyyet-chagirishi-qebul-edilib