Azerbaijan in Germany

Azerbaijan in Germany

Teilen

Offizielle FB-Seite der Botschaft der Republik Aserbaidschan in Deutschland

Photos from Azerbaijan in Germany's post 28/05/2026

PRESSEMITTEILUNG

Aserbaidschan begeht Unabhängigkeitstag mit festlichem Empfang in Berlin

Berlin, 26. Mai 2026 – Die Botschaft der Republik Aserbaidschan in Deutschland hat anlässlich des Unabhängigkeitstags zu einem festlichen Empfang in das Aserbaidschanische Kulturzentrum in Berlin eingeladen.

An der Veranstaltung nahmen rund 400 Gäste teil, darunter hochrangige Vertreter des Auswärtigen Amts, Mitglieder des Deutschen Bundestages, Botschafter zahlreicher Staaten sowie Persönlichkeiten aus Politik, Wirtschaft, Wissenschaft, Kultur und Medien.

Nach den Nationalhymnen Aserbaidschans und Deutschlands, gespielt von einem Ensemble der Berliner Symphoniker, begrüßte Botschafter S.E. Nasimi Aghayev die Gäste. In seiner Ansprache erinnerte er an die Gründung der Aserbaidschanischen Demokratischen Republik am 28. Mai 1918 als erste parlamentarische und säkulare Republik in der muslimischen Welt.

Botschafter Aghayev betonte die Entwicklung Aserbaidschans zu einem starken und international angesehenen Staat sowie die strategische Rolle des Landes als Brücke zwischen Europa und Asien. Zugleich hob er die dynamische Entwicklung der deutsch-aserbaidschanischen Beziehungen hervor.

Mit Blick auf die Entwicklungen im Südkaukasus sprach der Botschafter von einer „neuen Realität“, die schrittweise durch Dialog und Zusammenarbeit zwischen Aserbaidschan und Armenien entstehe. Als Zeichen wachsender Vertrauensbildung verwies er auf den Warenverkehr zwischen beiden Ländern und betonte die Bedeutung eines nachhaltigen Friedens für die Region.

Botschafter Christoph Israng, Leiter der Europaabteilung im Auswärtigen Amt, übermittelte die Glückwünsche des deutschen Außenministers Johann Wadephul zum Unabhängigkeitstag Aserbaidschans. Er würdigte die guten bilateralen Beziehungen sowie die Bedeutung Aserbaidschans für Stabilität und Zusammenarbeit im Südkaukasus.

Musikalisch begleitet wurde der Abend von der Jazzgruppe „Caucasian Consort“. Der Empfang klang mit Spezialitäten der aserbaidschanischen Küche aus.

27/05/2026

Die Feier des Unabhängigkeitstags Aserbaidschans in Berlin mit über 400 Gästen war wirklich bedeutungsvoll – und erfüllte uns mit großem Stolz, insbesondere da wir ihn bereits zum dritten Mal in Folge als ein Land feiern konnten, das seine territoriale Integrität und Souveränität vollständig wiederhergestellt hat und sich erfolgreich für einen dauerhaften Frieden in der Region einsetzt. Gleichzeitig erleben wir die kontinuierliche Stärkung der Beziehungen zwischen Aserbaidschan und Deutschland, die auf Dialog, Zusammenarbeit und gegenseitigem Respekt basieren. 🇦🇿🇩🇪

A slightly more natural and elegant version in German would be:

Vielen Dank an alle, die diesen besonderen Abend gemeinsam mit uns gefeiert haben.

Photos from Azerbaijan in Germany's post 27/05/2026

Müstəqillik Günü Almaniyada təntənəli şəkildə qeyd olunub

Müstəqillik Günü münasibətilə Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən mayın 26-da Berlində rəsmi qəbul təşkil olunub.

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə 400-dək qonaq, o cümlədən Almaniyanın Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri, Bundestaqın deputatları, xarici ölkələrin səfirləri, jurnalistlər, elm, mədəniyyət və incəsənət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər dost icmaların üzvləri iştirak ediblər.

Əvvəlcə Berlin Simfonik Orkestri ansamblının ifasında Azərbaycanın və Almaniyanın dövlət himnləri səsləndirilib. Tədbirdə, həmçinin Azərbaycanın füsunkar təbiəti, zəngin tarixi-mədəni irsi və tolerantlıq ənənələrindən bəhs edən film nümayiş olunub.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, müsəlman dünyasında ilk parlamentli və dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımızın öz taleyini müstəqil şəkildə müəyyənləşdirmək əzminin tarixi təzahürü olduğunu vurğulayıb. Qeyd olunub ki, bu müstəqillik sovet işğalı nəticəsində uzun sürməsə də, xalqımızın azadlıq ruhu heç zaman sarsılmadı.

Diplomat uzun illər istiqlaliyyət arzuları ilə yaşayan xalqımızın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etsə də, ilk illərdə siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və hərbi təcavüzün ağır nəticələri ilə üzləşdiyini diqqətə çatdırıb. Bildirilib ki, məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik təmin olundu, müasir, suveren və gələcəyə yönəlmiş dövlət quruculuğunun əsası qoyuldu.

Səfir, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü, özünəinamlı və beynəlxalq aləmdə hörmət edilən bir dövlətə çevrildiyini, etibarlı enerji tərəfdaşı, regional əməkdaşlığın təşəbbüskarı və sabitlik lövbəri kimi mövqeyini möhkəmləndirdiyini vurğulayıb.

Çıxışında qlobal qeyri-müəyyənliklər fonunda etibarlı tərəfdaşlıqların əhəmiyyətinin artdığını vurğulayan səfir Azərbaycan-Almaniya münasibətlərinə toxunaraq, iki ölkə arasında əməkdaşlığın iqtisadiyyat, elm, mədəniyyət və humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini bildirib.

N. Ağayev Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpasından sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq prosesinin sürətlə davam etdiyini diqqətə çatdırıb, hazırda təxminən 85 min nəfərin həmin ərazilərdə yaşadığını, çalışdığını və təhsil aldığını bildirib.

Səfir, həmçinin Azərbaycanın sülh gündəliyinə toxunaraq, bölgədə sülhün bərqərar olması üçün ölkəmizin yürütüyü məqsədəyönlü siyasət və nəticədə son dövrdə əldə olunan müsbət irəliləyişlər barədə qonaqları məlumatlandırıb.

Almaniya Xarici İşlər Nazirliyinin Avropa baş idarəsinin rəisi səfir Kristof İsranq çıxışında xarici işlər naziri Yohan Vadefulun 28 May - Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb. Azərbaycanın Almaniya üçün mühüm tərəfdaş olduğunu deyən K.İsranq iki ölkə arasında münasibətlərin dərin tarixi köklərə söykəndiyini, iqtisadi, mədəni və siyasi əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayıb. Diplomat Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən strateji mövqeyinə diqqət çəkərək, regionda sabitlik və əməkdaşlıq istiqamətində atılan addımların önəmini qeyd edib. Həmçinin Almaniyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəklədiyi və bunu Cənubi Qafqazda davamlı sülh üçün mühüm imkan kimi qiymətləndirdiyi diqqətə çatdırılıb.

Çıxışlardan sonra “Caucasian Consort” caz qrupu maraqlı proqramla çıxış edib. Milli musiqimizin və rəqslərimizin ifası böyük coşqu ilə qarşılanıb.

Təntənəli tədbir ziyafətlə davam edib.

Tədbirin qısa videosu: https://youtu.be/qJY4YVLYW9E?is=AsGXDJFu3zz9CTqs

27/05/2026

Xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşünə dair mətbuat məlumatı

⬇️⬇️⬇️

https://mfa.gov.az/az/news/no22926

26/05/2026

Həmvətənlərimizi və bütün İslam aləmini müqəddəs Qurban Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Qurban Bayramı insanları xeyirxahlıq, mərhəmət, paylaşmaq və mənəvi kamillik kimi ali dəyərlər ətrafında birləşdirir. Bu əziz günlər həmrəyliyin, qarşılıqlı dəstəyin və ehtiyacı olanlara əl uzatmağın vacibliyini bir daha xatırladır.

Bu mübarək günlər hər bir ailəyə sevinc və bərəkət gətirsin, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi bəxş etsin.

Qurban Bayramınız mübarək! 🌙✨🇦🇿

26/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

Wollen Sie Ihr Service zum Top-Regierungsdienstleistung in Berlin machen?

Klicken Sie hier, um Ihren Gesponserten Eintrag zu erhalten.

Lage

Telefon

Adresse


Hubertusallee 43
Berlin
14193

Öffnungszeiten

Montag 09:00 - 18:00
Dienstag 09:00 - 18:00
Mittwoch 09:00 - 18:00
Donnerstag 09:00 - 18:00
Freitag 09:00 - 18:00